Vergi ödəyicilərinin ölkədən getmək hüququ nə vaxt məhdudlaşdırılır?

posted in: Xəbər | 0

vergi ödəyicisiQanunla müəyyən edilmiş vergi və digər dövlət ödənişlərini vaxtında və tam həcmdə ödəmək hər bir vətəndaşın Konstitusiya ilə təsbit edilmiş borcudur.

Hüquqşünas Şəhriyar Həbilov mövzunu şərh edərkən bildirib ki, hər bir vətəndaş dövlət büdcəsinin vergilər əsasında formalaşdığını və başda hərbi büdcə olmaqla bir sıra sosial layihələrin icrasına yönəldiyini nəzərə alaraq sanksiyadan qorunmaq üçün deyil, sosial məsuliyyət baxımından vergilərin ödənilməsində maraqlı olmalıdır.

Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Bu Məcəllənin 355-7.4-cü maddəsində isə göstərilib ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

Qanunvericiliyə əsaslanaraq müəyyən edilmiş müddətdə vergi öhdəliyi vergi ödəyicisi tərəfindən yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Müvafiq hüququn məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.

Qeyd edək ki, fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbəri məhkəmə iclasına gəlmədikdə də (üzrlü əsas olmadan) işə onun iştirakı olmadan baxıla və qətnamə qəbul edilə bilər.

Qətnamənin dərhal icraya yönəldilməsi isə şəxsin qətnamə qəbul edilən gündən ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə nəticələnir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

İş vaxtı (Normalar, tələblər, yeniliklər)

İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (3-cü hissə)

posted in: Xəbər | 0

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (3-cü hissə)Rokfeller

1874-cü il yanvarın 29-da  kiçik amerikalı neft sənayeçisi, maliyyəçi, tarixdə ilk milyarderin oğlu və əfsanəvi Rokfellerlər sülaləsinin əsasını qoyan kiçik Con Devison Rokfeller dünyaya gəlib.

Nəyin bahasına olursa olsun, neft

1870-ci ildə Rokfeller özünün məşhur “Standart oyl” şirkətini yaratdı. O, öz dostu və biznes üzrə partnyoru Henri Flaqlerlə birlikdə neft istehsal edən və neft emalı ilə məşğul olan pərakəndə müəssisələri vahid güclü bir trest ətrafında toplamağa başladı. Rəqibləri onun qarşısında davam gətirə bilmirdilər, Rokfeller onları seçim qarşısında qoydu: vahid trest ətrafında birləşmək və ya iflas olmaq. İnandırmalar işə keçmədikdə, ən sərt metodlar işə düşürdü. Məs, “Standrt oyl” rəqibin lokal bazarında qiymətləri aşağı salırdı və beləliklə də rəqibini zərərlə işləməyə məcbur edirdi. Və yaxud Rokfeller ipə-sapa yatmayan neft emalçılarına neft göndərilməsini dayandırırdı.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

1879-cu ildə “təcavüzkar müharibə” faktiki olaraq başa çatmışdı. Rokfellerin şirkəti ABŞ-ın nft emal edən bütün güclərinin 90% nəzarət edirdi Amma, 1890-cı ildə inhisarçılıqla mübarizəyə istiqamətlənən antitrest Şerman qanunu qəbul edildi. 1911-ci ilə qədər Rokfeller və partnyoruna sözügedən qanundan yan keçmək nəsib olsa da, sonunda “Standart oyl” otuz üç şirkətə bölündü (demək olar ki, amerikanın hazırkı neft istehsal edən şirkətləri öz tarixni “Standart oyl”dan başlamışlar).

Milçəyə görə “əməkhaqqı”

Rokfeller Lora Selestin Spelmanla evli idi. O, bir dəfə belə demişdi: “Onun məsləhətləri olmasaydı, mən elə yoxsul olaraq qalardım”.

Bioqraflar yazırlar ki, Rokfeller bütün gücü ilə uşaqlarını əməyə, təvazökarlığa və qərəzsizliyə öyrəşdirmiş. Con evində bazar iqtisadiyyatının özünəməxsus bir maketini yaratmışdı: o, qızı Lauranı “direktor” təyin etmiş və uşaqlarına özləri üçün təfərrüatlı mühasibatlıq kitabları tutmağı tapşırmışdı. Hər bir uşaq öldürülən milçəyə, itilənən karandaşa, bir saat müddətində musiqi ilə məşğul olmağa və gün ərzində konfetdən imtinaya görə bir neçə sent alırdı. Bağçada hər bir uşağın öz ləki var idi, hansı ki, oranın alaq otlarından təmizlənməsinə görə də onlara pul verilirdi.  Səhər yeməyinə gecikməyə görə isə kiçik Rokfellerlər cərimə olunurdular.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya qızıl bazarı (4-cü hissə)

posted in: Xəbər | 0

Dünya qızıl bazarı (4-cü hissə)qızıl bazarı

Rusiyada texniki ehtiyaclar üçün 15-17 ton qızıl (ölkədə istifadə edilən metalın ümumi miqdarının 55-60% – i), zərgərlik məmulatlarının hazırlanmasına isə təxminən 12 ton (40-45%) sərf olunur. Qızıl istehlakçıları olan ölkələr arasında Rusiyanın payı təxminən 1,0% təşkil edir. Bu göstəriciyə görə Rusiya İspaniya, Meksika, Braziliya, Küveyt və digər ölkələrlə eyni sıradadır.

Qızıl öz pul və əmanət funksiyalarını itirdikcə, dünyada onun istehlakının iqtisadi sahələr üzrə strukturu dəyişməyə başladı. İndi bu metal getdikcə daha çox sənayenin ehtiyacları üçün işlədilir. Son 15 ildə zərgərlik sənayesi tərəfindən dünya qızıl istehlakı iki dəfə artaraq ildə təxminən 3 min tona çatmışdır. Zərgərlik üçün isə bütün satıln qızılın % 85-i istehlak olunur. Özü də bu zaman dünya istehlakının 70 faizdən çoxu ənənəvi olaraq qızıl bəzək əşyalarını sevən Asiya və Orta Şərq ölkələrinin payına düşür.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Sarı metala sənayenin digər sahələrində olan tələbat da böyükdür. Müvafiq həcmin yarıdan çoxu elektron sənayesinin payına düşür (elektron, radio və video cihazlarının buraxılması), təxminən 20% diş protezlərinə gedir, qalanı isə müxtəlif sənaye-məişət istehlakının payına düşür – qızıl saplı parçaların hazırlanması, geyim furniturunun qızılla örtülməsi və s.

Sənaye tələbatındakı artım qızıla yaxşı xidmət etdi – bazarın tarazlığını təmin edərək, qiymətlərin daha da enişinin qarşısını ala bildi. Lakin, iqtisadiyyatın real sektorunun bir çox sahələrinin dünya iqtisadi konyukturasından asılı olmasından irəli gələn yeni məqamlar meydana çıxıb. Belə ki, 1998-ci ildə Cənub-Şərqi Asiya ölkələrində pul və maliyyə böhranı dövründə elektron sənayesində istehlakın xüsusilə güclü bir azalması (8%) ilə qızıla dünya sənaye tələbatı təxminən 5% azalmışdı.

2001-ci ildə də dünya yenidən iqtisadi tənəzzül mərhələsinə qədəm qoyarkən, analoji vəziyyət müşahidə olunurdu. Onda qızıla tələbat 1,5% azalmışdı, bu xüsusilə qiymətli zinət əşyalarında özünü göstərmişdi. Və hər kəs yenə də yeni bir eniş qiyməti ehtimalından danışmağa başlamışdı. Qorxular əsassız deyildi –  2001-ci ildə dünya bazarında qızılın qiyməti 3% azalmışdı.

2005-ci ilin əvvəlində neftin qiymətinin artması və dolların zəifləməsi şəraitində zərgərlər qızıl almağa başlamağa qərar verdilər. 2005-ci ilin 1-ci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə zərgərlik sənayesi tərəfindən qızıl istehlakı 17%, 1411 tona qədər artıb. Bununla yanaşı, monetar ifadədə zərgərlərin qızıl istehlakının həcmi 24% artaraq 20,8 milyard dollara çatıb.

Ümumiyyətlə, 2005-ci ilin birinci yarısında dünya qızıl istehlakı ton ifadəsində 21% (1.939 tona çatmış) və dollar ifadəsində 29 % (26.4 milyard ABŞ dollarına qədər) artmışdır.

Lakin, 2006-cı ilin 1-ci rübündə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə dünya qızıl istehlakının fiziki həcmi 16%, 835,7 tona qədər aşağı düşüb. Ən əhəmiyyətli tənəzzül – 22%, 534,8 tona qədər – zərgərlik sənayesində qeydə alınıb. Qızıl üçün investisiya tələbi də – 6%, 196,1 tona qədər azalıb. Dollar ifadəsində 1-ci rübdə qızıl istehlakı 9%, 14,9 milyard ABŞ dollarına qədər artıb, əlbəttə ki, bu,  qiymət artımı ilə bağlıdır. Bununla yanaşı, qızıl bazarında təklifin həcmi ötən ilin birinci rübünün məlumatları ilə müqayisədə 15% azalıb, 868,4 tona düşüb. Üstəlik analitiklərin əvvəlki proqnozlarının əksinə olaraq tədarük istehsal səviyyəsinin düşməsi səbəbindən yox, əksinə 5 % artaraq 606,8 tona yüksəlmişdi, lakin, qızıl satış həcmindəki azalma səbəbindən – mərkəzi banklar tərəfindən 57 % qədər, 116,3 tona kimi – azalmışdı.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentə göstərilən marketinq xidmətləri ƏDV-yə 0 (sıfır) faizlə cəlb edilməlidir?

posted in: sual-cavab, Xəbər | 0

əmək haqqı, ümidsiz borc,Sual: Azərbayncan rezidenti hüquqi şəxsə qeyri-rezident təşkilata Azərbaycan bazarı haqqında marketinq araşdırması edir, (təhlükəsizlik sistemlərinin marketinq tədqiqatı, Məlumatların emalı və təhlili, təhlükəsizlik sistemləri üzrə analitik hesabatın hazırlanması) elektron və ya kagız daşıyıcısı formasında təqdim edir və bununla bağlı qarşı tərəfdən gəlir əldə edir.

Sual olunur ki, təqdim edilən xidmətlər ƏDV-yə cəlb edilirmi və bu xidmətlər üçün rezident təşkilat ƏDV qeydiyyatına durmalıdırmı? (Əgər xidmətlərin dəyəri illik 200 min manatı aşırsa).

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracına görə ƏDV sıfır (0) dərəcə ilə tutulur.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə bu xidmətlərin alıcısının olduğu yerdə ƏDV-yə cəlb edilir.

Onu da qeyd edək ki, bu fəaliyyəti həyata keçirən şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır və əməliyyatları ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur.

Eyni xidmətlər rezidentə göstərildiyi zaman, xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikası hesab olunur və xidmətlərə görə edilən ödənişlərdən 18 faiz dərəcə ilə ümumi qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 159-cu, 165-ci və 168-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

1 865 866 867 868 869 870 871 2. 398