Məhkəmə qərarı ilə təmin edilmiş vergi borclarına 5 il sonra xitam verilə bilər

posted in: Xəbər | 0

vergi borclarıİcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına dəyişiklik edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə icra sənədi üzrə icraata xitam veriləcək.

Qeyd edək ki, qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin qanunla məcəlləyə edilən dəyişiklikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyi halda, ümidsiz borclar olaraq vergi orqanları tərəfindən silinir. Qanuna təklif edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hədiyyə bağışlanan şəxsin hansı vergi öhdəlikləri olur?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Hədiyyə bağışlanan şəxsin hansı vergi öhdəlikləri olur?hədiyyə vergi öhdəlikləri

Sual: Hüquqi şəxs tərəfindən vergi qeydiyyatında olmayan fiziki şəxsə daşınmaz əmlak – yaşayış evi bağışlanılmışdır. Bağışlanmış evin dəyəri fiziki şəxsin gəliri (qeyri-sahibkarlıq fəaliyyətindən) hesab edildiyindən bu gəlirdən vergini ödəmək üçün fiziki şəxsin vergi qeydiyyatına alınması və hesabat təqdim edərək gəlidən vergi hesablanması Vergi Məcəlləsinin hansı maddəsi ilə tənzimləndiyi barədə məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Cavab: Bildiririk ki, balansında olan daşınmaz əmlakın digər şəxsə bağışlanması hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır. Daşınmaz əmlakın təqdim edilməsi zamanı (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) yaranan vergi Vergi Məcəlləsinin 220.8.1-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanır və qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur və həmin daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər hüquqi şəxsin mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərinə aid edilmir.

Eyni zamanda, aparılmış əməliyyatlar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləğləri təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Bununla belə, həmin əmlakı əvəzsiz əsasla alan fiziki şəxsin belə gəliri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə onun 1000 manatdan yuxarı olan hissəsi Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilir və qeyd olunan şəxs vergi orqanında uçota alınmaqla qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməli və hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.2-ci, 150.1.9-cu və 218.4.3-cü maddələri.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (3-cü hissə)

posted in: Xəbər | 0

Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (3-cü hissə)

Wirecard ödəniş sisteminin hesablarına artıq 2 milyard avro məbləğində qondarma pul yatırılması ilə bağlı Almaniyanın tarixində baş verən ən böyük mühasibatlıq qalmaqalı, tədricən böyük cinayət işinə çevrilir. Sözügedən sistemin iflası, iki top-menecerin həbsi, üçüncünün qaçışı və biznes-tərəfdaşlarının vaxtsız ölümləri.   

Ekspansiya: 2010-2014

Braun gənc Marsaleki işə götürür və onlar beynəlxalq sahədə ambisiyalarını elan edirlər, əməliyyatları ingilis dilinə tərcümə edir, yarım milyard avro səhmdar kapitalı cəlb edir və Asiyada ödəniş sistemləri almağa başlayırlar. İddialı, müasir və qlobal fintex-biznes investorların xoşuna gəlir, səhmlər göz önündəcə bahalaşmağa başlayır. Wirecard bir uğur hekayəsinə çevrilir.

İkinci zəng: 2015-2016

Financial Times qəzeti səhnəyə çıxır. 2015-ci ildə qəzet Wirecard-ın hesabatlarında şübhəli uyğunsuzluqların olması barədə silsilə məqalələr dərc edir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Bir müddət sonra, J Capital Research də daxil olmaqla bir neçə firmanın investorları və analitikləri, alman şirkətinin Asiya biznesinin qiymətləndirmələrinin şişirdilib-şişirdilməməsi ilə bağlı suallar verirlər. Və 2016-cı ildə uydurma Zatarra Research firmasının adından yayımlanan bir hesabatda anonim investorlar Wirecard-ı çirkli pulların yuyulmasında günahlandırdılar. Şirkət bu iddiaları rədd edir və hökumət Zatarra ilə bağlı istintaqa başlayır.

Tərəqqi: 2017-2018

Citigroup biznesinin bir hissəsini satın alaraq Şimali Amerika bazarına daxil olduqdan və Asiyada genişləndikdən sonra, Wirecard-ın  səhmləri çox populyarlaşır. 2018-ci ilin avqust ayında şirkət 24 milyard avroya kimi bahalaşır və Dax 30 “mavi fişkalar” fond birjasından olan Commerzbank-ın özünü kənarlaşdıra bilir.

Wirecard dünya maliyyə sektorunun elitasına daxil olur, ən böyük Avropa fintexsinə çevrilir və okeanın o tayındakı Silikon vadisinin nəhənglərinə meydan oxuyur.

Şirkət supermarketlər və hava yolları da daxil olmaqla, dünyada 5 000 işçisi və 250 000 satıcısı olduğunu iddia edir.


Məqalənin 4-сü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rəqəmsal yuan. Çin elektron valyuta trendini müəyyən edir (2-ci hissə)

posted in: Xəbər | 0

Rəqəmsal yuan. Çin elektron valyuta trendini müəyyən edir (2-ci hissə)rəqəmsal valyuta

“Rəqəmsal yuan – bu dövlət kripto valyutasıdır. Doğrudur, Bitkoin-dən fərqli olaraq, hər hansı bir dövlət kripto valyutası, rəqəmsal yuan və ya rəqəmsal rubl olsun, istifadəçini üstünlüklərdən məhrum edir və onların hamısı faydanı dövlətə verir.

Bitkoinin üstünlükləri nədədir: riyazi alqoritm tərəfindən emissiyanın məhdudlaşdırılması və əməliyyatları izləmə imkanı. Dövlət istədiyi qədər daha çox kripto valyuta zərb edə biləcək, üstəlik bütün əməliyyatları izləyəcəkdir.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Bundan hansı nəticə çıxır? Vergiləri əldə etmək, arzuolunmaz fəaliyyətin maliyyələşdirilmə mənbələrini (terrorizm, ekstremizm, xoşagəlməz siyasi hərəkətlər) izləmək daha asan olacaq, sistemin istənilən arzuolunmaz elementlərini maliyyə sistemindən bir toxunuşla ayırmaq mümkün olacaq”, – Rusiya-Asiya sənayeçilər və sahibkarlar ittifaqının prezidenti Vitali Mankeviç izah edir.

Onun sözlərinə görə, rəqəmsal valyutadan istifadə edərkən bank əməliyyatları daha ucuz olacaq.  Bu o deməkdir ki, müəssisələr ekvayrinqə (ticarət müəssisəsi üçün plastik kartlarla mal və xidmətlərə görə nağdsız ödənişləri qəbul etmək imkanı) görə 1,7-3% ödəməli olmayacaqlar. Düzdür, bu halda vətəndaşlar keşbeki (keşbek internet-ticarət, bank işi sahələrində müştəriləri cəlb etmək və onların loyallığını artırmaq üçün bonus proqramının çeşidinin göstərilməsi kimi istifadə olunan termindir) yaddan çıxarmalıdırlar, Minkeviç əlavə edib. Köçürmələr ucuzlaşacaq, bankla əlaqə artıq o qədər də vacib olmayacaq.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 878 879 880 881 882 883 884 2. 400