» » » 2020-ci ildə xeyriyyə üçün ən çox pul xərcləyən milyarderlərin adları çəkilib

2020-ci ildə xeyriyyə üçün ən çox pul xərcləyən milyarderlərin adları çəkilib

posted in: Xəbər | 0
birbank biznes

xeyriyyəAmazon şirkətinin təsisçisi Jeff Bezos, 2020-ci ildə xeyriyyə üçün ən çox vəsait ayıran 50 amerikalının siyahısında birinci yeri tutub. Müvafiq məlumatlar The Chronicle of Philanthropy jurnalında dərc edilib.

O, müxtəlif strukturlara 10,15 milyard dollara kimi vəsait göndərib. Xüsusilə, planetin ən zəngin adamı vəsaitlərini iqlim dəyişikliyinə qarşı mübarizə üçün “Yer Fondu”nun (Bezos Earth Fund) yaradılmasına, eləcə də ehtiyacı olanlara qida məhsullarının ötürülməsi proqramlarına xərcləyib. Bezosun sərvəti hazırda 194 milyarda çatıb.

Siyahıda ikinci yerdə Bezosun həyat yoldaşı MacKenzie Scott yerləşib. O, xeyriyyə tədbirlərinə 5,73 milyard dolar yatırım edib. Həmin vəsaitlər əhalinin kreditlərinin ödənilməsinə yardım proqramına, qida ərzaqlarının paylanılmasına, eləcə də qaradərili amerikalıların təhsil aldıqları məktəblərin dəstəklənməsinə yönəldilib.

Siyahıda üçlüyü təhsil sahəsində proqramlar üzrə 1,6 milyard dollara kimi vəsaitlər ayıran, Nyu-Yorkun keçmiş meri Michael Bloomberg qapadıb. Dördüncü yerdə amerikalı biznesmen Philip Knight və onun yoldaşı Penelopa, beşinci yerdə isə Amerikanın Twitter şirkətinin rəhbəri Jack Dorsey tutur.

Dəqiqləşdirildiyinə görə, siyahıya adı düşən amerikalıların xeyriyyə məqsədləri üçün xərclədikləri ümumu vəsaitlərin məbləği 24,7 milyard dollar təşkil edib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun