Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

Dövlət Vergi XidmətiYeni biznesini qeydiyyatdan keçirmək istəyən sahibkarlar, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektləri elektron dövlət qeydiyyatı sistemindən daha çox istifadəyə təşviq etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar təşkil olunacaq.

Bu barədə Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar martın 16-sı, saat 15:00-da keçiriləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF məsləhətçi seçir

posted in: Xəbər | 0

DSMFƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələr üçün 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və aidiyyəti işlər üzrə məsləhət xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 400 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 8-i, saat 14:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 16-sı, saat 14:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitə ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi aprelin 19-da, saat 14:00-da Portalda açıqlanacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli (1-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli (1-ci hissə)Startap

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat

Startapa necə başlamalı?

Tez sıradan çıxan və uğurlu məhsul yarada bilməyən şirkətlərə heç kim ömrünün aylarını və illərini həsr etməyi planlaşdırmır. Və bütün hallarda startapların 90% -i sıradan çıxır.

Müvəffəqiyyətli şirkətləri işə salmış təcrübəli sahibkarlara nələr məlumdur, uğursuz layihələrin təsisçiləri nədən xəbərsizdirlər?

“30-dan 30-a” Forbes reytinqinin iştirakçısı Hamfri, uğurlu strartap qurmağa necə düzgün başlamaqla bağlı fikirlərini bölüşür. Tilda Publishing sahibkarlardan ötrü onun praktiki məsləhətlərini tərcümə dərc edib.

Məzmun

  • Yaxşı başlanğıc niyə çox mühümdür
  • Sizin startapın mahiyyəti nədən ibarətdir
  • Problemlər = imkanlar
  • Bazara çıxırıq
  • Minimum həll
  • Gəliri proqnozlaşdırırıq

Startapı lap əvvəldən yaxşı başlamaq niyə əhəmiyyətlidir?

4 startapdan 3-nün uğursuz olma səbəbləri fərqlidir, lakin, çox vaxt buna aşağıdakı səbəblər gətirib çıxarır:

  • Şirkət mövcud olmayan bazar üçün məhsul hazırlayır (tələbat yetərli deyil).
  • Menecerlər pul axınını idarə edə bilmirlər, məsələn, gəlir əldə etmək üçün işləməyən modeldən istifadə edirlər
  • Şirkət bazardakı dəyişikliklərə uyğunlaşmır
  • Layihə kifayət qədər sürətlə böyümür
  • Təsisçi işdə uğursuzluğa düçar olur
Burada müzakirə ediləsi çox şey var, lakin, maraqlı fakt –  startap yaradılarkən, ona lap başlanğıcda lazımi diqqətin yetirilməməsidir

Appster agentliyində çoxlu sayda startaplarla işlədikdən sonra Cosayya Hamfri  və komandası istənilən startapın müvəffəqiyyətinin hər hansı bir şirkət qurmazdan əvvəl cavablandırılması lazım olan beş əsas sualdan asılı olduğunu gördü:

  • Sizin şirkətin fəaliyyətinin konkret istiqaməti nədir?
  • Siz məhz, hansı problemi həll etməyə çalışırsınız?
  • Siz hansı bazara çıxmaq istəyirsiniz?
  • Problemin həlli üçün siz hansı məhsulu təklif edəcəksiniz?
  • Biznes modelinizin hansı iqtisadi hesablaması var ?

İlk hərəkətlərinizdən şirkətinizin milyonlarla dollar dəyərində olub-olmaması asılı ola bilər və ya  siz də heç kimin xtırlamadığı 90 faiz startaplardan birinə çevrilə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kənd təsərrüfatında çalışanlarla müqavilələr necə bağlanacaq?

posted in: Xəbər | 0

əmək müqavilələri“Əmək Məcəlləsi”nə ediləcək dəyişikliklər kənd təsərrüfatında müddətli mövsümi əmək müqavilələrinin bağlanmasını qadağan etmir. Belə ki, sözügedən məcəllənin 47-ci maddəsinə uyğun alaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə ilboyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümü işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək.

Məcəlləyə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər.
Dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir. Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hesab etsə də bu hal müddətli əmək müqavilələrin bağlanmasını qadağan etmir”, – deyə deputat qeyd edib.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisinin son plenar iclasında ikinci oxunuşda qəbul olunub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 861 862 863 864 865 866 867 2. 386