İqtisadiyyat tarixinin mərhələləri (1-ci hissə)

posted in: Xəbər | 0

İqtisadiyyat tarixinin mərhələləri (1-ci hissə)iqtisadiyyat

İqtisadiyyat tarixinin dövrləşdirilməsinə, yəni, iqtisadi inkişafın mərhələlərə, pillələrə ayrılmasına dair bir çox yanaşmalar mövcuddur.

Sosialistlər XVIII-XIX əsrlərdə cəmiyyət tarixini bir neçə pilləyə aymışdılar:

  • vəhşilik;
  • antik;
  • cəmiyyət;
  • feodalizm;
  • kapitalizm;
  • sənayeləşmə.

Fransız filosofu Şarl Furye, bəşər tarixinin üç böyük dövrü və bunların içərisindəki mərhələləri təsbit etmişdi:

  • məhsuldar fəaliyyətdən əvvəlki dövrlər (ibtidai icma və vəhşilik);
  • parçalanmış, aldadıcı, iyrənc istehsal (patriarxat, barbarlıq, sivilizasiya);
  • sosial, doğru, cəlbedici istehsal.

Bunun əsasında marksizmdə mülkiyyətin xarakteri ilə fərqlənən beş istehsal üsulunun ayrılması ilə cəmiyyətin inkişafına formal yanaşma yaranıb və bərqərar olub:

  • ibtidai-icma (burada şəxsi mülkiyyət mövcud deyildi, siniflərin istimarı yox idi və istehlak səviyyəsi də çox aşağı səviyyədə idi);
  • quldarlıq (burada cəmiyyət qullara və qul sahiblərinə bölünürdü ki, bu da mədəniyyət və elmin inkişafı üçün şərait yaradırdı);
  • feodalizm (burada torpaqlar feodalların əlində idi, kəndlilər isə həmin torpaqlardan istifadəyə görə feodallara torpaq rentası ödəyirdilər);
  • kapitalizm (hesab edilirdi ki, burada qeyri-iqtisadi yanaşmanı, iqtisadi məcburetmə əvəz edir);
  • kommunizm (burada xüsusi mülkiyyət ləğv edilir və yüksək inkişaf etmiş məhsuldar qüvvələr “hər kəsə tələbatına görə” prinsipinin inkişafını təmin edirlər).

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli (4-cü hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli (4-cü hissə)Startap

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Müştərinin “ağrıları” üzərində necə qazanmaq olar

Gələcək şirkətlər üçün uyğun bir problem nöqtəsi – yetərli sayda istehlakçının “ağrının” mövcudluğunu etiraf etməsi və onun həllindən ötrü ödənişə hazır olduğu zamandır. Belə olarsa, onda sizin startapa bazarda tələbat olacaq.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Qazanc əldə etmək üçün siz ağrını aşkar edə və həmin ağrıya reaksiya verə bilməsəniz – dizayn və inkişafdan başlamış, marketinq və məhsulun testinə kimi bütün qalan fəaliyyətlər boşunadır. Əgər hansısa məhsul problemləri həll etmirsə, adamlar ona görə ödəniş etməyəcəklər.

Konkret plana keçək

Hansı konkret bazarda və hansı bir sahədə bir startap açmağınızı planlaşdırdığınızı siz yaxşı anlayırsınız. Beləliklə, növbəti addım şirkətinizin həll edəcəyi problemi konkretləşdirmək  – onu işləyib hazırlamaq və problemə  reaksiyanı test etməkdir.

İdeyanızın həyata keçəcəyini və qazanc gətirə biləcəyini necə öyrənmək olar?

  • Potensial müştərilər qrupu tapın
  • Onların arasında sorğu keçirin: sorğunu şəxsən keçirsəniz daha yaxşıdır, lakin, bu elektron poçt vasitəsilə də mümkündür
  • Nəticələri qiymətləndirin

Məsələni daha yaxşı anlamaq üçün fokus qrup iştirakçılarının sizinlə mümkün qədər dürüst olmasına çalışın. Onlara məhsulun ideyasını satmayın, ən yaxşısı açıq suallar verin. Sualları elə tərtib etmək lazımdır ki, respondentlər sərbəst şəkildə və təzyiq olmadan cavab verə bilsinlər.

Sual nümunələri:

  • X probleminin həllində ən böyük çətinlik nədir?
  • X problemi haqda danışın. Ötən dəfə nə baş vermişdi, bu problemlə siz necə qarşılaşmışdınız?
  • Niyə bu təcrübə sizdən ötrü bu qədər xoşagəlməzdir?
  • Problemi həll etməkdən ötrü siz hansı hərəkətləri etmisiniz?
  • Problemin həlli etmək üçün hansı həll yollarından istifadə edirsiniz? Onlarda sizi qane etməyən nədir? Onları necə dəyişdirmək olar?

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnvestisiya cəlb edəcək Biznes Planın hazırlanması

posted in: Xəbər | 0

İnvestisiya cəlb edəcək Biznes Planın hazırlanması

biznes plan

Biznes Plan investisiya cəlb etmək və yaxud cari biznesin inkişafı üçün özündə bizneslə bağlı bütün məlumatları əks etdirən sənədlər toplusudur. Biznes Planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək məqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır. İnvestisiya xarakterli biznes plan ilə cari bizneslər üçün biznes plan arasında fərqlər vardır. Biz bu yazıda investisiya cəlb edəcək biznes planda nələrə diqqət edilməsi gərəkdiyini sizlərlə paylaşırıq.

İnvestordan, bankdan, kredit təşkilatından və yaxud investisiya təşkilatlarından büdcə cəlb etmək və onları biznesin uğurlu ideyaya malik olduğuna inandırmaq həqiqətən asan deyil. Bunun üçün də biznes planda qarşı tərəfdə qaranlıq qalacaq heç bir boşluğun saxlanılmaması gərəklidir. Biznes ideya və yaxud gediləcək strateji xəritə ilə bağlı bütün məlumatlar öz əksini biznes planda tapmalıdır.

Biznes planda hansı məlumatlar olmalı və bu məlumatlar hansı qaydada olmalıdır?

  • Mündəricat, xülasə və açıqlama bölmələri

Biznes planın səliqəliliyini və biznes planın korporativ dəyərlərini qarşı tərəfə göstərə bilmək üçün ilkin mərhələdə mündəricat səhifəsi olmalıdır. Bu səhifə hansı başlıqların və mövzunun hansı səhifədə olduğunu göstərir ki, bu da biznes planla tanış olmaq istəyn şəxsin işini asanlaşdırır. Bundan sonrakı mərhələdə biznes planın xülasəyə salınmış hissəsi öz əksini taparsa yaxşı olar. Çünki biznes planı analiz etmək bir neçə gün zaman ala bilər. Lakin qarşı tərəf xülasə hissəsinə baxaraq biznesin ona uyğun olub olmadığını daha qısa zamanda aşkarlaya bilər. Bundan əlavə olaraq biznes planda elmi və nəzəri dildə yazılmış sözlərin açıqlamalarını verən bir səhifəyə də ehtiyac var ki, onu analiz edən tərəf biznes planı tam mənimsəyə bilsin.

  • Biznes planı yazan müəssisə və yaxud şəxs, Biznes haqqında, yatırılacaq ideya haqqında məlumatlar.

Əgər biznes planı yazan tərəf hüquqi şirkətdirsə o zaman mütləq müəssisə, əgər fiziki şəxsdirsə şəxs öz haqqında məlumatı biznes planda bölüşməlidir. Bu qarşı tərəfə biznes planla bağlı daha rahat qərar vermədə yardımçı olacaq. Əgər komanda varsa yaxşı olar ki, komanda da biznes planda öz əksini tapsın. Lakin burada komandanı qeyd edərkən təcrübəli və yazılan sahə ilə əlaqəsi olan şəxsləri yazmaq lazımdır.

Daxil olunacaq biznes və ideya haqqında ətraflı məlumat vermək lazımdır. Biznes nədən ibarətdir və nə üçün bu sektora yatırım edilməlidir. Bundan sonra isə ideyanın özünü açıqlamaq və əsaslandırmaq lazımdır, məqsədlər, hədəflər ideyanın üstün tərəflərini qarşı tərəfə göstərmək lazımdır.

  • Biznesin idarəedilməsi
Bu başlıq altında biznesin idarəedilməsi prinsipləri, daxili idarə etmə sistemi, idarəetmə fəlsəfəsi, idarəetmə strukturu, onların vəzifə öhdəlikləri və s. yer almalıdır. Bu qarşı tərəfin sizin və biznes plan haqqında müsbət düşünməsinə təkan verəcəkdir.
  • Bazar araşdırması və analizlər

İdeyanı və biznesin idarəedilməsini göstərdikdən, ideyanın maraqlı olduğunu sübut etdikdən sonra bazarın vəziyyətini qarşı tərəfə göstərmək gərəklidir. Burada ümumi bazar ilə bağlı rəqəmsal və maraqlı məlumatlar, rəqiblər haqqında məlumatlar, satış dövriyyələri, marketinq addımları, müştərilərin fikirləri və s. kimi araşdırmaya dayanan məlumatlar qeyd olunmalıdır. İki cür araşdırma seçimi vardır. Birinci dərəcəli araşdırma odur ki, siz araşdırmanı anket sorğuları və s. araşdırma metodologiyaları ilə özünüz əldə edəcəksiniz. İkinci dərəcəli araşdırma odur ki, internetdən bundan öncə edilmiş araşdırmalardan məlumatlar əldə edəcəksiniz. Hər bir halda hər ikisi dəyərlidir. Lakin birinci dərəcəli araşdırma metodu baha olduğu üçün çox biznes planlarda ikinci dərəcəli araşdırmalar olur.

  • İstehsal, anbar və lojistika planının olması

Əgər sizin biznes planınız istehsal ilə bağlıdısa biznes plada istehsal ilə bağlı ətraflı məlumatlar öz əksini tapmalıdır. Burada avadanlıqla bağlı məlumatlar, xammal ilə bağlı məlumatlar, aylıq və illik istehsal planı, anbar ilə bağlı məlumatlar və lojistika məlumatları öz əksini tapmalıdır. Bu sizin işinizin necə planlı və dəqiq olduğunu göstərən bölmələrdən biri olmalıdır.

  • Marketinq və satış addımları

Biznesin ideyası qədər, onu necə bazara təqdim edəcəyik və necə satış edəcəyik mövzusu da vacibdir. Bunun üçün də marketinq və satış bölmələri düzgün və effektiv işlənilməlidir ki, investisiya edən qurum və yaxud tərəf pul axışının necə formalaşdığını görə bilsin. Marketinq hissəsində şirkətin və yaxud layihənin markalaşmasından reklam fəaliyyətlərinə və eyni zamanda marketinq büdcəsinə qədər bütün məlumatlar qeyd olunmalıdır. Satış hissəsində isə satş strategiyası, satış planı və topdan və pərakəndədən satışlar aylar üzrə öz əksini tapmalıdır.

  • Maliyyə planı və risklərin analizi

Biznes planın ən vacib hissəsi deyərdik ki, maliyyə hissəsidir. Qarşı tərəfi ən çox maraqlandıran və biznes plana investisiya yatırılıb-yatırılmayacağı haqqında əsas istiqamət verən bölmə də elə bu bölmədir. Bu bölmədə olması gərəkən əsas məlumatlar aşağıdakı kimidir.

  • Satışdan daxil olmalar və xərclər,
  • PnL, İllərə görə mənfəət və zərər hesabatı,
  • Cash Flow, – Pul axışı,
  • EBIT, EBITA,
  • PBP, Pay Back Period,
  • MPV və s.

