İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

güzəştlər vergi tutulmaları güzəştSual: İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?

Cavab: Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır və güzəştdən istifadə etmək üçün yaş həddi nəzərdə tutulmamışdır. Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;
  • AR Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, AR Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatı borc çuxuruna düşüb

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatı borc çuxuruna düşübdünya iqtisadiyyatı

2020-ci ildə qlobal borc rekord həddə – 281 trilyon dollara qədər artmışdır ki, bu da dünya iqtisadiyyatının özünün ölçüsündən 3,5 dəfə çoxdur. Artıq il yarımdan sonra kreditlərin həcmi 300 trilyon dollara qədər yüksələ bilər, bu haqda “İzvestiya” qəzeti xəbər verib.

Ötən il borc 24 trilyon dollar artıb, belə artım tempi rekord hesab olunur. Məsələn, 2019-cu ildə onun həcmi 10,8 trilyon, 2018-ci ildə isə cəmi 3,3 trilyon dollar artmışdı. Borc yükünün artımının təxminən yarısı qabaqcıl iqtisadiyyatların (ABŞ, Yaponiya, avrozona, Böyük Britaniya, Cənubi Koreya) payına düşüb. Məsələn, Yaponiyada borcun ÜDM-ə nisbəti 240 faizdir. Ölkələr koronovirus pandemiyasına qarşı apardıqları mübarizəyə çəkdikləri xərclər üzündən borc çuxuruna düşüblər.

“Dünya iqtisadiyyatının iqtisadi fəaliyyətə ciddi mənfi təsir göstərmədən bu qədər həddən artıq borc vəsaitini necə azaldacağı tamamilə anlaşılmazdır”, – beynəlxalq maliyyə İnstitutunun hesabatında belə deyilir. Dünyanı ötən əsrin 20-30-cu illərində baş verən Böyük depressiya ilə bənzərliyi olan hadisələr gözləyir, ВБЦ qrupunun baş direktoru Semyon Tenyayev xəbərdarlıq edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropada işsizliyin böyük bir dalğası gözlənilir

posted in: Xəbər | 0

Avropada işsizliyin böyük bir dalğası gözlənilir

2021-ci ildə avro bölgəsində işsizliyin uzunmüddətli böyük bir sıçrayışı (“durğunluğu”)  baş verə bilər. Proqnozlara görə, onun yüksəlişi pandemiyaya qədərki  dövrlə müqayisədə 38 faiz (2020-ci ilin birinci rübündə olan 4,8 milyon nəfərdən üçüncü rübdə 6,6 milyon nəfərə qədər)  təşkil edəcək. Euler Hermes sığorta şirkətinin araşdırmasında belə deyilir.

Qeyd olunur ki, 13,7 milyon avropalı məşğulluq dəstəyinə baxmayaraq hələ də işsiz qalıb. Bu, bir il əvvəlkindən 1,8 milyon nəfər çoxdur. Ekspertlər Fransa və İtaliyada işsizliyin yalnız 2022-ci ildə pik nöqtəsinə çatacağını, Almaniya və İspaniyada isə onun səviyyəsinin yüksək olaraq qalacağını proqnozlaşdırırlar.

Məşğulluq dəstəyi proqramları avrozonanın dörd böyük dövlətinin 25 milyon sakininin iş yerini saxlamağa kömək edib. Ekspertlər hesab edirlər ki, hazırda işsiz avropalılar işə düzəlmə problemini elə də tez həll edə bilməyəcəklər. Bu, təkcə iqtisadiyyatın istehsal potensialına təsir etməyəcək, həm də mövcud siyasi narazılığı daha da dərinləşdirə və iğtişaşlara gətirib çıxara bilər.

Koronavirus pandemiyasının yayılması fonunda qoyulan məhdudiyyətlər üzündən Avropa iqtisadiyyatı ötən ilin yekunlarına görə 6,8 faiz azalmışdır. 2020-ci ilin son rübündə regionda iqtisadi fəallıq zəifləyib, 2021-ci ilin birinci yarısında da bu tendensiya davam edəcək.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli (2-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli (2-ci hissə)Startap

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat

Sizin şirkətin mahiyyəti nədir?

Startap layihəyə başlamamışdan öncə fəaliyyətinizin dəqiq istiqamətini müəyyən edin.

“Mən nə ilə məşğul olacağam?”

Startap yaratmaq barədə fikrə düşən kimi sizin özünüzə verəcəyiniz ən mühüm və nəticə etibarilə, ən birinci sual bu olmalıdır.

Şirkətin fəaliyyət istiqaməti – evin təməlidir: gələcək mərtəbələr üçün təməl zəruridir.

Uğurlu startap yaratmağın təməl amili – özünüzdən ötrü bacarıqlarınız, maraqlarınız və sizə niyə pul ödəməli olanlar arasında mükəmməl bir keçid nöqtəsini müəyyənləşdirməkdir.

Demək olar ki, hər bir uğurlu sahibkar öz maraqları, bacarığı və öz ideyası hesabına pul qazanmaq imkanı arasında optimal qızıl ortanı tapıb.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Məsələn, Stiv Cobsu, nümunə götürək. Dizayn onun xoşuna gəlirdi (bu onun ehtirası idi), əla marketinq və məhsul meneceri (bacarıq) idi və müəyyən anda bazarda populyar olanlarla imkanları birləşdirməyi bacarırdı (pul qazanma) – bunlar həm fərdi komputerlər, MP3 formatında audioplyerlər, 3D effektli filmlər və həm də prinsipial olaraq yeni mobil cihazlar idi.

Soruşaqsınız, bundan sonra bəs nə? Aşağıdakı əsas suallara cavab verməyənə kimi əlinizə qələm və bir kağız parçası götürün.

Ehtiras

Gələcək şirkətiniz üçün siz hansı fəaliyyət növünü seçəcəksiniz? Siz ən çox nə ilə məşğul olmağı sevirsiniz? Sizi nələr coşdurur və “yatmağa” qoymur?

Coşqu olmadan uğurlu startap yaratmaq mümkün deyil, lakin, bu da hələ hamısı deyil.

Uğurlu olduğunuzu hiss etdiyiniz zaman çox vaxt işə olan həqiqi sevgi artır. Şirkətinizin istiqaməti barədə düşünərkən, diqqətinizi ani həvəsə yönəltməyin, gələcəkdə sizə nəyin məmnunluq hissi gətirə biləcəyini təsəvvür edin.

Hobbinizin siyahısını tərtib edin və növbəti mərhələyə keçin.

Bacarıq

Sizdə ən yaxşı nə alınır? Hansı mükəmməl istedadlar və ya qabiliyyətlərə maliksiniz? Başqalarından nəyi daha yaxşı bacarırsınız? Siz yüksək ixtisaslı bir dizayner, inkişaf etdirici, satıcı və ya hər şeydən baş çıxaran bir mahir sənətkarsınız?

Mümkün olduğu qədər daha çox bacarıqlarınızı yazın.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 869 870 871 872 873 874 875 2. 398