» » » Dünya iqtisadiyyatı üçün yeni problemlər proqnozlaşdırılır

Dünya iqtisadiyyatı üçün yeni problemlər proqnozlaşdırılır

posted in: Xəbər | 0
birbank biznes

Dünya iqtisadiyyatıBMT ekspertləri 2021-ci ilin birinci rübü üçün dünya iqtisadiyyatının yeni problemlərini proqnozlaşdırıblar, bu haqda qurumun ticarət və inkişaf konfransında (UNCTAD) məruzəsinə istinadən Reuters agentliyi məlumat verib.

Müəlliflərin əsas narahatlıqları koronavirus pandemiyası ilə bağlı yeni məhdudiyyətlər səbəbindən qlobal ticarətin növbəti tənəzzülü ilə bağlıdır. BMT-nin proqnozuna görə, ilin ilk üç ayının yekununda azalma mal ticarətində 1,5 faiz, xidmət ticarətində yüzdə 7 faiz təşkil edəcək.

Müəlliflər qeyd edirlər ki, məhz, xidmətlə bağlı ticarət dünya iqtisadiyyatına həlledici mənfi təsir göstərir. Eyni zamanda  mal ticarəti sahəsinin tədricən özünü bərpa etdiyi də xəbər verilib. 2020-ci ilin dördüncü rübündə onun həcmi səkkiz faiz (ilin birinci yarısında 15 faiz düşdükdən sonra) artıb. Cənub-Şərqi Asiya ölkələrində ilin son üç ayında artım 12 faiz olmuşdur.

BMT-nin ekspertləri əsas zərər çəkmiş sahənin turizm olduğunu bildirirlər. 2021-ci ilin əvvəlində turizm sahəsi, bir çox ölkələrdə yeni məhdudiyyətlərlə üzləşib. Ümumi fonda Çin və Hindistan fərqlənir, belə ki, bu ölkələrdə həmin xidmətlər daha az eniş yaşayıb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun