Azərbaycanda kapital amnistiyasının tətbiqinə dair prosedurlara başlanılıb

posted in: Xəbər | 0

əməkhaqqıAzərbaycan iqtisadiyyatında şəffaflığın artırılması istiqamətində iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabatda bildirilir.

“İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi baxımından ölkədə kapital və əmlakın amnistiyasının nəzərdən keçirilməsi məqsədilə kapital və əmlak amnistiyası ilə bağlı digər ölkələrin təcrübəsi araşdırılıbvə bu sahədə beynəlxalq standartlar və kapital amnistiyası tətbiq edən ölkələrə dair tələblər təhlil olunub, mövcud prosedura uyğun olaraq üzvü olduğumuz Avropa Şurasının MONEYVAL Komitəsinin katibliyi Azərbaycanda kapital amnistiyasının tətbiqi prosedurlarına başlanılması barədə məlumatlandırılıb və hazırda bununla bağlı hazırlanmış layihələr üzərində iş aparılır”, – deyə sənədddə qeyd edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə dəyişikliklər təsdiq edilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə dəyişikliklər təsdiq edilib

Vergi Məcəlləsi“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.54-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 164.1.54-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, №11, maddə 1356; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1242 nömrəli və 2021-ci il 29 yanvar tarixli 1265 nömrəli fərmanları) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndə “164.1.53-cü,” sözlərindən sonra “164.1.54-cü,” sözləri əlavə edilsin;

2.2. 1.1-3-cü maddədə “və 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda)” sözləri “, 22-1.3-cü (birinci və üçüncü hallarda) və 164.1.54-cü maddələrində” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2021-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank sahibkar xanımların inkişaf etməsi üçün yeni layihə təqdim edib

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yeni “Women of Azerbaijan” layihəsini təqdim edir. Layihə çərçivəsində Azərbaycanda uğurlu qadın sahibkarlar biznes qurmağın yolları, uğur qazanmağın sirləri və öz dəyərli məsləhətləri ilə bölüşüblər.

Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Statistik göstəricilərə əsasən Azərbaycanda olan sahibkarların ümumi sayının yalnız 2%-ni xanımlar təşkil edir.

Məhz bu rəqəmin artmasına töhfə verən, həmçinin qadınların öz biznesinin qurmasına stimul yaradan Kapital Bank “Women of Azerbaijan” layihəsi çərçivəsində ölkənin tanınmış sahibkar xanımlarının müsahibələrindən ibarət platforma hazırlayıb və sosial şəbəkələrdə yerləşdirilib – https://www.instagram.com/womenofazerbaijan/. Layihə barədə #365daysofwomen həştəqi vasitəsilə də məlumat almaq mümkündür. Platforma hamıya açıqdır və təcrübəsini bölüşmək istəyən xanımlar daxil olub, dəyərli məsləhətlərini verə bilərlər.

Layihə çərçivəsində Kapital Bank xanım sahibkarlara və şirkət rəhbərlərinə yeni “Zərif” tarif paketini təqdim edib. Tarif paketinə qoşulmaq istəyən xanım sahibkarlar sayta daxil olub, onlayn formada müraciət edə bilərlər – https://kapitalbank.az/corporate-banking/packages-zarif.

Paket daxilində cari hesabın açılması, 3 illik sahibkar, biznes və ya əmək haqqı kartları, POS terminal üçün aylıq xidmət haqqı, nağd pul vəsaitlərinin istənilən filialdan cari hesaba mədaxil edilməsi, nağd pul vəsaitlərin məxarici, milli valyutada köçürmələr, xarici valyutada bankdaxili köçürmələr, əmək haqqı kartlarına mədaxillər və nağdsız valyuta mübadiləsi tam olaraq pulsuz, ölkə xaricinə köçürmələr isə endirimli tariflərlə təqdim olunur. 30 aprel 2021-ci il tarixinədək paketi əldə edən xanımlara, həmçinin 3 illik Visa Business Gold kartı hədiyyə olunur.

Müştəri Bank sisteminə qoşulmaq və “Zərif” tarif paketini sifariş etmək üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadılıb

posted in: Xəbər | 0

ƏDV-dən azadAzərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.

Əvvəl bu müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik aşağıdakıları nəzərdə tutur:

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il – 1 yanvar 2022-ci ilədək uzadılması;

Yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsi.

Qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar isə aşağıdakılardır:

vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.

Bu yoxlamalar qanunda nəzərdə tutulmuş müddətdə aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 877 878 879 880 881 882 883 2. 400