» » » İqtisadiyyat tarixinin mərhələləri (3-cü hissə)

İqtisadiyyat tarixinin mərhələləri (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

İqtisadiyyat tarixinin mərhələləri (3-cü hissə)

Bəşəriyyət tarixindəki növbəti böyük sıçrayış Avropada orta əsrlərin sonunda baş vermişdi, müasir elmin meydana çıxdığı dövrdə texnologiya inkişaf etməyə başlamışdı və bu da təxminən 200 il əvvəl sənaye cəmiyyətinin formalaşmasına səbəb olmuşdu. Avropada iqtisadiyyatın elm və texnologiyasının inkişafı, onun iqtisadi inkişafında bir sıçrayışa gətirib çıxardı və digər sivilizasiya mərkəzlərindən kəskin şəkildə ayrılmasına səbəb oldu.

Ümumilikdə, sənayeləşməyə qədərki mərhələ cəmiyyətin həyat formalarında dəyişikliklərin yavaş templəri ilə səciyyələnir.

Sənayeləşməyə qədərki cəmiyyətdə iki əsas modeli fərqləndirmək olar:

  • istehsalın asiya üsulu;
  • istehsalın antik üsulu.

Asiya istehsal üsulunda, ictimai quruluşun zirvəsində ali hökmdar-despotun (firon, imperator və s.) olduğu bir piramida şəklində təsvir edilə bilər. Əsas istehsal vasitəsi despotun mülkiyyəti olan torpaq idi və icmalar isə torpağın yalnız irsi sahibləri idi. Şəxsi mülkiyyətə məhdud şəkildə icazə verilirdi. Həm bölgünü, həm də istehlakı dövlət tənzimləyirdi. İstehsalın bu üsulu üçün hakimiyyətin sərt komanda-inzibati sistemi xarakterikdir. Qısa zaman kəsiyində “asiya” modeli yüksək iqtisadi artım tempini təmin edə bilər, lakin, fərdi təşəbbüskarlığı, yaradıcılığı və yeni bir şey axtarmağı istisna etdiyi üçün daha uzunmüddətli dövrdə azalmaya, durğunluğa gətirib çıxarır. Cəmiyyətin asiya forması qədim sivilizasiyalarda yaranmışdı. Lakin, XX əsr də daxil olmaqla, vaxtaşırı yenidən dirçəlir (faşizm, stalinizm) və mütləq məğlubiyyətə uğrayır.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Antik istehsal üsulu, asiya üsulunun antipodudur. Onun üçün bunlar səciyyəvidir:

  • şəhərlərin ictimai həyat mərkəzləri kimi formalaşması;
  • torpaq üzərində şəxsi mülkiyyət;
  • azad əməyin yayılması;
  • vətəndaşların qanun qarşısında şəxsi azadlığı və bərabərliyi;
  • demokratiya siyasi quruluşun üstün forması kimi.

Müasir cəmiyyət əhəmiyyətli dərəcədə antik quruluş ənənələrinin dirçəlişi və inkişafı kimi formalaşmışdır.

Etnogenez iqtisadi inkişafa təsir göstərir. Etnos dedikdə, öz fərqini, digər xalqlardan uzaq olduğunu dərk edən bir qrup insan başa düşülür. Lev Qumilyevin sözlərinə görə, etnosun həyat müddəti təxminən 1200 – 1500 ildir ki, burada o, öz inkişafında bir sıra mərhələlərdən keçir. Etnosun yaranması, adətən, dar zolaqda baş verir, burada Yer biosferinin canlı maddəsinin biokimyəvi energetikasının yığılması, yəni passionar təkan baş verir. Məsələn, yeni dövrün passionar partlayışı xristianların ayrılmasına və Bizansın meydana gəlməsinə səbəb olmuşdu. Şərqdə, eyni dövrdə, fars etnosu, daha şərqdə – köçəri hunların dövləti  meydana gəlmişdi. VII əsrdə etnogenez partlayışı ərəblərin və müsəlmanların yeni etnosunun təşəkkülünə gətirib çıxardı. Şərqdə isə tibet etnosu ortaya çıxdı. XII əsrdə passionar təkan monqolların tarix səhnəsinə çıxmasına şərait yaratdı.

Passionar təkan bir yüksəlişə aparır, ardından müvəffəqiyyət və qələbə idealına can atma, özünü ideal adına qurban vermək istəyi ilə xarakterizə olunan akmatik bir mərhələ gəlir. Bundan sonra passionarlığın azaldığı fazası baş verir ki, o da fəth və miqrasiyalara meylin azalmasına gətirib çıxarır. Lakin, iqtisadiyyatı, mədəniyyəti inkişaf etdirmək cəhdləri güclənir, bu da inersiya mərhələsində özünü göstərir. Ardınca maddi rifah arzusu ilə xarakterizə olunan qaranlıq bir mərhələ davam edir, sənətdə üslub azalır, elmdə orijinal əsərlər məcmuələrlə əvəz olunur, korrupsiya, satqınlıq, cəhalət və prinsipsizlik artır. Bir etnos, hətta yeni bir etnos tərəfindən udulmasa da, həyat istəyi, doğum nisbəti aşağı düşür və ölüm nisbəti isə yüksəlir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun