Gəlirli startapı necə təsis etməli (3-cü hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli (3-cü hissə)Startap

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat 

Ola bilsin ki, siz hələ bütün sahələrdə mükəmməlliyə çatmamısınız, amma, istedadlar, biliklər dəsti və hər şeyə nail olmaq potensialınız həqiqətən vardır.

Pullar

Nəyin ruhunuza yaxın olduğunu bildikdən və istedadların siyahısını tərtib etdikdən sonra özünüzə daha iki sual verin: digər insanların problemini həll edən bir startap yaratmaq üçün maraq və bacarıqlarınızı birləşdirə bilərsinizmi? Əgər hə, onda ikinci sual budur: gəlir əldə etmək üçün sizin məhsulunuza bazarda lazımi qədər tələbat varmı?

Tələb və mənfəət haqqında sualları cavablandıraraq, ticarət potensialı olan bacarıqları və hobbiləri uğursuz olanlardan təmizləməlisiniz.

Yalnız güclü struktur və məqsədə aydın baxış  davamlı startap  üçün təməl kimi xidmət edə bilər.

Problem = imkan

Müştərinin mövcud tələbatı nədir?

İstənilən böyük problem – bu, böyük imkandır. Əgər problemlər  yoxdursa, onda həll  və şirkətin mövcud olması üçün  səbəb də  yoxdur. Problemin həllini nəzərdə tutmayan işlər üçün sizə heç kim ödəniş etməyəcək.

Vinold Hosla, vençur kapitalisti və milyarder

Startap – bu, ağrıkəsicidir və ya vitamindir?

Vitaminlər sağlamlığn möhkəmlənməsinə yavaş-yavaş və tədricən kömək edir: onlar sizi xəstəliklərdən qoruyaraq, müəyyən dövr ərzində sağlamlığınızı mühafizə edir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Ağrıkəsicilər isə ağrı sindromunun anında qarşısını alır: həblər problemi burada və indi həll etməkdə sizə kömək edir. Ən yaxşı şirkətlər də eyni cür hərəkət edir.

Ağrıkəsici həblər – bu, ciddi problemləri tez və effektli həll edən startaplardır. Müştəri “ağrıyır”, ona təcili olaraq bir həll yolu lazımdır.

Həb necə görünür, üzərindəki loqotip gözəldirmi, o, iki və ya üç aydan sonra işə düşəcək, bu, onu maralandırmır.

Google – bu ağrıkəsicidir: 24 saat müddətində əlçatanlıq və istənilən  bir şey haqda hər şeyi tez öyrənmək imkanı olmasa, bizim üçün çox çətin olardı.

Şirkətin necə ağrıkəsici ola bilməsi üzərində düşünün. Ən yaxşı halda bir müddət sonra ortaya çıxa bilən vitamin əvəzinə, problemi bu gün həll edə bilən məhsul və ya xidmət təklif edin.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)

posted in: Xəbər | 0

İçkili olmağın fəsadlarıİçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)

Bu yazımızda alkoqollu vəziyyətin fəsadları barədə geniş izah verməyə çalışacağıq.

Mövzuya başlamazdan əvvəl qeyd edək ki, alkoqol sərxoşluğu nəinki insanın sağlamlığına zərər vurur, eyni zamanda şəxsin hüquqlarının məhdudlaşdırılmasına və sərt cəzalarla üzləşməsinə səbəb ola bilir.

Alkoqol sərxoşluğu halları üzrə nəzərdə tutulmuş məsuliyyət tədbirlərini diqqətinizə çatdırırıq:

– sərxoş vəziyyətdə olmasına kifayət qədər şübhə müəyyən edildikdə şəxs nəqliyyat vasitəsini idarə etməkdən dərhal kənarlaşdırılır.

– Ev heyvanlarının sərxoş vəziyyətdə gəzdirilməsinə görə 200 manat cərimə

– Gəmidə heyət üzvü sərxoş vəziyyətdə növbə çəkərsə, 300 manat cərimə

– Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə 400 manat cərimə və ya 4 ay – 1 ilədək idarəetməkdən kənarlaşdırma

– Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarəetməyə görə isə 2 il məhdudlaşdırma və ya 15 gün – 1 ay inzibati həbs

– həm idarəetmək hüququ olmazsa, həm də sərxoş vəziyyətdə olarsa, məqliyyat vasitəsini idarə edən şəxsə 500 manat cərimə və ya 15 günədək inzibati həbs

– yetkinlik yaşına (18 yaş) çatmayanı bu yaşa çatan şəxs sərxoş vəziyyətə salarsa, 60-100 manat məbləğində cərimə nəzərdə tutulur.

– İş yerinə sərxoş vəziyyətdə gələn yaxud iş vaxtı sərxoş vəziyyətdə olan işçinin əmək haqqı həmin gün üçün verilmir və ona inzibati tənbeh (töhmət və b.) tətbiq edilə bilər. Həmin gün üçün isə işçi işdən kənarlaşdırılır.

– Həmçinin bu vəziyyət əmək vəzifələrinin kobud pozulması da hesab edilir ki, bu əsasla da işçinin əmək müqaviləsinə xitam verilə bilər.

– İşçi sərxoş vəziyyəti ilə əlaqədar işəgötürənə vurduğu zərəri də tam həcmdə ödəməlidir.

– Spirtli içkidən istifadə nəticəsində ailəsini ağır maddi vəziyyətə salan şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Bu halda şəxsin üzərində himayəçi təyin edilir və himayəçinin razılığı olmadan sərbəst surətdə əqdlər bağlaya bilməz. Bağlanan əqd isə etibarsız sayıla bilər.

– Sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda 3 il idarəetmə hüququndan məhrum edilməklə 6-8 min manatadək cərimə və ya həmin müddətdə hüququndan məhrum edilməklə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək zərər vuran şəxsin vurduğu zərəri sığorta şirkəti ödəsə də, həmin sürücüyə qarşı subroqasiya qaydasında ödədiyi pulu geri tələb etmə hüququ da yaranır. Bununla yanaşı qeyd edək ki, sərxoş vəziyyət könüllü sığorta növləri üzrə əksər müqavilələrdə sığorta təminatı verilməyən hal sayıldığı üçün bu vəziyyətdə baş verən hadisələrə görə ödənişdən imtina ala bilərsiniz.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank kiçik və orta sahibkarlara yeni imkanlar təklif edir

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank mütəmadi olaraq kiçik və orta sahibkarlar üçün sərfəli tarif paketlərini və məsafədən xidmət keyfiyyətinin artırılması üçün rəqəmsal imkanlarını inkişaf etdirir. Kapital Bank daha bir yeniliyə imza ataraq, tarif paketilərinin sifarişini banka gəlmədən, Müştəri Bankdan həyata keçirilməsi imkanını yaratdı.

Kapital Bank-ın tarif paketlərini əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 55% endirim almaq imkanına malikdirlər. Hazırda Kapital Bank öz müştərilərinə “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” paketlərini təqdim edir və sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini rahatlıqla seçim imkanına malikdirlər. Üstəlik, hazırda davam edən kampaniyamız çərçivəsində 30 aprel 2021-ci ilədək qadın sahibkarlarımız və təsisçisi və ya direktoru qadın olan şirkətlər yeni tarif paketimiz olan “Zərif” paketini əldə edə bilərlər.

Eyni zamanda, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn sahibkar hesablarının açılması, onlayn rejimdə biznes kart sifarişi və köçürmələri, əmək haqqı layihəsinə onlayn qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, ölkədaxili və ölkəxarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Tarif paketləri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin alt fəaliyyət növləri yaradılıb

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətiİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni “alt səviyyə” əlavə edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, “alt səviyyə” mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.

Hazırda vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) uçota alınması zamanı yalnız 7 rəqəmli alt fəaliyyət növlərindən istifadə edilir.
7 rəqəmli alt fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar:

https://www.taxes.gov.az/az/page/bir-pencere

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 867 868 869 870 871 872 873 2. 398