Bu məlumatlar sayəsində investisiya edən tərəf biznes plan ilə bağlı qərar qəbul edə biləcəkdir.

Sonra müxtəlif risk ölçmə metodologiyalarından istifadə edərək riskləri təyin etmək və onları aradan qaldırmaq üçün həll yollarını təklif etmək lazımdır.

Əməkdaşlıq üçün Onevision Busienss Solutions komandasına müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: +99455 372 71 80

Mail: info@onevision.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun məqsədi nədir?

posted in: Xəbər | 0

Mühasibat uçotunun məqsədiMühasibat uçotunun məqsədi – mülkiyyətçilər, menecerlər, kreditorlar, dövlət orqanları üçün şirkətin cari vəziyyəti haqqında etibarlı məlumat verən uçot sisteminin qurulmasıdır. Gördüyümüz kimi, mühasibat uçotunun vergi ödənişlərinə heç bir aidiyyatı yoxdur. Bundan ötrü vergi uçotu da mövcuddur.

Vergi uçotu üzrə normativ akt Vergi məcəlləsidir. Vergi məcəlləsində hüquqi şəxslərin müxtəlif səviyyələrdən olan vergiləri sərbəst şəkildə hesablamalı və ödəməli olduqları ümumdövlət və yerli vergilər haqqında yazılıb. Necə hesablamaq, nələri hesablamaq və nələri hesablamamaq barədə hər şey həmin sənəddə öz əksini tapıb. Beləliklə, vergi uçotunun məqsədi vergi bazasının və verginin düzgün hesablanmasına gətirib çıxaran uçot sisteminin qurulmasıdır.

Göründüyü kimi, mühasibat və vergi uçotunun hüquqi cəhətdən bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bunlar müəyyən məqsəd və tapşırıqlara uyğun olan iki tamamilə fərqli uçot sistemidir. Bu, çox mühüm bir fikirdir.

Müəssisədə mühasibat və vergi uçotu ilə yanaşı, idarəetmə uçotu də mövcuddur. Onun məqsədi təşkilatı operativ şəkildə idarə etməyə imkan verən uçot sisteminin qurulmasıdır. İdarəetmə uçotu şirkətin daxili sənədləri ilə tənzimlənir.

Yekun vursaq – əgər biznesin strukturu ayda bir neçə əməliyyat aparan fərdi sahibkarlıqdan bir qədər mürəkkəbdirsə, onda bir neçə uçot sistemi yaratmaq lazım gələcək. Bəs, onları kim yaradacaq, bax, bunun fərqi yoxdur. Lakin, təşkilatın uçotuna görə direktor məsuliyyət daşıyır. Ağıllı rəhbər, müəssisədəki mühasibat sisteminin təşkilini həvalə etdiyi və işin mənfəətini artırmaq üçün rəhbərliklə ünsiyyət qurmaq bacarığına sahib olan bir mütəxəssisi işə götürür.

Ancaq, mühasibat uçotuna elə də müsbət olmayan münasibət sərgiləməyin əsas səbəbi ondadır ki, mühasibat uçotunu təşkil etmək və qurmaq funksiyası həvalə edilmiş şəxs çox vaxt özünü digərlərindən ayırır və belə bəyan edir: “Mənim vəzifəm – mühasibat və vergi hesabatını verməkdir, yerdə qalanlar mühasibatlığın yerinə yetirməli olmadığı, mənim funksiyama daxil olmayan işlərdir”. Nəticədə, direktor mühasibatlığı biznesin uğuru üçün deyil, nəsə başqa bir şeydən ötrü zəruri olan bir bölmə kimi qəbul etməyə başlayır.

Bu, mühasibatlığın biznes üçün dəyərinin nə olduğunu başa düşməyin başlanğıcıdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 866 867 868 869 870 871 872 2. 398