» » » Avropada işsizliyin böyük bir dalğası gözlənilir

Avropada işsizliyin böyük bir dalğası gözlənilir

posted in: Xəbər | 0
birbank biznes

Avropada işsizliyin böyük bir dalğası gözlənilir

2021-ci ildə avro bölgəsində işsizliyin uzunmüddətli böyük bir sıçrayışı (“durğunluğu”)  baş verə bilər. Proqnozlara görə, onun yüksəlişi pandemiyaya qədərki  dövrlə müqayisədə 38 faiz (2020-ci ilin birinci rübündə olan 4,8 milyon nəfərdən üçüncü rübdə 6,6 milyon nəfərə qədər)  təşkil edəcək. Euler Hermes sığorta şirkətinin araşdırmasında belə deyilir.

Qeyd olunur ki, 13,7 milyon avropalı məşğulluq dəstəyinə baxmayaraq hələ də işsiz qalıb. Bu, bir il əvvəlkindən 1,8 milyon nəfər çoxdur. Ekspertlər Fransa və İtaliyada işsizliyin yalnız 2022-ci ildə pik nöqtəsinə çatacağını, Almaniya və İspaniyada isə onun səviyyəsinin yüksək olaraq qalacağını proqnozlaşdırırlar.

Məşğulluq dəstəyi proqramları avrozonanın dörd böyük dövlətinin 25 milyon sakininin iş yerini saxlamağa kömək edib. Ekspertlər hesab edirlər ki, hazırda işsiz avropalılar işə düzəlmə problemini elə də tez həll edə bilməyəcəklər. Bu, təkcə iqtisadiyyatın istehsal potensialına təsir etməyəcək, həm də mövcud siyasi narazılığı daha da dərinləşdirə və iğtişaşlara gətirib çıxara bilər.

Koronavirus pandemiyasının yayılması fonunda qoyulan məhdudiyyətlər üzündən Avropa iqtisadiyyatı ötən ilin yekunlarına görə 6,8 faiz azalmışdır. 2020-ci ilin son rübündə regionda iqtisadi fəallıq zəifləyib, 2021-ci ilin birinci yarısında da bu tendensiya davam edəcək.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun