Amerika dolları necə hazırlanır? (6-cı hissə)

posted in: Xəbər | 0

dollar Amerika dollarıAmerika dolları necə hazırlanır

6-cı hissə

Məqalənin 5-cı hissəsini buradan oxuya bilərsiniz

100 dollarlıq banknot – 1969-cu ildən ABŞ-ın federal ehtiyatlar sisteminin nominal üzrə ən böyük biletidir (baxmayaraq ki, vaxtilə buraxılan 500, 1000, 5000 və 10000 dollarlıq əskinaslar da mövcuddur və onlar da həqiq banknotlar hesab edilir). 100 dollarlıq banknotun üz tərəfində Bencamin Franklinin portreti təsvir olunub, arxa tərəfində isə ABŞ-ın müstəqillik Bəyannaməsi və Konstitusiyasının imzlandığı İndepenendens-holl-un təsviri yer alıb.

İlk 100 dollarlıq biletlər federal hökumət tərəfindən 1862-ci ildə buraxılıb. Franklinin portreti əskinaslarda ilk dəfə 1914-cü ildə, İndepenendens-holl-un şəkli isə 1928-ci ildə peyda olub. Təkcə 2009-cu maliyyə ilində qravüra və çap Bürosu 1 785 600 000 yüz dollarlıq əskinaslar buraxıb.

ABŞ-ın 25-ci prezidenti Uilyam Mak-Kinlinin (William McKinley) portreti 1934-cü ildə buraxılan 500 dollarlıq banknotda yer alıb.

ABŞ-ın 22-ci və 24-cü prezidenti olmuş Grover Klivlendin portreti isə 1934-cü ildə buraxılan 1000 dollarlıq banknotlarda yer alıb.

ABŞ-ın dördüncü prezidenti Ceyms Medisonun portreti isə 5000 dollarlıq banknotlarda təsvir olunub.

Linkolnun prezidentliyi dövründə Maliyyə nazirliyinin rəhbəri, sonralar isə ABŞ Ali məhkəməsinin sədri işləmiş Selmon Çeyzin portreti 1934-cü il nümunəli 10 000 dollarlıq banknotda təsvir olunub. Son dəfə bu banknotlar 1944-cü ildə buraxılıb. Selmon Çeyz amerikan valyutalarının üzərində “Allaha güvənirik” (In God We Trust) mətninin ilk yazılışı ilə bağlı göstəriş verib – həmin sözlər 1864-cü ildə 2 sentlik sikkələrin üzərində də zərb edilib. Kağız dollarlarda isə bu yazı 1957-ci ildə peyda olub, 1963-cü ildən isə daim istifadə edilir. Maraqlıdır ki, 1863-cü ildə buraxılan ilk 1 dollarlıq nümunəli banknotlarda Corc Vaşinqtonun deyil, Selmon Çeyzin portreti təsvir olunmuşdu (10000 dollarlıq banknotlar artıq buraxılmır, lakin, hələ də dövriyyədə 100 ədəd o cür əskinas var və onlar bu günə kimi qanuni ödəniş vasitəsi hesab olunur).

28-ci prezident Vudro Vilsonun portreti 1934-cü ildə buraxılmış 100 000 dollarlıq banknotda təsvir olunub (banknot ABŞ federal ehtiyatlar sisteminin daxili ödənişləri üçün nəzərdə tutulub, heç vaxt sərbəst dövriyyədə olmayıb).

İndi siz dünyanın ən populyar valyutasının necə hazırlandığı barədə hər şeyi bilirsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada daha çox vergi toplamaq fikrindədirlər

posted in: Xəbər | 0
vergi toplamaq
Hand with calculator. Finance and accounting business.

“Vedomost”i nəşrinin yazdığına görə, Federal vergi xidməti (FVX) özünün təxmin etdiyi qiymətləndirməyə əsasən əlavə vergi ödəmələrini tələb edə bilər. Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin Vergi Məcəlləsinə (VM) dəyişikliklər haqqında qanun imzalayacaq.

Rusiya hakimiyyət orqanları daha çox vergi toplamaq istəyir, bu səbəbdən beynəlxalq bazarlarda əməliyyatları məcburi vergi nəzarətinə tabe olan malların siyahısı genişləndiriləcəkdir. Qanun layihəsi bir çox beynəlxalq bazarlara toxunacaqdır. Vergi xidməti daxili qiymətdən yüksək ola biləcək hər hansı bir dəyərləndirilmiş qiymət üzrə verginin ödənilməsini tələb etmək hüququ əldə edəcək. Belədə firmalar vergini transfert və təxmin edilən qiymət arasındakı fərqlə ödəməli olacaqlar.

Qanun layihəsi yalnız şirkətlərə deyil, fiziki şəxslərə də təsir edəcək. “Verginin hesablanmasının və ödənilməsinin düzgünlüyünün yoxlanılması üçün sənədlərin saxlanma müddəti 4 ildən 5 ilə qədər artırılır. Banklar vergi orqanlarının tələbi ilə bank sirri olan əlavə sənədləri təqdim etməli olacaqlar”, – MEF PKF vergi praktikasının tərəfdaşı Gennadi Timoniçev belə deyir.

Bundan əvvəl Maliyyə Nazirliyi “rəqəmsal vergi” tətbiq etməyi düşünürdü və müvafiq beynəlxalq təcrübəni öyrənirdi. İdarə müdirinin müavini Aleksey Sazonov bildirib ki, böyük xarici şirkətlər Rusiyada xidmət göstərməkdən mənfəət alırlar. Lakin büdcəyə heç bir şey ödəmirlər, çünki ölkədə nümayəndəlikləri yoxdur. Bununla əlaqədar hakimiyyət pul vəsaitlərinin alınması mexanizmini işləyib hazırlamaq istəyir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank ilə ƏDV-nin qaytarılması üçün yarım milyondan çox istifadəçi 85,4 milyon çek daxil edib

posted in: Vergi, Xəbər | 0

2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir.

Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Dövlət Vergi Xidmətinin statistik göstəricilərə nəzər salsaq görərik ki, portaldan 1 milyondan artıq istifadəçi qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən təxminən 89%-i (təqribən 907 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.

İndiyədək vətəndaşlar tərəfindən 132 milyondan çox kassa çeki barədə məlumat https://edvgerial.kapitalbank.az/ portalında qeydə alınıb. Artıq təsdiq olunmuş çeklər üzrə təqribən 47,2 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib.

Əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və BirBank mobil tətbiqi oldu. İstifadənin daha rahat olması üçün BirBank mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradıldı. Bununla da BirBank mobil tətbiqinin QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkün oldu.

Rəqəmlərə baxsaq görərik ki, hazırda ƏDV məbləğini geri alan istehlakçıların böyük əksəriyyəti BirBank istifadəçiləridir. Portala daxil edilən çeklərin statistikasına baxsaq hər 4 nəfərdən 3-ü bunu BirBank vasitəsilə həyata keçirib (təqribən 85,4 milyon çek). 2021-ci ilin yanvar və fevral aylarında isə BirBank vasitəsilə sistemə daxil edilən çeklərin miqdarı 75% civarında olub.

Bundan başqa virtual “pul qabı”na yerləşdirilən vəsaiti BirBank mobil tətbiqi vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya BirBank mobil tətbiqinə müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabineti və ya BirBank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?

posted in: sual-cavab, Xəbər | 0

Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?

auditorSual: Vergi orqanında uçotda olmayan təsisçi təsisçisi olduğu MMC-yə əvəzi ödənilməyən mal və ya avadanlıq verərsə bu halda “Malların alış aktı” elektron qaydada tərtib edilməlidirmi və həmin malların və yaxud avadanlığın bazar qiymətinin müəyyən edilməsi üçün kənardan mütəxəssismi cəlb edilməlidir?

Məsələn Auditor MMC özü bazar araşdırmaları metodu ilə həmin mal və ya avadanlığın qiymətini müəyyən edə bilərmi?

Cavab: Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda bazar qiymətləri nəzərə alınmaqla elektron qaimə-faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər. Auditor rəyi sorğunuzda qeyd olunan hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 33-cü, 58.8-ci, 71-1-ci, 71-2ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 879 880 881 882 883 884 885 2. 388