» » » Gəlirli startapı necə təsis etməli (1-ci hissə)

Gəlirli startapı necə təsis etməli (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Gəlirli startapı necə təsis etməli (1-ci hissə)Startap

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat

Startapa necə başlamalı?

Tez sıradan çıxan və uğurlu məhsul yarada bilməyən şirkətlərə heç kim ömrünün aylarını və illərini həsr etməyi planlaşdırmır. Və bütün hallarda startapların 90% -i sıradan çıxır.

Müvəffəqiyyətli şirkətləri işə salmış təcrübəli sahibkarlara nələr məlumdur, uğursuz layihələrin təsisçiləri nədən xəbərsizdirlər?

“30-dan 30-a” Forbes reytinqinin iştirakçısı Hamfri, uğurlu strartap qurmağa necə düzgün başlamaqla bağlı fikirlərini bölüşür. Tilda Publishing sahibkarlardan ötrü onun praktiki məsləhətlərini tərcümə dərc edib.

Məzmun

  • Yaxşı başlanğıc niyə çox mühümdür
  • Sizin startapın mahiyyəti nədən ibarətdir
  • Problemlər = imkanlar
  • Bazara çıxırıq
  • Minimum həll
  • Gəliri proqnozlaşdırırıq

Startapı lap əvvəldən yaxşı başlamaq niyə əhəmiyyətlidir?

4 startapdan 3-nün uğursuz olma səbəbləri fərqlidir, lakin, çox vaxt buna aşağıdakı səbəblər gətirib çıxarır:

  • Şirkət mövcud olmayan bazar üçün məhsul hazırlayır (tələbat yetərli deyil).
  • Menecerlər pul axınını idarə edə bilmirlər, məsələn, gəlir əldə etmək üçün işləməyən modeldən istifadə edirlər
  • Şirkət bazardakı dəyişikliklərə uyğunlaşmır
  • Layihə kifayət qədər sürətlə böyümür
  • Təsisçi işdə uğursuzluğa düçar olur
Burada müzakirə ediləsi çox şey var, lakin, maraqlı fakt –  startap yaradılarkən, ona lap başlanğıcda lazımi diqqətin yetirilməməsidir

Appster agentliyində çoxlu sayda startaplarla işlədikdən sonra Cosayya Hamfri  və komandası istənilən startapın müvəffəqiyyətinin hər hansı bir şirkət qurmazdan əvvəl cavablandırılması lazım olan beş əsas sualdan asılı olduğunu gördü:

  • Sizin şirkətin fəaliyyətinin konkret istiqaməti nədir?
  • Siz məhz, hansı problemi həll etməyə çalışırsınız?
  • Siz hansı bazara çıxmaq istəyirsiniz?
  • Problemin həlli üçün siz hansı məhsulu təklif edəcəksiniz?
  • Biznes modelinizin hansı iqtisadi hesablaması var ?

İlk hərəkətlərinizdən şirkətinizin milyonlarla dollar dəyərində olub-olmaması asılı ola bilər və ya  siz də heç kimin xtırlamadığı 90 faiz startaplardan birinə çevrilə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun