Kapital Bank-ın rəhbərliyi müharibə iştirakçıları ilə görüş keçirdi

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankBildiyiniz kimi 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.

Hər bir təşkilatda olduğu kimi ölkənin birinci bankı olan Kapital Bank-ın əməkdaşları da müharibədə iştirak edib, qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunması uğrunda mübarizə aparıb. Bayram ərəfəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin iştirakı ilə “Tarix Yazan Qəhrəmanlarımız” adlı tədbirdə Bankın 92 nəfər əməkdaşı iştirak edib.

Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev çıxış edərək igid əməkdaşlarımıza minnətdarlığını bildirdi. İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova və Pərakəndə satış idarəsinin baş direktoru Ramil İmamov da tədbir iştirakçılarını təşəkkürnamələr ilə təltif etdilər.

“Bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir. Bildiyiniz kimi bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Artıq bankın filiallarının öz adları ilə azad olunmuş torpaqlarında fəaliyyət göstərmək vaxtı gəlib”, – deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirdi.

Tədbirdə həmçinin müharibə zamanı qəhrəmancasına şəhid olan Kapital Bank-ın Nəzarət departamentinin əməkdaşı Fərhad Fərhadlının atası Vüqar Fərhadlı və şəhid İsmayıl Kərimlinin atası, Bankın İnzibati idarəetmə departamentinin direktor müavini Ceyhun Kərimov fəxri qonaq qismində iştirak edirdi.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İş vaxtı (Normalar, tələblər, yeniliklər)

posted in: Xəbər | 0

iş vaxtıDaim işçi və işəgötürən arasında əmək münasibətlərinin ilkin tənzimləmə vasitələrindən biri kimi iş saatlarının götürüldüyünü nəzərə alaraq bu dəfəki yazımızda iş saatı barədə məlumat verməyə çalışacağıq.

Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş 1935-ci il tarixli 47 saylı konvensiyası ilə həftəlik iş vaxtı norması kimi 40 saat müəyyən edilmişdir.

Azərbaycan Respublikası qanunvericiliyi beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və tələblərini prioritet hesab etdiyi üçün hazırda ölkədə də müvafiq norma əsas götürülmüşdür.

Fərqli olan yanaşma isə iş vaxtının gündəlik 8 saat olması ilə bağlıdır. Belə ki, qanunvericilik işin xarakterinə görə gündəlik iş vaxtının tənzimlənməsində tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla 6 günlük iş rejiminin tətbiqinə də imkan verir. Bu halda yenə də başlıca tələb həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Bu normanın tələbinə əsasən 6 günlük rejimdə gündəlik iş saatı 7 saatdan çox ola bilməz.

İş vaxtının digər normaları aşağıdakı kimidir:
  • 15-16 yaş 24 saat
  • 16-18 yaş 36 saat
  • 1 və 2-ci qrup əlilliyi olan 36 saat
  • Hamilə və ya 1 yaş 6 aylığadək körpəsi olan 36 saat
  • 3 yaşadək uşağı təkbaşına böyüdən 36 saat

Əmək şəraiti insan sağlamlığı üçün ağır olan iş yerində (*) çalışan 36 saat

Yüksək həssas, əsəb gərginliyi, səhhətə mənfi təsir göstərən amillər olan iş yerlərində (*) çalışan 36 saat

* səlahiyyətli qurum tərəfindən müəyyən edilir.

İşçinin iş vaxtından artıq işə

  • təbii fəlakət,
  • istehsalat qəzası,
  • fövqəladə vəziyyətin nəticələrinin qarşısının alınması
  • hərbi vəziyyət rejiminin təmin edilməsi
  • tezkorlanan malların itkisinin qarşısının alınması məqsədilə cəlb edilməsinə işçinin razılığı və işəgötürənin əmri olduqda yol verilir.

Ağır və zərərli sahələrdə çalışan işçilərin 2 saatdan artıq cəlb olunmasına, xüsusilə ağır və zərərli sahələrdə çalışanların isə ümumiyyətlə cəlb edilməsinə yol verilmir.

Ümumilikdə isə dalbadal gələn iki iş günü işləyən işçi 4 saatdan artıq işə cəlb edilə bilməz.

Aşağıdakı müstəsna hallarda da iş vaxtından artıq işə cəlb edilməyə yol verilir:
  • Dövlət müdafiəsinin təmin edilməsi üçün vacib işlərin görülməsi;
  • Kommunal xidmət müəssisələrində gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi;
  • İş gününün sonunadək başlanmış və dayandırılması avadanlığın korlanmasına səbəb olacağı üçün işlərin tamamlanması;
  • İşin dayanmasına səbəb olan mexanizmlərin təmiri üçün işlərin görülməsi;
  • Əvəz edən işçi işdə olmadıqda, işə fasilə verilməsi mümkün olmadığı üçün işlərin icra olunması.

İşçiyə iş günü üzrə nahar fasiləsi üçün vaxt verilməlidir. İşçinin iş günləri arasında azı 12 saatlıq istirahət vaxtı olmalıdır.

Qanunvericiliyə görə 5 günlük iş rejimində 2 gün, 6 günlük rejimdə isə 1 gün həftəarası istirahət günü verilməlidir.

Həmçinin bayram və qeyri-iş günü sayılan günlərdə də işin görülməsinə yalnız müstəsna hallarda yol verilir.

Xatırladaq ki, əsasən iş vaxtından artıq iş 2 qat ödənilir.

Mövzu çərçivəsində onu da qeyd edək ki, hazırda bir sıra ölkələrdə iş vaxtından sonra işəgötürənin işçiyə email göndərməsi və zəng vurması qadağan edilir. Burada əsas məqsəd iş və şəxsi həyat arasında balansın qorunması, stresin azaldılması və işçinin istirahət vaxtının səməli təşkilinə imkan verilməsidir. İşçiyə icazə verilir ki, həmin emaili silsin və ya telefon zəngini rədd etsin.

Yekunda isə qeyd edək ki, bəzi ölkələrdə işin xarakterindən asılı olaraq 4 günlük iş rejiminin tətbiqinə keçid başlanmışdır. Təbii ki, bu rejim işin xüsusiyyətləri və işçi ilə işəgötürənin qarşılıqlı razılığından asılı olaraq tətbiq edilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pulların təşəkkülü (3-cü hissə)

posted in: Xəbər | 0

Pulların təşəkkülü (3-cü hissə)pul

Qızıl və gümüşə qayıdarkən, sual yaranır. Niyə məhz, onlar pul oldu? Məsələ burasındadır ki, qızıl və gümüş pul halına gəlmişdi, çünki onlar bir sıra xüsusiyyətlərə malik idi ki, bu da tamamilə likvid vasitə rolunu daha yaxşı yerinə yetirməyə imkan verdi:

  • mühafizə oluna bilməsi;
  • yığcamlığı (kiçik həcmdə yüksək dəyər);
  • iqtisadi bölünmə (qızıl külçəsi iki hissəyə bölünür və onun dəyərinin bölünməsi deməkdir);
  • təbiətdə nadir tapılması.

Bu gün qızıl və ondan əvvəl isə gümüş pul əmtəəsi olmaqdan çıxıb. Biz öz həyatımızda, içində qızıl sikkələr olan kisəciklərdən deyil, kağız pullardan (əskinaslardan) istifadə edirik.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Likvidlik anlayışı müasir kağız pulların (rubl, avro, dollar və s.) alıcılıq qabiliyyətinə sahib olması deməkdir. Daha əvvəl qeyd edildiyi kimi, likvid vasitə asanlıqla reallaşdırılan mübadilə vasitəsidir. Məsələn, sizdə müəyyən sayda stulların olması, o demək deyil ki, siz onları istənilən vaxt başqa əmtəəyə dəyişdirə biləcəksiniz. Əksinə, müəyyən miqdarda pulunuz varsa, həmişə hər hansı bir fayda üçün mübadilə edə bilərsiniz.

Amma, belə bir sual yaranır: niyə hansısa kağız parçaları mütləq likvidliyə malikdir? Burada pulun təbiətinə aid olan bu amil rol oynayır.

Pul – bu, hamı tərəfindən qəbul edilmiş mübadilə vasitəsidir. “Hamılıqla qəbul edilmiş” sözünə diqqət yetirmək çox vacibdir. Bəs müasir kağız pulların dəyərini necə və ya nə müəyyən edir? Onlar dəyərə malikdilərmi?

İqtisadi nəzəriyyə bunu belə şərh edir: insanlar kağız pula dəyər verirlər. Bir şeyi pul kimi qəbul etmək lazım gəlirsə, həmin “bir şey” pul olacaqdır. İndiki dövrdə pul, pul təklifinə cavabdeh olan Mərkəzi Bank vasitəsi ilə dövlət tərəfindən dekretləşdirilir. Dəyər əsasən ölkə əhalisinin hökumətə və pul kütləsinə nəzarət edən Mərkəzi Banka olan güvən səviyyəsi ilə müəyyən edilir. Müasir pulun sabitliyi, ümumiyyətlə, ölkənin qızıl ehtiyatları ilə deyil, onların təklifi ilə müəyyən edilir. Təbiət qızılı öz dərinliklərində məhdudlaşdırdığı kimi, Mərkəzi Bank da pul təklifini və onların mövcudluğunu məhdudlaşdırır. Əgər kağız pullar nisbi nadirlik xüsusiyyətinə malik deyilsə, onların dəyəri tamamilə yox olacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib

posted in: Xəbər | 0

Mühasib vakansiyaNazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahını yeniləyib.

Bu barədə Auditor Palatasının auditorlara müraciətində bildirilir.

“Martın 12-nə qüvvədə olan siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/ ) yerləşdirilib”, – müraciətdə qeyd olunub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 873 874 875 876 877 878 879 2. 400