İsveçrə bankı əməkdaşlarına 20 min dollar pul paylayacaq

posted in: Xəbər | 0

İsveçrə bankıİsveçrənin Credit Suisse bankı öz təhlilçilərinə və məsləhətçilərinə 20 min dollar pul paylayacaq. Beləliklə, təşkilat işçilərini əməliyyatların görünməmiş yüksək həcmi ilə işləmək üçün təşviq etmək istəyir, CNBC belə yazıb.

Bankdan bu bonusları “birdəfəlik pul müavinətləri” adlandırıblar. Digər əməkdaşlar da maaşlarının artırılacağını gözləyə bilərlər, nəşrin mənbələri belə söyləyiblər. İlin əvvəlindən Credit Suisse bankı sövdələşmələr üzrə ümumi məbləği 112,5 milyard dollar təşkil edən məsləhətlər verib. İndi bank təşkilatın bazar payını artırmaqda kömək edən əməkdaşların səylərini mükafatlandırmaq istəyir.

Bundan öncə isə pandemiyanın lap əvvəlində ABŞ-ın Goldman Sachs bankına işə düzələn analitiklər, “qeyri-insani” iş şəraitindən şikayətlənirdilər. Onlar həftədə orta hesabla 95 saat, yəni, hər gün istirahət etmədən təxminən 14 saat işləməli olurlar. Analitiklər gün ərzində beş saat yatırlar, gecə saat üçdən tez yatağa uzanmırlar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödəmə onlayn olarsa malın çatdırılması zamanı NKA çeki də verilməlidir?

posted in: sual-cavab, Xəbər | 0

Ödəmə onlayn olarsa malın çatdırılması zamanı NKA çeki də verilməlidir?NKA çeki onlayn

Sual: ƏDV ödəyicisi olan hüquqi şəxs pərakəndə qaydada ticarət fəaliyyəti ilə məşğuldur. (İdxal edilmiş hazır məhsullar son istehlak məqsədi ilə fiziki şəxslərə təqdim edilir). Mallar müştərilərə təqdim edilərkən satılan malların dəyəri nəğd və ya posterminal vasitəsilə ödənilərkən müştəriyə nəzarət kassa aparatı çeki təqdim edilir. Lakin COVİD19 pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi tətbiq edildiyi gündən malların obyektimizdə təqdim edilməsi dayandırılmış və onlayn satış fəaliyyətinə keçilmişdir.
Əgər müştəri aldığı malın dəyərini bankomatlar vasitəsilə və ya ödəniş tapşırığı ilə birbaşa bizim bank hesabımıza ödəmişdirsə, bu halda mal çatdırılan zaman müştəriyə NKA çeki də təqdim edilməlidirmi?

Cavab: Bildiririk ki, Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat tarixinin mərhələləri (2-ci hissə)

posted in: Xəbər | 0

İqtisadiyyat tarixinin mərhələləri (2-ci hissə)iqtisadiyyat

İqtisadi tarixin bir elm kimi əsasını qoyan alman iqtisadçısı Fridrix List hesab olunur ki, o, təsərrüfatın inkişafını beş mərhələyə ayırmışdı:

  • vəhşilik;
  • maldarlıq mərhələsi;
  • əkinçilik mərhələsi;
  • əkinçilik-manufaktura mərhələsi;
  • əkinçilik-manufaktura-kommersiya mərhələsi;
  • kommersiya mərhələsi.

Listin öz ardıcılları təsərrüfat tarixinin üç mərhələsini qeyd edirdilər:

  • təxminən XIII əsrə kimi mövcud olmuş təbii (ev) təsərrüfatı;
  • XVIII əsrə kimi mövcud olmuş pul (şəhər) təsərrüfatı;
  • XIX əsrdən mövcud olan təsərrüfat əlaqələrinin genişliyi və müxtəlifliyi ilə səciyyələnən kredit (xalq) təsərrüfatı.

Həm formalaşma, həm də təsərrüfat yanaşmaları sxemlərin birtərəfli və süni olmasından əziyyət çəkir. Axı, köləlik heç vaxt üstünlük təşkil edən istehsal forması olmayıb, kommunizm isə utopiyadan başqa bir şey deyil. Planetin bəzi rayonlarında maldarlıq üstünlük təşkil etdiyi halda, bəzilərində əkinçilik və s. inkişaf etmişdi.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

1960-cı ildə amerikalı iqtisadçı Uolt Rostou “İqtisadi yüksəlişin mərhələləri: Neokommunist manifesti” əsərini nəşr etdirdi. Cəmiyyətin inkişaf pillələrinin dövrləşdirilməsinin əsasını istehsal qüvvələrinin, texnikanın və texnologiyanın inkişafı təşkil etmişdir. Bu yanaşma çərçivəsində bu gün üç böyük dövr, üç mərhələ var:

  • XVIII əsrin ortalarına kimi mövcud olmuş sənayeləşməyə qədərki cəmiyyət;
  • XVIII əsrin sonu, XX əsrin son rübünədək mövcud olmuş sənaye cəmiyyəti;
  • XX əsrin son rübündən mövcud olan postindustrial cəmiyyəti.

Postindustrial ölkələrə sakinləri bir milyarddan çox olmayan təxminən iyirmiyə yaxın ölkəni aid etmək olar. Təxminən bir o qədər də əhali sənaye ölkələrində yaşayır, Yer planeti əhalisinin böyük hissəsi isə sənayeləşməyə qədərki mərhələnin müxtəlif pillələrində qərarlaşıblar.

Alman filosofu Karl Yaspers bəşər tarixində zaman oxu (almanca Achsenzeit) dövrünü ayırırdı ki, bu da e.ə. 800-200-ci illərə təsadüf edir. Ümumilikdə 500 ilə yaxın bir dövr. Bu, bəşəriyyətin mənəvi yüksəliş dövrü, müasir tipli insanın formalaşması dövrü idi. Bu, əsas dünya dinlərinin (konfutsianizm, buddizm, iudaizm) meydana gəldiyi və əsas filosof ideyalarının formalaşdığı dövrdür. Bəşəriyyət dünyanı və insanın özünü dərk etməsində sıçrayış edir, özü də bu sıçrayışlar demək olar ki, eyni vaxtda, lakin, bir-birindən asılı olmayaraq baş verir. Bundan uzun illər əvvəl, təxminən 5-ci minillikdən,  3-cü minilliyə qədər olan dövrdə Meksikada oxşar mədəniyyətlər ortaya çıxır. Onların hamısı yüksək səviyyəli sosial təşkilatçılığı və kifayət qədər mürəkkəb avadanlıqları ilə seçilirdi. Məhz, bu dövrdə yazı təşəkkül tapır, əmək bölgüsü və bazar, kifayət qədər mürəkkəb dövlət quruluşu və şəhərlər sistemi yaranır.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?

posted in: Xəbər | 0

əmək haqqıQanunvericiliyə əsasən, işçinin əmək haqqından vergi və digər ödənişlər tutulur. Mövzuya hüquqşünas Şəhriyar Həbilov münasibət bildirib.

Hər bir işçinin əmək haqqından işəgötürən tərəfindən aşağıdakı tutulmalar həyata keçirilir:

  • gəlir vergisi (Vergi Məcəlləsinə müvafiq olaraq bəzi kateqoriya şəxslərə münasibətdə güzəştlər, habelə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 2019-cu il yanvarın 1-dən 7 il müddətində yalnız 8.000 manatdan çox olan məbləğinin gəlir vergisinə cəlb olunmalı olduğu nəzərə alınmaqla);
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • məhkəmə aktları və ya notariusun icra qeydi, yaxud səlahiyyətli orqanların qərarlarına əsasən tələb edilən icra ödənişləri. Bu məbləğlərin tutulması üçün müvafiq icra sənədi işçinin iş yerinə göndərilir.

Eləcə də:

  • işəgötürənə işçinin təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği (işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə);
  • müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
  • işçi xidməti ezamiyyətə göndərilərkən ona avans verilibsə artıq qalmış məbləğ;
  • işçiyə səhv riyazi hesablamalar nəticəsində artıq ödənilmiş məbləğlər – yalnız ödənişdən sonrakı 1 ay müddətində;
  • təsərrüfat ehtiyacları ilə bağlı verilmiş artıq qalan, yaxud xərclənməyən məbləğlər;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan və ya müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları;
  • işçinin kommunal ödənişləri, bankdan aldığı ssudaları, kreditləri və ya digər şəxsi borcları – işçinin işəgötürənə həmin ödənişlərin onun əmək haqqından tutulmasına dair ərizəsi əsasında.

Qanunvericiliyə əsasən, əmək haqqından 20 faiz, bir neçə icra sənədi olduqda 50 faiz, bəzi hallarda (aliment ödənişi, sağlamlığa ziyan vurulması və s.) isə 70 faiz tutulmalara yol verilməsi mümkündür.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 863 864 865 866 867 868 869 2. 398