Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb

posted in: Xəbər | 0

Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb

vergi daxilolmaları

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Əmək bazarında şəffaflaşmaya yönəlik islahatlar uzunmüddətli hədəflərə söykənir. Cari ilin 2 ayında məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb, proqnozdan əlavə daxilolma 65,4 milyon manat təşkil edir”, – deyə nazir bildirib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Amortizasiya ayırmalarının gəlirdən çıxılması

posted in: Xəbər | 0

amortizasiya ayırmalarıMikro və kiçik sahibkarlıq subyektlərində və büdcədən maliyyələşən təşkilatlarda bu mövzu ilə bağlı müəyyən suallar yaranır. Suallara EKVİTA şirkətinin vergi məsləhətçisi Meyxanım Ələkbərova aydınlıq gətirir.

Amortizasiya – istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm bölüşdürülməsidir. Vergi uçotu amortizasiyanın hesablanmasını sistematik, bölüşdürülmüş şəkildə həyata keçirilməsini ona görə tələb edir ki, müəssisənin əsas vəsaitin alınmasına sərf etdiyi vəsaiti birdən-birə məsrəf olaraq silməsi müəssisənin real olaraq nə həcmdə mənfəət əldə etməsini qiymətləndirməyə imkan vermir. Belə olduqda müəssisənin ardıcıl illərdəki zərər və mənfəət hesabatında kəskin fərqlər yaranır. Ona görə də əsas vəsaitlərə çəkilən məsrəf birbaşa xərc kimi göstərilmir, amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə tətbiq etməklə hesablanır. Lakin mikro və kiçik sahibkarlıq subyektlərində əsas vasaitlərə sürətli amortizasiya normaları tətbiq edilir. Nəticədə bu kateqoriyadan olan vergi ödəyicilərinin vergiyə cəlb olunan mənfəətləri azalır və onlar dövriyyə vəsaitinə qənaət etməklə öz fəaliyyətlərini genişləndirmək imkanı qazanırlar.

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Misal 1: Tutaq ki, mikro sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi avadanlığın cari ilin sonuna qalıq dəyəri 6.000 manat, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin cari ilin sonuna qalıq dəyəri 5.000 manat, digər əsas vəsaitlərin cari ilin sonuna qalıq dəyəri isə 9.000 manatdır.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, avadanlıq üzrə amortizasiya norması 20%, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya norması 10%, digər əsas vəsaitlər üzrə amortizasiya norması 20%-dir. Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən qeyd olunan amortizasiya normalarına 2 əmsalı tətbiq olunmalıdır. Yəni:

  • avadanlıq üzrə amortizasiya ayırması 6000×20%x2=2400 manat;
  • istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya ayırması 5000×10%x2=1000 manat;
  • digər əsas vəsaitlər üzrə amortizasiya norması 9000×20%x2=3600 manat;
  • cəmi amortizasiya ayırmaları 2400+1000+3600=7000 manat təşkil edir.

Vergi Məcəlləsinin 114.3-2-ci maddəsinə əsasən, kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Misal 2: Tutaq ki, kiçik sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyətində istifadə etdiyi kompüterin cari ilin sonuna qalıq dəyəri 1.000 manat, nəqliyyat vasitəsinin cari ilin sonuna qalıq dəyəri 20.000 manat, binanın cari ilin sonuna qalıq dəyəri isə 60.000 manatdır.
Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası (kompüter) üzrə amortizasiya norması 25%, nəqliyyat vasitəsi üzrə amortizasiya norması 25%, binalar üzrə amortizasiya norması isə 7%-dir. Lakin kiçik sahibkarlıq subyekti olduğu üçün amortizasiya ayırmaları qeyd olunan amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə hesablanacaq. Yəni:

  • kompüter üzrə amortizasiya ayırması 1000×25%x1,5=375 manat;
  • nəqliyyat vasitəsi üzrə amortizasiya ayırması 20.000×25%x1,5=7.500 manat;
  • bina üzrə amortizasiya ayırması 60.000×7%x1,5=6.300 manat;
  • cəmi amortizasiya ayırmaları 375+7.500+6.300=14175 manat təşkil edir.

Nəzərdən keçirdiyimiz halda müəssisə 14.175 manat amortizasiya ayırmasını xərc kimi göstərərək gəlirdən çıxamaq hüququna malikdir.
Vergi Məcəlləsinin 114.10-cu maddəsinə əsasən, dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır.

Misal 3: Tutaq ki, büdcədən maliyyələşən müəssisənin dövlət büdcəsinin investisiya xərcləri hesabına alınmış ilin sonuna qalıq dəyəri 15.000 manat olan nəqliyyat vasitəsi vardır. Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsi üzrə amortizasiya norması 25%-dir. Buna əsasən həmin əsas vəsaitə 15.000×25%=3.750 manat amortizasiya hesablanmışdır. Bu halda müəssisə Vergi Məcəlləsinin 114.10-cu maddəsinə əsasən amortizasiya normasına uyğun hesablanmış amortizasiyanın yalnız 40% faizini, yəni 3750×40%=1500 manatını öz gəlirindən çıxa bilər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakıda muzdlu işçilərin sayı 860 minə yaxınlaşıb

posted in: Xəbər | 0

muzdluÖtən il Azərbaycanda muzdlu işçilərin sayı bir il öncəki göstəricini 45 209 nəfər və ya 2,7% üstələyərək 1 691 814 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2020-ci ildə ölkə üzrə muzdlu işçilərin 50,8%-i və ya 859 357 nəfəri Bakıda fəaliyyət göstərib ki, bu da 2019-cu ilin göstəricisindən 43 796 nəfəri və ya 5,4% çoxdur.

2020-ci ildə muzdlu işçilərin 53,8%-i və ya 910 766 nəfəri dövlət sektorunda fəaliyyət göstərib. Bu da 2019-cu ilin göstəricisindən 5 678 nəfər və ya 0,6% azdır.

Ötən il ərzində qeyri-dövlət sektorunda muzdlu işçilərin sayında 50 887 nəfər və ya 7% artım qeydə alınıb.

2020-ci ildə ölkə üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 707,3 manat olub ki, bu da 2019-cu ilin göstəricisindən 11,4% çoxdur. Bu göstərici üzrə yüksək əməkhaqqı Bakıda (927,2 manat) qeydə alınıb ki, bu göstərici son bir ildə 6,7% artıb.

Ötən il ölkədə dövlət və qeyri-dövlət sektorları üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı müvafiq olaraq 631,1 manat və 801,8 manat təşkil edib. Bu göstəricilər 2019-cu ilə nisbətdə müvafiq olaraq 18,8% və 4,4% artıb. Bakı üzrə bu göstərici dövlət sektorunda 804,9 manat (14,8% artım), qeyri-dövlət sektorunda isə 1041,1 manat (artım 0,8%).təşkil edib.

2020-ci ildə iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin daha yüksən orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesində olub – 3 262,6 manat. Bu bir il öncəki göstəricidən 6,8% çoxdur. Mədənçıxarma sənayesində dövlət və qeyri-dövlət sektorları üzrə isə orta aylıq nominal əməkhaqqı 1 638,2 manat və 4 291,3 manat olub ki, bu da müvafiq olaraq 2019-cu ilin göstəricilərinə nisbətdə 10,7% və 6,7% çoxdur.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan və Türkiyənin ali audit qurumları əməkdaşlığı gücləndirir

posted in: Xəbər | 0

Auditor VakansiyaAzərbaycanın Hesablama Palatası ilə Türkiyənin Sayıştay Başkanlığı arasında Həmkar Qiymətləndirməsi çərçivəsində qonşu ölkənin adı çəkilən qurumunun nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Hesablama Palatasından bildirilib.

Məlumata görə, nümayəndə heyətini Palatanın sədri Vüqar Gülməmmədov qəbul edib. O, iki qurum arasında 2005-ci ildə imzalanmış İkitərəfli Əməkdaşlığa dair Sazişin əhəmiyyətini və bu çərçivədə formalaşan əməkdaşlıq və dostluq əlaqələrinin önəmini vurğulayıb, görüşdə dost dövlətlərin ali audit orqanlarının birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra V.Gülməmmədov yeni növ koronavirus (COVID-19) şəraitinin yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlətin həyata keçirdiyi geniş miqyaslı və əhatəli dəstək tədbirləri barədə məlumat verib, ali audit orqanları qarşısında həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsinin aktual bir məsələ kimi durduğunu qeyd edib. Bu baxımdan, Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlərin daxil edildiyi, hal-hazırda artıq bu istiqamətdə nəzarət tədbirinin həyata keçirilməkdə olduğu diqqətə çatdırılıb.

Daha sonra Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov qonaqları salamlayıb və Həmkar Qiymətləndirməsi çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Sayıştay Başkanlığının Başkan yardımçısı cənab Zekeriya Tüysüz bildirib ki, Həmkar Qiymətləndirməsinin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik (performans) auditləri daxil olmaqla ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və müəyyən olunan fərqlərin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi ilə bağlı tövsiyələrin verilməsidir.

Z.Tüysüz həmçinin bildirib ki, ötən müddətdə layihə çərçivəsində öncədən müəyyən edilmiş İşçi Qrup planına əsasən, hər üç audit istiqaməti üzrə Hesablama Palatasının auditorlarının rəhbərliyi altında audit aparmış qruplarla videoformatda müxtəlif görüşlər keçirilib, Sayıştay Başkanlığının əməkdaşları hər üç formada auditlərin müxtəlif meyarlar üzrə qiymətləndirilməsi məqsədilə ümumilikdə 7 audit hesabatının İNTOSAİ tərəfindən qəbul edilmiş beynəlxalq audit standartlarına (İSSAİ) uyğunluğunu araşdırıb, görülmüş işlərin ilkin nəticələri təqdim olunmuş və nəzərdən keçirilmiş hesabatlar ətrafında müzakirələr aparılıb.

4 gün davam edəcək tədbirdə Həmkar Qiymətləndirməsi üzrə növbəti görüş və müzakirələrin keçirilməsi və iki qurumun əməkdaşları arasında təhlil edilmiş audit istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 871 872 873 874 875 876 877 2. 388