İnsan və iqtisadiyyat (2-ci hissə)

posted in: Xəbər | 0

İnsan və iqtisadiyyatDünya iqtisadiyyatı

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Hər bir elmin öz tədqiqat mövzusu var. İqtisadiyyatda belə bir mövzu insanların iqtisadi davranışıdır ki, ondan da aşağıdakı suallar ortaya çıxır. İqtisadi nəzəriyyə həyat fəaliyyətinin hansı tərəflərinin öyrənilməsi ilə məşğul olur, həmçinin insan iqtisadi nöqteyi-nəzərdən nəyi özündə əks etdirir?

İqtisadi nəzəriyyə baxımından əmək insan tərəfindən lazımi xeyir əldə etmək üçün çəkilən məsrəflərin müəyyən növü kimi qəbul edilir. Məhdud imkanlar və resurslar şəraitində atalar məsəlində deyildiyi kimi, heç vaxt və heç bir şey hədiyyə verilmir “əziyyət çəkmədən  göldən balıq tuta bilməzsən!”.

Cəmiyyətin inkişaf tarixində insanların hətta layiqli pul və ya natural şəkildə mükafat belə gözləmədikləri bir zamanda, totalitar rejimlər və digər sosial utopiyaların müxtəlif növləri mövcud idi ki, onların arzusu əhalini əməyə həvəs ruhunda tərbiyə etmək və tənzimləmək idi.

Beləliklə, insan və iqtisadiyyatın qarşılıqlı fəaliyyətinin əsas problemi, daha dəqiq desək, əmək motivasiyası problemi – insanı bütün anlayışlarda əmək fəaliyyətinə müraciət etməyə təşviq və sövq edən əsas stimulların aydınlaşdırılmasıdır. Tarixən belə fəaliyyətin stimullaşdırılması yalnız iki növü – iqtisadi fəaliyyətdənkənar, əmək mükəlləfiyyətindən imtina etdiyinə görə, mövcud hakimiyyət tərəfindən hər hansı bir cəzalandırma qorxusuna (qul sahibi, mülkədar, diktator və s.) və hər kəsin şəxsi maddi marağına və onun rifah səviyyəsini artırmaq cəhdinə əsaslanan iqtisadi məcburiyyətə əsaslanır. Beləliklə, qeyri-iqtisadi məcburetmə işçinin işəgötürəndən tam asılılığına və iqtisadi, siyasi və dini azadlıqlarının olmamasına əsaslanır. İqtisadi məcburiyyət, əksinə, yalnız iqtisadi azadlıq olduğu halda ola bilər. Məcburetmə burada cəmiyyətin bir üzvünün digərinə qarşı zorakılıq növü kimi deyil, yalnız insanı işləməyə məcbur edən maddi maraq kimi mövcuddur. Məşhur avstriyalı iqtisadçı F.A. fon Hayekin yazdığı kimi, “…bu azadlığın əsas elementinin – hər bir fərdin və ya yarımqrupun azadlıqları onlarda mövcud olan bilik və bacarıqlardan asılı olaraq öz xüsusi məqsədlərinə nail olmaq-yalnız ayrı-ayrı şəxslərin istehsalın bütün mümkün vasitələrinə nəzarət etməsinə görə deyil, həm də birinci ilə qırılmaz surətdə bağlı olan daha bir mühüm müddəanın sayəsində mümkün olmuşdur: bu nəzarətin qanuni sınaqdan keçirilmiş ötürülmə üsullarının tanınmasıdır”.

Nəticə etibarilə, əmək fəaliyyəti üçün bütün təşviqlərin təbiəti mövcud mənbələrə və istehsal nəticələrinə mülkiyyət hüquqlarının mövcud sistemindən asılıdır və əməyin səmərəli iqtisadi stimullaşdırılması iqtisadi azadlığın təməli olan xüsusi mülkiyyət hüququ olmadan mümkün deyildir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı artıb

əməkhaqqı

2020-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilə nisbətən 11,4 faiz artaraq 707,3 manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3326,3 manat, qeyri-neft-qaz sektorunda 651,2 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 631,1 manat, özəl müəssisələrdə isə 801,8 manat təşkil edib.
Mənbə: vergiler.az

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu

posted in: Bank, BirBank, Kapital Bank, Xəbər | 0

BirBankBir müddət əvvəl Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verilib. Bu funksiya vasitəsilə istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi POS-terminallarda öz smartfonları vasitəsilə həyata keçirə bilirlər.

Azərbaycanda ilk dəfə olaraq bu xidmət artıq Mastercard vasitəsilə də mümkün oldu. Android istifadəçiləri cəmi bir dəfə BirBank mobil əlavəsində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard ödəniş kartını əlavə etməklə ödənişi həyata keçirmək üçün sadəcə telefonu POS-terminala yaxınlaşdırmalıdırlar. Məlumat üçün bildirək ki, bu xidmət Kapital Bank-ın istənilən növ Mastercard kartlar üzrə mövcuddur və ən yaxın gələcəkdə Maestro tipli kartları üzərində də mümkün olacaq.

Qeyd edək ki, BirBank tətbiqini 2 milyon nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi orqanları sahibkarların ictimai qurumları ilə sıx əməkdaşlıq edəcək

posted in: Xəbər | 0

ikiqat vergitutmaİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyən edib.

Məlumata görə, bu əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədilə həmin qurumlarla onlayn formatda görüş keçirilib.

Görüşdə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sahibkarların ictimai birlikləri ilə qurulacaq işlərin əsas prioritetlərini açıqlayıb. Bu prioritetlərə sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması, orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin, habelə dövlət büdcəsinə daxilolmaların artırılması daxildir.

Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov sahibkar birlikləri və sahəvi assosiasiyalarla görüşlərin keçiriləcəyini bildirib, səmərəli əməkdaşlığın təmin edilməsi üçün assosiasiyaların sahələr üzrə koordinasiyalı idarəetmə mexanizminin yaradılmasının əhəmiyyətini qeyd edib. Bu sahədə xarici ölkələrin müsbət təcrübələrinin öyrənilməsi və normativ bazanın təkmilləşdirilməsi üçün nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.

Müzakirələrdə çıxış edən sahibkar birlikləri və assosiasiyalarının nümayəndələri dialoq formatında əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirib, bu formada əməkdaşlığın inkişafına dair təkliflərini səsləndiriblər.

Görüş zamanı sahibkar birlikləri və assosiasiyalarən Dövlət Vergi Xidmətinə təmsil etdikləri sahələr üzrə problem və təkliflərini təqdim etməsi, bu istiqamətdə müzakirələrin, sahələr üzrə görüşlərin keçirilməsi, qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanmasında aidiyyəti birliklərin iştirakının təmin edilməsi qərara alınıb. Eyni zamanda, dövlət, ictimai təşkilatlar və sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək üçün xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, sahibkar birlikləri və assosiasiyalarının iştirakı ilə onların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflər hazırlanması barədə razılıq əldə edilib.

Görüşdə biznes dairələri, sahibkar birlikləri və assosiasiyalarla əməkdaşlığın iqtisadi inkişafa töhfə verdiyi vurğulanıb, belə tədbirlərin davamlı olaraq keçiriləcəyi qeyd olunub. Tədbirdə müzakirə edilmiş məsələlər barədə suallar cavablandırılıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 875 876 877 878 879 880 881 2. 388