» » » Rəqəmsal yuan. Çin elektron valyuta trendini müəyyən edir (1-ci hissə)

Rəqəmsal yuan. Çin elektron valyuta trendini müəyyən edir (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Rəqəmsal yuan. Çin elektron valyuta trendini müəyyən edir (1-ci hissə)rəqəmsal

Müxtəlif ölkələrin Mərkəzi bankları rəqəmsal valyutaların dövriyyəyə buraxılması ilə bağlı təcrübələr aparırlar. Məsələn, Niderlandda rəqəmsal avro üzərində işlər artıq hazırdır, İsveçdə elektron kron sınaqdan keçirilir, Çində isə rəqəmsal valyutanın istifadəsi üzrə eksperiment naminə yerli sakinlərə pul paylayırlar. Yerli KİV-lərin xəbər verdiyinə görə, hökumət təxminən 50 min pekinliyə 1,5 milyon dollar paylamaq fikrindədir. Eksperimentin hər bir iştirakçısı rəqəmsal valyutada 200 yuan alacaq və həmin valyutanı müəyyən mağazalarda (hakimiyyət tərəfindən seçilən), özü də yalnız internetdə deyil, həm də adi, offlayn mağazalarda sərf edə biləcək.

Oktyabr ayında isə Şençjen şəhərindəki texnoloji xabda oxşar eksperiment həyata keçirilmiş və orada da 50 min iştirakçının hər biri hökumətin göstərdiyi mağazalarda xərcləmək üçün 200 yuan pul almışdı.

Rəqəmsal valyuta nəyə lazımdır?

Çində rəqəmsal valyutanın istifadəyə verilməsi barədə beş il əvvəl danışmağa başlayıblar. ÇXR Xalq bankının məlumatına görə, elektron pullar kağız əskinaslar xərcləmələrini, həmçinin çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı cinayətlərin sayını azalda bilər.

“Rəqəmsal valyuta ölkəyə yeni maliyyə infrastrukturunun formalaşdırılmasında, ödəniş sistemimizin daha da təkmilləşdirilməsində kömək edəcək, iqtisadiyyatın səmərəli şəkildə modernləşdirilməsi ilə qarşılıqlı fəaliyyət göstərəcəkdir», – “Rossiyskaya qazeta” nəşri Çin tənzimləyicisinin xəbərindən sitat gətirib.

Daha sonra, 2019-cu ilin payızında, ÇXR Sədri Si Tszinpin, blokçeyn texnologiyasının inkişafını prioritet vəzifələrdən biri olduğunu söyləmişdi və həmkarlarını prosesi sürətləndirməyə çağırmışdı. Və artıq ötən ilin aprelində Pekin milli blokçeyn platformasının istifadəyə verilməsini elan etmişdi. Test rejimində, rəqəmsal yuan, Şençjen, Syungan, Çendu və Suçjou rayonlarında Çin Kənd Təsərrüfatı bankının “ağ siyahı”sından olan müştərilərə təqdim edilib.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun