Ölkənin ən məşhur mobil tətbiqi olan BirBank daha bir yeniliklə xidmət çeşidini genişləndirib. Belə ki, artıq Zolotaya Korona sürətli pul köçürməsi ilə gələn vəsaiti banka getmədən, BirBank üzərindən Kapital Bank-ın ödəniş kartları ilə əldə etmək olar. Köçürmə haqqında məlumatları tətbiqə daxil etməklə həmin vəsaiti ödəniş kartına köçürüb, həm nağd, həm də nağdsız şəkildə istifadə etmək mümkündür.
Qeyd edək ki, BirBank tətbiqinin istifadəçiləri POS-terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.