» » » İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)

İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)

posted in: Xəbər | 0
birbank biznes

İçkili olmağın fəsadlarıİçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)

Bu yazımızda alkoqollu vəziyyətin fəsadları barədə geniş izah verməyə çalışacağıq.

Mövzuya başlamazdan əvvəl qeyd edək ki, alkoqol sərxoşluğu nəinki insanın sağlamlığına zərər vurur, eyni zamanda şəxsin hüquqlarının məhdudlaşdırılmasına və sərt cəzalarla üzləşməsinə səbəb ola bilir.

Alkoqol sərxoşluğu halları üzrə nəzərdə tutulmuş məsuliyyət tədbirlərini diqqətinizə çatdırırıq:

– sərxoş vəziyyətdə olmasına kifayət qədər şübhə müəyyən edildikdə şəxs nəqliyyat vasitəsini idarə etməkdən dərhal kənarlaşdırılır.

– Ev heyvanlarının sərxoş vəziyyətdə gəzdirilməsinə görə 200 manat cərimə

– Gəmidə heyət üzvü sərxoş vəziyyətdə növbə çəkərsə, 300 manat cərimə

– Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə 400 manat cərimə və ya 4 ay – 1 ilədək idarəetməkdən kənarlaşdırma

– Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarəetməyə görə isə 2 il məhdudlaşdırma və ya 15 gün – 1 ay inzibati həbs

– həm idarəetmək hüququ olmazsa, həm də sərxoş vəziyyətdə olarsa, məqliyyat vasitəsini idarə edən şəxsə 500 manat cərimə və ya 15 günədək inzibati həbs

– yetkinlik yaşına (18 yaş) çatmayanı bu yaşa çatan şəxs sərxoş vəziyyətə salarsa, 60-100 manat məbləğində cərimə nəzərdə tutulur.

– İş yerinə sərxoş vəziyyətdə gələn yaxud iş vaxtı sərxoş vəziyyətdə olan işçinin əmək haqqı həmin gün üçün verilmir və ona inzibati tənbeh (töhmət və b.) tətbiq edilə bilər. Həmin gün üçün isə işçi işdən kənarlaşdırılır.

– Həmçinin bu vəziyyət əmək vəzifələrinin kobud pozulması da hesab edilir ki, bu əsasla da işçinin əmək müqaviləsinə xitam verilə bilər.

– İşçi sərxoş vəziyyəti ilə əlaqədar işəgötürənə vurduğu zərəri də tam həcmdə ödəməlidir.

– Spirtli içkidən istifadə nəticəsində ailəsini ağır maddi vəziyyətə salan şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Bu halda şəxsin üzərində himayəçi təyin edilir və himayəçinin razılığı olmadan sərbəst surətdə əqdlər bağlaya bilməz. Bağlanan əqd isə etibarsız sayıla bilər.

– Sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda 3 il idarəetmə hüququndan məhrum edilməklə 6-8 min manatadək cərimə və ya həmin müddətdə hüququndan məhrum edilməklə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək zərər vuran şəxsin vurduğu zərəri sığorta şirkəti ödəsə də, həmin sürücüyə qarşı subroqasiya qaydasında ödədiyi pulu geri tələb etmə hüququ da yaranır. Bununla yanaşı qeyd edək ki, sərxoş vəziyyət könüllü sığorta növləri üzrə əksər müqavilələrdə sığorta təminatı verilməyən hal sayıldığı üçün bu vəziyyətdə baş verən hadisələrə görə ödənişdən imtina ala bilərsiniz.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun