İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?

posted in: Xəbər | 0

əmək haqqıQanunvericiliyə əsasən, işçinin əmək haqqından vergi və digər ödənişlər tutulur. Mövzuya hüquqşünas Şəhriyar Həbilov münasibət bildirib.

Hər bir işçinin əmək haqqından işəgötürən tərəfindən aşağıdakı tutulmalar həyata keçirilir:

  • gəlir vergisi (Vergi Məcəlləsinə müvafiq olaraq bəzi kateqoriya şəxslərə münasibətdə güzəştlər, habelə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 2019-cu il yanvarın 1-dən 7 il müddətində yalnız 8.000 manatdan çox olan məbləğinin gəlir vergisinə cəlb olunmalı olduğu nəzərə alınmaqla);
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • məhkəmə aktları və ya notariusun icra qeydi, yaxud səlahiyyətli orqanların qərarlarına əsasən tələb edilən icra ödənişləri. Bu məbləğlərin tutulması üçün müvafiq icra sənədi işçinin iş yerinə göndərilir.

Eləcə də:

  • işəgötürənə işçinin təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği (işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə);
  • müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
  • işçi xidməti ezamiyyətə göndərilərkən ona avans verilibsə artıq qalmış məbləğ;
  • işçiyə səhv riyazi hesablamalar nəticəsində artıq ödənilmiş məbləğlər – yalnız ödənişdən sonrakı 1 ay müddətində;
  • təsərrüfat ehtiyacları ilə bağlı verilmiş artıq qalan, yaxud xərclənməyən məbləğlər;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan və ya müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları;
  • işçinin kommunal ödənişləri, bankdan aldığı ssudaları, kreditləri və ya digər şəxsi borcları – işçinin işəgötürənə həmin ödənişlərin onun əmək haqqından tutulmasına dair ərizəsi əsasında.

Qanunvericiliyə əsasən, əmək haqqından 20 faiz, bir neçə icra sənədi olduqda 50 faiz, bəzi hallarda (aliment ödənişi, sağlamlığa ziyan vurulması və s.) isə 70 faiz tutulmalara yol verilməsi mümkündür.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank və “Qırmızı Ürəklər” Daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirir

posted in: Xəbər | 0

Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu Daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

Heç kimə sirr deyil ki, Daun sindromlu şəxslər hələ də cəmiyyətə tam inteqrasiya olunmur. Buna əsas səbəb onların hər şeyə sevgi ilə yanaşmaları və çox həssas xarakterə malik olmalarıdır. Amma əslində “Günəş uşaqlar” adlandırılan Daun sindromlu şəxslər, dünyanın müxtəlif yerlərində və bir sıra sahələrdə kifayət qədər uğurlu ola bilirlər.

Onların uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində Daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Azərbaycanda isə bu sindroma sahib olan şəxslər hələ də cəmiyyətdən izolyasiya olunmuş formada yaşayır. Yəni problemin əsas çıxış nöqtəsi cəmiyyətin baxış bucağıdır.

Yeni layihə çərçivəsində Kapital Bank və “Qırmızı Ürəklər” fondu, aztəminatlı ailələrin himayəsində olan Daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm, rəqs, kulinariya və qurama sənəti) təlimlər təşkil etmək üçün vəsait ayıracaq. Həmçinin BirBank mobil tətbiqinin istifadəçiləri 10 aprel 2021-ci il tarixinədək Daun sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə ianələr edə bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya ölkələrinə borc verməklə bağlı çağırış edildi

posted in: Xəbər | 0

borcCNBC-yə verdiyi müsahibədə Capital Economics investisiya və konsaltinq şirkətinin portfelini idarə edən meneceri Saşa Çorli, investorları dünyanın hər yerindən olan ölkələrə borc verməyə çağırış edib və qeyd edib ki, son altı ildə bundan ötrü ən yaxşı andır.

Çorlinin sözlərinə görə, hazırda məhz, dövlət istiqrazları bazarı investorlar üçün – həm özəl, həm də institusional investorlar üçün ən cəlbedici bazardır. Son həftələrdə bir çox ölkələrin dövlət kağızlarının, ilk növbədə, ənənəvi olaraq etibarlılıq etalonu sayılan ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyinin kəskin artımı müşahidə edilir.

Eyni zamanda, investorlar dövlət borcuna qoyulan investisiyalara da şübhə ilə yanaşırlar və kütləvi şəkildə onları satmağa başlayıblar ki, bu da gəlirliliyin artmasına gəirib çıxarıb. Əsas səbəblərdən biri gəlirliliyi azaldacaq inflyasiyanın kəskin artması ilə bağlı narahatlıq idi.

Bəzi ölkələrdə inflyasiya həqiqətən də hədəf səviyyəsini üstələyir və ya buna yaxınlaşır, lakin, bu tendensiya müəyyən bir müddət ərzində müşahidə olunur, –  deyə, maliyyəçi qeyd edir. Bundan əlavə, böyümə tədricən baş verir ki, bu da dövlət borclarının alıcılarında inam yaratmalıdır.

Bununla yanaşı nəşrin qeyd etdiyinə görə, Çorlinin mövqeyi bazarda heç də üstünlük təşkil etmir. Onun çağırışlarına, həmçinin ABŞ-ın Federal ehtiyat sistemi (FES) və İngiltərə Bankının bu ölkələrin tənzimləyicilərinin pul-kredit siyasətini sərtləşdirmək və kəmiyyət yumşaldılması proqramını ləğv etmək niyyətində olmadığı barədə bəyanatlarına baxmayaraq, investorlar dövlət istiqrazlarını satmaqda davam edirlər. Capital Economics-in qiymətləndirməsinə görə, ilin sonuna kimi 10 illik xəzinədarlıq kağızlarının gəlirliliyi 1,5-1,75-dən 2,25-2,5 faizədək arta bilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli (5-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli (5-ci hissə)Startap

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Əks əlaqə üçün istehlakçıları harada tapmalı?

Bütün əlçatan resurslardan istifadə edin. Adamları Reddit, The Question, Quora, Meetup.com kimi poçt siyahılarında, forumlarda və mesaj lövhələrində, sosial şəbəkələrində və mikro-netvorkinqdə  axtarın. Kafeyə gedib kiminsə hər hansı bir fikrini öyrənmək üçün kofe də təklif etmək olar.

Fokus-qruplara dostlarınızı və qohumlarınızı dəvət etməyin. Onların fikirləri qərəzli ola bilər və sizə olan nəzakətdən suallara səmimi cavab verə bilməzlər.

Hər hansı bir məhsulu və ya xidməti işə salmazdan öncə, hökmən komandanızın həlli ilə məşğul olacağı problemi axtarıb tapın.

Bazara çıxış

Sizin strartapınızın məhsulu üçün bazarın mövcud olduğunu necə müəyyən etməli?

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

Şirkətin istiqamətini müəyyənləşdirib startapınızın həll edəcəyi problemi müəyyənləşdirdikdən sonra məhsulunuzdan ötrü bir bazarın olması vacibdir.

Bazarın ölçüsünü hesablayın

Startapı yaratmazdan əvvəl sizin məhsulunuzdan ötrü bazarın mövcud olub-olmadığını təhlil edin, il ərzində potensial satış həcmini hesablayın:

Yüksək illik gəlir üçün (məsələn, 1 milyard dollarlıq satışlar) sizə ya böyük sayda istehlakçılar, ya yüksək qiymət, yaxud bunların hər ikisi birlikdə lazım gələcək.

Bazar – startapın uğuru və ya uğursuzluğunda ən mühüm amildir. Niyə? Çoxlu sayda real alıcılar varsa, startapınızın məhsulunu bazar özü ortaya çıxarır. Bazar həmin vaxtlarda özü sizin ilk uyğun məhsulunuzun axıb gəlməsini dəstəkləyir. 

Mark Andrissen, sahibkar, investor və proqram təminatı üzrə mühəndis

Məhsulun möhtəşəm olmasına ehtiyac yoxdur. Sadəcə məhsulun  satışı vacibdir. Komandanızın nə dərəcədə yaxşı işləyib-işləməsinin, bazar üçün əhəmiyyəti yoxdur – ən vacibi məhsula ehtiyac olmasıdır.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

1 864 865 866 867 868 869 870 2. 398