» » » İqtisadiyyat tarixinin mərhələləri (2-ci hissə)

İqtisadiyyat tarixinin mərhələləri (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

İqtisadiyyat tarixinin mərhələləri (2-ci hissə)iqtisadiyyat

İqtisadi tarixin bir elm kimi əsasını qoyan alman iqtisadçısı Fridrix List hesab olunur ki, o, təsərrüfatın inkişafını beş mərhələyə ayırmışdı:

  • vəhşilik;
  • maldarlıq mərhələsi;
  • əkinçilik mərhələsi;
  • əkinçilik-manufaktura mərhələsi;
  • əkinçilik-manufaktura-kommersiya mərhələsi;
  • kommersiya mərhələsi.

Listin öz ardıcılları təsərrüfat tarixinin üç mərhələsini qeyd edirdilər:

  • təxminən XIII əsrə kimi mövcud olmuş təbii (ev) təsərrüfatı;
  • XVIII əsrə kimi mövcud olmuş pul (şəhər) təsərrüfatı;
  • XIX əsrdən mövcud olan təsərrüfat əlaqələrinin genişliyi və müxtəlifliyi ilə səciyyələnən kredit (xalq) təsərrüfatı.

Həm formalaşma, həm də təsərrüfat yanaşmaları sxemlərin birtərəfli və süni olmasından əziyyət çəkir. Axı, köləlik heç vaxt üstünlük təşkil edən istehsal forması olmayıb, kommunizm isə utopiyadan başqa bir şey deyil. Planetin bəzi rayonlarında maldarlıq üstünlük təşkil etdiyi halda, bəzilərində əkinçilik və s. inkişaf etmişdi.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

1960-cı ildə amerikalı iqtisadçı Uolt Rostou “İqtisadi yüksəlişin mərhələləri: Neokommunist manifesti” əsərini nəşr etdirdi. Cəmiyyətin inkişaf pillələrinin dövrləşdirilməsinin əsasını istehsal qüvvələrinin, texnikanın və texnologiyanın inkişafı təşkil etmişdir. Bu yanaşma çərçivəsində bu gün üç böyük dövr, üç mərhələ var:

  • XVIII əsrin ortalarına kimi mövcud olmuş sənayeləşməyə qədərki cəmiyyət;
  • XVIII əsrin sonu, XX əsrin son rübünədək mövcud olmuş sənaye cəmiyyəti;
  • XX əsrin son rübündən mövcud olan postindustrial cəmiyyəti.

Postindustrial ölkələrə sakinləri bir milyarddan çox olmayan təxminən iyirmiyə yaxın ölkəni aid etmək olar. Təxminən bir o qədər də əhali sənaye ölkələrində yaşayır, Yer planeti əhalisinin böyük hissəsi isə sənayeləşməyə qədərki mərhələnin müxtəlif pillələrində qərarlaşıblar.

Alman filosofu Karl Yaspers bəşər tarixində zaman oxu (almanca Achsenzeit) dövrünü ayırırdı ki, bu da e.ə. 800-200-ci illərə təsadüf edir. Ümumilikdə 500 ilə yaxın bir dövr. Bu, bəşəriyyətin mənəvi yüksəliş dövrü, müasir tipli insanın formalaşması dövrü idi. Bu, əsas dünya dinlərinin (konfutsianizm, buddizm, iudaizm) meydana gəldiyi və əsas filosof ideyalarının formalaşdığı dövrdür. Bəşəriyyət dünyanı və insanın özünü dərk etməsində sıçrayış edir, özü də bu sıçrayışlar demək olar ki, eyni vaxtda, lakin, bir-birindən asılı olmayaraq baş verir. Bundan uzun illər əvvəl, təxminən 5-ci minillikdən,  3-cü minilliyə qədər olan dövrdə Meksikada oxşar mədəniyyətlər ortaya çıxır. Onların hamısı yüksək səviyyəli sosial təşkilatçılığı və kifayət qədər mürəkkəb avadanlıqları ilə seçilirdi. Məhz, bu dövrdə yazı təşəkkül tapır, əmək bölgüsü və bazar, kifayət qədər mürəkkəb dövlət quruluşu və şəhərlər sistemi yaranır.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun