» » » Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (4-cü hissə)

Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (4-cü hissə)Wirecard

Wirecard ödəniş sisteminin hesablarına artıq 2 milyard avro məbləğində qondarma pul yatırılması ilə bağlı Almaniyanın tarixində baş verən ən böyük mühasibatlıq qalmaqalı, tədricən böyük cinayət işinə çevrilir. Sözügedən sistemin iflası, iki top-menecerin həbsi, üçüncünün qaçışı və biznes-tərəfdaşlarının vaxtsız ölümləri. 

Üçüncü zəng: 2019

2019-cu ilin yanvarında səhnədə yenidən Financial Times görünür. Qəzet, Wirecard-ın Sinqapurdakı Asiya mənzil-qərargahındakı saxtakarlıq şübhələri ilə bağlı daxili istintaq barədə bir məqalə dərc edir. Tezliklə Sinqapur polisi orada peyda olur və prokurorlar bir neçə Wirecard işçisi və filialına qarşı iş açırlar.

Şirkətin səhmləri sürətlə ucuzlaşmağa başlayır. Almaniya milli çempionu müdafiəyə başlayır: borc üzərində Wirecard-a qarşı birjada oynamağı müvəqqəti qadağan edir və bazar manipulyasiyasına dair şübhələri araşdırmağa başlayır.

Bu arada Wirecard özü həm FT qəzetini, həm də Sinqapur rəhbərliyini məhkəməyə verir.

Final və pərdə

2019-cu ilin oktyabrında, FT-dəki başqa bir məqalədən sonra, Wirecard hesabatların şişirdilməsi ittihamlarını rədd edir, lakin, investorları sakitləşdirmək məqsədilə məşhur KPMG auditor şirkətindən bir auditoru işə qəbul etməyə razılıq verir.

Nə KPMG-dən olan əlavə audit, nə də Wirecard-ın özündən olan növbətçi auditor 2020-ci ilin martına kimi olan müddət üçün illik hesabatı hazırlaya bilmir.

KPMG-nin hesabatı yalnız 2020-ci ilin  aprelin 28-də dərc olundu. Orada deyilirdi ki, auditor 2016-2018-ci illər üçün mənfəətin “böyük payı” ilə bağlı mənbələrinin etibarlılığını yoxlaya bilməyib, çünki onlar haqqında məlumat əldə etməkdə çətinliklərlə üzləşib.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Elə həmin gün Braun investorlara auditorun ona 2019-cu il üçün hesabatın “problemsiz” olacağına dair vəd verib. Amma, hesabatın dərc olunması iyun ayına kimi təxirə salınıb. Buna səbəb kimi isə koronovirus pandemiyası göstərilib.

Braunun açıqlamaları bu günə qədər Wirecard-ın müdafiəsi üçün ayağa qalxan alman maliyyə tənzimləyicisinin diqqətini çəkib və bu dəfə o, bazar idarəçiliyi şübhəsi ilə şirkət rəhbərlərinə qarşı istintaq başlatdı. Bu işə polis də cəlb edilir və iyunun 5-də ofislərdə axtarışlar başlayır.

İyunun 18-də həmin ertələnən illik hesabat ortaya çıxmalı idi. Bunun əvəzində şirkətdən bildirdilər ki, vaxtilə iki Filippin bankında olduğu iddia edilən 1,9 milyard avronu “tapa bilmirlər”.

Marsaleki işdən çıxarırlar, Braun isə özü işdən çıxır. Yalnız bundan sonra şirkətin müvəqqəti rəhbərliyi həmin 1,9 milyard avronun çox güman ki, sadəcə mövcud olmadığını və həmin vəsaitlərin ümumiyyətlə qazanılmadığını, illər ərzində həyata keçirilən mühasibatlıq maxinasiyaları nəticəsində pripiska olunduğunu etiraf edir.

Braunu iyunun 23-də həbs edirlər, iyunun 25-də isə Wirecard özünün iflas olduğunu elan edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun