Mühasibat uçotu orta əsrlər dövründə (2-ci hissə)

posted in: Uncategorized | 0

Mühasibat uçotu orta əsrlər dövründəMühasibat uçotu

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Həmçinin valyuta ödənişləri də qeydə alınırdı: əgər varsa, xarici valyuta və Vatikan pulları. Öz növbəsində istənilən xərclə bağlı qeyd, tarix, söz və rəqəmlə məbləği, sərəncam sənədinə istinad etməklə, pul alanın adını, ödənişin təyin edilməsini və ödəniş üsulunu özündə saxlayırdı. Kassa kitabının hər bir vərəqinin yuxarı hissəsində onun tərtib olunduğu il göstərilirdi.

Kassa kitablarının aparılmasını öz üzərinə götürən şəxslər and içirdilər. Qeydlərin hər hansı birində səhvin düzəldilməsi üçün xüsusi sərəncam olmalı idi. Düzgün olmayan qeyd silinmirdi, üzərindən xətt çəkilirdi və üst tərəfində düzgün mətn yazılırdı. Kitablarda bu səhvləri məhz, xüsusi olaraq, bundan ötrü təyin edilmiş notarius yerinə yetirirdi.

Tampliyerlərdə – güclü və varlı katolik ruhani-cəngavər ordeni – qeydlərin aparılmasının xüsusi qaydası mövcud idi. Mədaxil kassa jurnalı hər gün aparılırdı, ödəniş edənə qəbz verilirdi. Günün başlanğıcında jurnalda ayın tarixi və növbə cəngavərinin – kassirin adı təqdim olunurdu. Hər bir maddədə bunlar göstərilirdi: pullar, ödəniş məbləği və valyuta növü, faktiki ödəyici və ya vasitəçinin adı, ödənişin  səbəbi. Əgər pul cari günün gəlirlərindən ödənilirdisə, məxaric əməliyyatları da burada yazılırdı. Bununla birlikdə əsasən xərc əməliyyatları ayrı bir jurnalda əks olunurdu. Beləliklə, bütün qeydlər iki jurnalda – xronoloji registrlərdə saxlanılırdı.

Hər gün bu jurnallar üzrə nəticələr yekunlaşdırılırdı və sonra isə qeydlər əsasında indi deyildiyi kimi sistematik mühasibat uçotunun tələblərinə uyğun olaraq məlumatlar paylanırdı. Uçot latın dilində və rum rəqəmləri ilə yazılırdı.

1307-ci ildə kral IV Filipin əmri ilə tampliyerlər ordeninin rəhbərləri həbs olundular, onun nəhəng əmlakı isə müsadirə edildi. Və nəticədə tampliyerlərin bu növ uçot metodikası uzun illər unudulmuş oldu.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mürəkkəb faiz – dünyanın səkkizinci möcüzəsi (1-ci hissə)

posted in: Xəbər | 0

Mürəkkəb faiz – dünyanın səkkizinci möcüzəsimürəkkəb faiz

1-ci hissə

Siz heç bilirsinizmi ki, zamanında dünyanın ən varlı adamı olan Rotşildlər sülaləsinin banisi mürəkkəb faizi dünyanın səkkizinci möcüzəsi hesab edib? İnanın, o nə söylədiyini çox gözəl bilib. Axı, hazırda Rotşildlər ailəsi 3 trilyon dollarlıq bir sərvətə malikdir. Gəlin, mürəkkəb faizin nə olduğunu və niyə onun pulların artırılmasından ötrü ən faydalı və rahat alətlərdən biri olduğunu araşdıraq.

Mürəkkəb faiz – dünyanın səkkizinci möcüzəsi

Faiz dərəcələri hesablamalarının iki növü vardır – sadə və mürəkkəb.

Sadə faiz (simple interest) yalnız ilkin əmanət əsasında hesablanır. Mexanizmi çox sadədir və belə bir qısa formula I*P*V/100 sığışır ki, burada:

I – yatırılmış vəsaitlərin məbləği

P – gəlirin faizi

V – investisiya dövrü

Mürəkkəb faiz (compound interest) – maliyyə dünyasında daha maraqlı haldır. Bu, mənfəətin əsas məbləğlə cəmləşdiyi faizdir və gələcəkdə artıq özü yeni mənfəət istehsal edir. Daha sadə dildə danışsaq, hesablanmış faizlərin özünə faizlərin hesablanmasıdır. Belə alınır ki, hər bir hesablama dövrü ilə hesablanmış bu faizlər getdikcə artır və artır. Yığımlar qartopu kimi böyüyür.

Gəlin nümunə gətirək

Tutaq ki, 100 000 manatı siz illik 10% (mürəkkəb faiz) dərəcəsi ilə yatırmısınız. Bir ildən sonra sizin 110 000 manatınız olacaq. İki ildən sonra isə 120 000 deyil, 121 000 manatınız (110 000+10%), 3 ildən sonra 133100 manatınız olacaq. 4 ildən sonra isə – 146 410 manat. Və bu cür ardıcıllıq davam edəcək. Düşünürük ki, prinsipi başa düşdünüz.

Əlbəttə, bu cür rəqəmlər bir o qədər də təəssürat yaratmır. Lakin, mürəkkəb faizin sehri investisiyanın uzunmüddətli olmasında özünü göstərir.

Mürəkkəb faizdə 72 qaydası mövcuddur. O, bəyan edir: əgər 72-ni hər mərhələdə bir dəfə faiz hesablanan mürəkkəb faizə bölsək, onda biz ilkin məbləğin iki dəfə artacağına dair illərin sayını əldə edəcəyik. 72\10 = 7,2 il. Yəni, 7 il 2,5 aydan sonra sizin hesabınızda artıq 200 000 manat olacaq. Məbləğ nə qədər böyükdürsə, pullar bir o qədər daha çox artacaq. Hətta aşağı ilkin əmanət olsa belə, bir neçə onillik ərzində çox əhəmiyyətli kapital artırmaq olar.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin roluna dair müzakirələr aparılıb

posted in: Xəbər | 0

iqtisadiyyatın diversifikasiyası vergi siyasətiAzərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri iqtisadiyyatın diversifikasiyası əsasında qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, mövzunun aktuallığı nəzərə alınaraq, Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatası ilə birlikdə “İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin rolu” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov belə tədbirlərin əhəmiyyətindən söz açıb.

Azərbaycan İqtisadçılar İttifaqının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Tədris Mərkəzinin “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi”nin rəisi İmran Qarayev, Mərkəzin “Elm, innovasiya və əməkdaşlıq şöbəsi”nin elmi işçisi Şahzadə Mədətova seminarda çıxış ediblər.

Qeyd olunub ki, iqtisadiyyatın diversifikasiyası ölkənin neft sektorundan asılılığının aradan qaldırılmasında, qeyri-neft sektorunun və onun əsas tərkib hissələrindın biri olan sənayenin inkişaf etdirilməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rola malikdir, uğurlu vergi siyasəti iqtisadiyyatı stimullaşdırmaqla onun genişlənməsinə şərait yaradır.

Tədbirdən sonra M.Kazımov ilə İqtisadçılar İttifaqının sədri Z.Səmədzadə və Auditorlar Palatasının sədri V.Novruzov arasında işçi qaydada görüş keçirilib.

Görüşdə birgə əməkdaşlıq çərçivəsində tərəflərin peşəkar imkanlarının artırılmasına xidmət edən, o cümlədən birgə təşkilatçılıq ilə respublika və beynəlxalq səviyyəli konfrans və elmi tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi qərara alınıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

posted in: Xəbər | 0

Tədris mərkəziFevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun bağlanmasında məqsəd iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmələri, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.

Tərəflər əməkdaşlıq çərçivəsində mühasiblərin, vergi və digər müvafiq mütəxəssislərin maliyyə hesabatlarının beynəlxalq standartları, iqtisadi və hüquqi biliklərinin artırılması, maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi sahəsində çalışan şəxslərin maarifləndirilməsi, onlara yeni biliklərin, qanunvericilikdə edilən dəyişikliklərin nəzəri-praktik şəkildə izahı, bu sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi, tədris və təlim proseslərinə, layihələrin həyata keçirilməsinə mütəxəssislərin cəlb edilməsi və işin daha da səmərəli təşkili üzrə müvafiq tədbirlər həyata keçirəcəklər.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli Qanununun qüvvəyə minməsi və bu qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilatlara üzv olmasının zəruriliyi maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsini labüd edir. Bu baxımdan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və 3 peşəkar mühasib təşkilatının birgə əməkdaşlığı bu sahədə müvafiq dövlət qurumları ilə əlaqələrin genişləndirilməsinə, vergi, mühasibat işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsinə, peşəkar mühasiblərin hazırlığı ilə bağlı nəzərdə tutulan məsələlərin icra edilməsinə, eləcə də digər aidiyyəti orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrin aparılmasına öz töhfəsini verəcək.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 880 881 882 883 884 885 886 2. 388