Mallar və inventarların hərəkət dövriyyəsi elektron olduqda sənədlər çap edilmədən tətbiq edilə bilərmi?

posted in: sual-cavab, Xəbər | 0

hərəkət dövriyyəsiSual: “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANIna əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Sual olunur, yuxarıda fərmandan belə nəticəyə gəlmək olar ki, qeyd edilən mallar və inventarların hərəkət dövriyyəsi elektron daşıyıcıda deyəndə yəni imzasız, möhürsüz excel faylında və ya daxili maliyyə proqram təminatında (1C məsələn) uçotu aparıla bilər və həmin aktların gündəlik uçotu və hərəkətinə (kağız variantında imzalı və ya möhürlü, eyni zamanda elektorn imzalı və möhürlü) ehtiyac yoxdur və belə bir uçot forması vergi orqanları səyyar yoxlama vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi və 58.8.3 maddəsinin tələblərini pozmuş sayılmayacaqdır. Qeyd edilən sual barədə xahiş olunur ərtaflı , net münasibətinizi bildirəsiniz.

Cavab: Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Belə ki, Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istifadəsində adıçəkilən sənədlərin tərtibi və dövriyyəsini dəstəkləyən elektron informasiya sistemi mövcud olduğu və bu sənədlərin tərtib edilərək elektron qaydada təsdiq edilməsi təmin edildiyi halda (misal: istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti elektron qaydada sənədləşdirilərkən bu zaman istehsal ehtiyatlarını göndərən və qəbul edən maddi məsul şəxslər tərəfindən bu sənədlərin elektron sistem üzərində tərtib və təsdiq imkanına malik olması) həmin sənədlər çap edilmədən tətbiq edilə bilər.

Vergi ödəyicisinin istifadəsində müvafiq texniki imkanlara malik elektron informasiya sistemi mövcud olmadıqda isə sənədlər kağız daşıyıcıda çap edilərək müvafiq qaydada təsdiq edilir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin təsərrüfat daxili əməliyyatları tam həcmdə elektron informasiya sistemi ilə rəsmiləşdirildiyindən təsərrüfat məqsədləri üçün həmin sənədlərin kağız daşıyıcıda çap edilməsinə zərurət yaranmır.

Eyni zamanda, vergi orqanları tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı qeyd olunan proqram təminatında elektron qaydada tərtib olunan sənədlərin vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməsi təmin edilməlidir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nazir: “Yeni nəsil e-kassa aparatları ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib”

posted in: Xəbər | 0

Nazir: “Yeni nəsil e-kassa aparatları ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib”

elektron kassa aparatları

Yeni nəsil elektron kassa aparatlarının tətbiqi ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

“2020-ci ilin I rübündə marketlərdə e-kassa çeki üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 mln. manat, II rübdə 192 mln. manat, III rübdə 209 mln. manat, IV rübdə isə 222 mln. manat olub”, – nazir qeyd edib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada vergi orqanları bank sirri sayılan məlumatları əldə edə biləcək

posted in: Xəbər | 0

RusiyaMart ayının 17-dən qüvvəyə minən qanun Rusiya Federasiyasının vergi orqanlarının bank məlumatlarını əldə etmək imkanlarını genişləndirir.

2021-ci ilin fevral ayında prezident Vladimir Putin tərəfindən imzalanmış yeni qanun kredit təşkilatları üzərinə öhdəlik qoyur ki, müvafiq müraciətdən sonra üç gün ərzində müştərilərin pasportlarının, hesabdakı vəsaitlər üzərində səlahiyyətlərin verilməsi ilə bağlı etibarnamələrin, hesabın açılması üçün ərizələrin və müqavilələrin, eləcə də imza nümunələri kartlarının surətlərini Federal Vergi Xidmətinə təqdim etsinlər.
Bununla yanaşı, yeni qanunun tələblərinə əsasən, banklar da benefisiar sahibkarlar, faydalananlar və müştərinin nümayəndələri barədə məlumatları müvafiq prosedurlar çərçivəsində vergi orqanlarına təqdim etməlidirlər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (2-ci hissə)

posted in: Xəbər | 0

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (2-ci hissə)Rokfeller

1874-cü il yanvarın 29-da  kiçik amerikalı neft sənayeçisi, maliyyəçi, tarixdə ilk milyarderin oğlu və əfsanəvi Rokfellerlər sülaləsinin əsasını qoyan kiçik Con Devison Rokfeller dünyaya gəlib.

Uşaq yaşlarından biznes

“Anam və rahib kiçik yaşlarımdan mənə zəhmət çəkməyi və qənaət etməyi təlqin etmişdilər”, – Con Rokfeller – xatırlayırdı. “Bizneslə” məşğul olmaq ailə tərbiyəsinin bir hissəsi idi. Hələ erkən uşaq çağlarından Con bir funt konfet alaraq, onu kiçik topalara bölərək üzərinə faiz qoymaqla öz bacılarına satırdı. Yeddi yaşında bəslədiyi hind toyuqlarını qonşularına sataraq 50 dollar pul qazanmışdı, sonra isə həmin məbləği illik 7%-lə  qonşusuna borc vermişdi.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

“O, çox sakit oğlan idi, – şəhər sakinlərindən biri çox illər sonra belə xatırlamışdı – o, daim düşünərdi”. Kənardan baxdıqda, Con dağınıq fikirli nəzərə çarpırdı: sanki uşaq daim hansısa həllolunmaz bir problem üzərində düşünürdü. Təəssürat aldadıcı idi –  oğlan əzmkar yaddaşı, duruşu və sarsılmaz bir sakitliyi ilə seçilirdi. Dama oynayarkən, hər gediş üzərində yarım saat düşünərək partnyorlarını özündən çıxarmağı bacarırdı.

Eyni zamanda o, çox həssas oğlan idi: bacısı öldükdə Con arxa həyətə qaçaraq, torpağın üzərinə uzanmış və bütün günü orada qalmışdı. Hətta yetkinlik yaşına çatdıqdan sonra da Rokfeller təsvir olunduğu qədər dəhşətli bir adam deyildi: nə vaxtsa o, özü ilə eyni sinifdə oxumuş və vaxtilə xoşuna gələn bir qızın dul qaldığını və kasıb vəziyyətdə olduğunu öyrəndikdə, “Standart oil” şirkətinin sahibi həmin andaca ona pensiya təyin etdirmişdi.

Həddən çox ödəniş edirdilər

Con Rokfeller məktəb təhsilini başa vurmadı. 16 yaşında üç aylıq mühasib kursunu bitirdikdən sonra o, həmin vaxtlar ailəsinin yaşadığı Klivlenddə iş axtarmağa başladı. Altı həftə sonra o, “Hyuitt və Tattl” ticarət şirkətində mühasib köməkçisi yerinə işə düzəldi.

Başlanğıcda ona ayda 17 dollar, sonralar isə – 25 dollar pul ödəyirdilər. Aldığı məvacibi həddən çox olduğunu düşünən Con bundan utanc hissi keçirirdi. Bir sent də olsun boş yerə xərcləməsin deyə, qənaətcil Rokfeller ilk maaşından kiçik mühasibatlıq kitabçası almışdı. Özünün bütün məsrəflərini ora qeyd edirdi və həyatının sonuna kimi həmin kitabçanı mühafizə edib saxlamışdı.

İşə gəldikdə, bu onun muzdla çalışdığı yeganə iş yeri oldu. 18 yaşında Con Rokfeller kommersant Moris Klarkın kiçik partnyoru oldu.

Yeni şirkətə ayağa qalxmaqda 1861-1865-ci illərin Vətəndaş müharibəsi kömək etdi. Döyüşən ordular ərzağa görə səxavətlə ödəniş edirdilər və partnyorlar onları un, donuz əti və duzla təchiz edirdilər. Müharibənin sonlarına yaxın Klivlend yaxınlığındakı Pensilvaniyada neft kəşf edildi və şəhər neft axınının mərkəzində yerləşirdi. 1864-cü ildə Klark və Rokfeller artıq bütünlüklə Pensilvaniya nefti ilə məşğul olurdular. Bir il sonra Rokfeller tam şəkildə neftlə məşğul olmaq qərarına gəldi, lakin, Klark bunun əleyhinə çıxdı. İşi belə görən Con Rokfeller 72 500 dollara partnyorunun da payını satın aldı və özünü bütünlüklə neft biznesinə həsr etdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 872 873 874 875 876 877 878 2. 400