Zolotaya Korona sistemi artıq BirBank-da!

posted in: Bank, BirBank, Kapital Bank, Xəbər | 0

zolotaya korona BirBankÖlkənin ən məşhur mobil tətbiqi olan BirBank daha bir yeniliklə xidmət çeşidini genişləndirib. Belə ki, artıq Zolotaya Korona sürətli pul köçürməsi ilə gələn vəsaiti banka getmədən, BirBank üzərindən Kapital Bank-ın ödəniş kartları ilə əldə etmək olar. Köçürmə haqqında məlumatları tətbiqə daxil etməklə həmin vəsaiti ödəniş kartına köçürüb, həm nağd, həm də nağdsız şəkildə istifadə etmək mümkündür.

Qeyd edək ki, BirBank tətbiqinin istifadəçiləri POS-terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?

posted in: Xəbər | 0

POS-terminalPOS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?

Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinin müddəalarına əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” ilə tənzimlənir.

Adıçəkilən qərarda ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı əhaliyə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı hesablaşmaların aparılması həyata keçirilən zaman POS-terminalların məcburi quraşdırılması tələb olunur. Buna əsasən, logistika xidməti göstərən müəssisənin xidmət göstərdiyi təsərrüfat subyektində əhali ilə pul hesablaşmaları aparıldığı halda həmin təsərrüfat subyektində POS-terminalın quraşdırılması məcburidir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” ilə tənzimlənir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlar üçün vebinar keçiriləcək

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) sahibkarların fond tərəfindən təqdim edilən xidmət və məhsullar, kredit və maliyyələşmə mexanizmləri barədə məlumatlandırılması məqsədilə vebinar keçirəcək.

Fonddan bildirilib ki, vebinarda sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştli kreditlər, dövlət zəmanətli kredit və subsidiya dəstəyi mexanizmi, mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin Elektron Kredit Platforması (“e-edf.gov.az”) barədə ətraflı məlumat veriləcək.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov vebinar zamanı sahibkarları maraqlandıran suallara cavab verəcək. Vebinarın “Zoom” platfoması üzərindən həyata keçirilməsi nəzərdə tutulur.

Martın 13-də saat 11:00-da keçiriləcək tədbirdə iştirak etmək istəyən şəxslər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.smartsurvey.co.uk/s/ZPLHH

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi orqanları tərəfindən ötən il 27 mln. manatlıq maliyyə sanksiyaları tətbiq edilib

posted in: Xəbər | 0

maliyyə sanksiyalarıAzərbaycanın vergi orqanları tərəfindən 2020-ci ildə qanunvericiliyin tələblərinə əməl etməyən vergi ödəyicilərinə ümumilikdə 27 392,8 min manat məbləğində maliyyə sanksiyaları tətbiq edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bundan əlavə, vergi orqanları tərəfindən  23,7 min manat inzibati cərimə tətbiq edilib. Ötən il həyata keçirilmiş operativ vergi nəzarət tədbirlərinin sayının 2019-cu illə müqayisədə 42,2% azalmasına baxmayaraq, tətbiq olunmuş maliyyə sanksiya və inzibati cərimənin məbləği 2,1 dəfə artıb.

Qeyd edək ki, başa çatan nəzarət tədbirləri üzrə maliyyə sanksiyalarının 91,3%-i mal qalığı, əmək və nəzarət kassa aparatları tədbirlərini payına düşüb.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 876 877 878 879 880 881 882 2. 400