İş vaxtı (Normalar, tələblər, yeniliklər)

posted in: Xəbər | 0

iş vaxtıDaim işçi və işəgötürən arasında əmək münasibətlərinin ilkin tənzimləmə vasitələrindən biri kimi iş saatlarının götürüldüyünü nəzərə alaraq bu dəfəki yazımızda iş saatı barədə məlumat verməyə çalışacağıq.

Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş 1935-ci il tarixli 47 saylı konvensiyası ilə həftəlik iş vaxtı norması kimi 40 saat müəyyən edilmişdir.

Azərbaycan Respublikası qanunvericiliyi beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və tələblərini prioritet hesab etdiyi üçün hazırda ölkədə də müvafiq norma əsas götürülmüşdür.

Fərqli olan yanaşma isə iş vaxtının gündəlik 8 saat olması ilə bağlıdır. Belə ki, qanunvericilik işin xarakterinə görə gündəlik iş vaxtının tənzimlənməsində tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla 6 günlük iş rejiminin tətbiqinə də imkan verir. Bu halda yenə də başlıca tələb həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Bu normanın tələbinə əsasən 6 günlük rejimdə gündəlik iş saatı 7 saatdan çox ola bilməz.

İş vaxtının digər normaları aşağıdakı kimidir:
  • 15-16 yaş 24 saat
  • 16-18 yaş 36 saat
  • 1 və 2-ci qrup əlilliyi olan 36 saat
  • Hamilə və ya 1 yaş 6 aylığadək körpəsi olan 36 saat
  • 3 yaşadək uşağı təkbaşına böyüdən 36 saat

Əmək şəraiti insan sağlamlığı üçün ağır olan iş yerində (*) çalışan 36 saat

Yüksək həssas, əsəb gərginliyi, səhhətə mənfi təsir göstərən amillər olan iş yerlərində (*) çalışan 36 saat

* səlahiyyətli qurum tərəfindən müəyyən edilir.

İşçinin iş vaxtından artıq işə

  • təbii fəlakət,
  • istehsalat qəzası,
  • fövqəladə vəziyyətin nəticələrinin qarşısının alınması
  • hərbi vəziyyət rejiminin təmin edilməsi
  • tezkorlanan malların itkisinin qarşısının alınması məqsədilə cəlb edilməsinə işçinin razılığı və işəgötürənin əmri olduqda yol verilir.

Ağır və zərərli sahələrdə çalışan işçilərin 2 saatdan artıq cəlb olunmasına, xüsusilə ağır və zərərli sahələrdə çalışanların isə ümumiyyətlə cəlb edilməsinə yol verilmir.

Ümumilikdə isə dalbadal gələn iki iş günü işləyən işçi 4 saatdan artıq işə cəlb edilə bilməz.

Aşağıdakı müstəsna hallarda da iş vaxtından artıq işə cəlb edilməyə yol verilir:
  • Dövlət müdafiəsinin təmin edilməsi üçün vacib işlərin görülməsi;
  • Kommunal xidmət müəssisələrində gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi;
  • İş gününün sonunadək başlanmış və dayandırılması avadanlığın korlanmasına səbəb olacağı üçün işlərin tamamlanması;
  • İşin dayanmasına səbəb olan mexanizmlərin təmiri üçün işlərin görülməsi;
  • Əvəz edən işçi işdə olmadıqda, işə fasilə verilməsi mümkün olmadığı üçün işlərin icra olunması.

İşçiyə iş günü üzrə nahar fasiləsi üçün vaxt verilməlidir. İşçinin iş günləri arasında azı 12 saatlıq istirahət vaxtı olmalıdır.

Qanunvericiliyə görə 5 günlük iş rejimində 2 gün, 6 günlük rejimdə isə 1 gün həftəarası istirahət günü verilməlidir.

Həmçinin bayram və qeyri-iş günü sayılan günlərdə də işin görülməsinə yalnız müstəsna hallarda yol verilir.

Xatırladaq ki, əsasən iş vaxtından artıq iş 2 qat ödənilir.

Mövzu çərçivəsində onu da qeyd edək ki, hazırda bir sıra ölkələrdə iş vaxtından sonra işəgötürənin işçiyə email göndərməsi və zəng vurması qadağan edilir. Burada əsas məqsəd iş və şəxsi həyat arasında balansın qorunması, stresin azaldılması və işçinin istirahət vaxtının səməli təşkilinə imkan verilməsidir. İşçiyə icazə verilir ki, həmin emaili silsin və ya telefon zəngini rədd etsin.

Yekunda isə qeyd edək ki, bəzi ölkələrdə işin xarakterindən asılı olaraq 4 günlük iş rejiminin tətbiqinə keçid başlanmışdır. Təbii ki, bu rejim işin xüsusiyyətləri və işçi ilə işəgötürənin qarşılıqlı razılığından asılı olaraq tətbiq edilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pulların təşəkkülü (3-cü hissə)

posted in: Xəbər | 0

Pulların təşəkkülü (3-cü hissə)pul

Qızıl və gümüşə qayıdarkən, sual yaranır. Niyə məhz, onlar pul oldu? Məsələ burasındadır ki, qızıl və gümüş pul halına gəlmişdi, çünki onlar bir sıra xüsusiyyətlərə malik idi ki, bu da tamamilə likvid vasitə rolunu daha yaxşı yerinə yetirməyə imkan verdi:

  • mühafizə oluna bilməsi;
  • yığcamlığı (kiçik həcmdə yüksək dəyər);
  • iqtisadi bölünmə (qızıl külçəsi iki hissəyə bölünür və onun dəyərinin bölünməsi deməkdir);
  • təbiətdə nadir tapılması.

Bu gün qızıl və ondan əvvəl isə gümüş pul əmtəəsi olmaqdan çıxıb. Biz öz həyatımızda, içində qızıl sikkələr olan kisəciklərdən deyil, kağız pullardan (əskinaslardan) istifadə edirik.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Likvidlik anlayışı müasir kağız pulların (rubl, avro, dollar və s.) alıcılıq qabiliyyətinə sahib olması deməkdir. Daha əvvəl qeyd edildiyi kimi, likvid vasitə asanlıqla reallaşdırılan mübadilə vasitəsidir. Məsələn, sizdə müəyyən sayda stulların olması, o demək deyil ki, siz onları istənilən vaxt başqa əmtəəyə dəyişdirə biləcəksiniz. Əksinə, müəyyən miqdarda pulunuz varsa, həmişə hər hansı bir fayda üçün mübadilə edə bilərsiniz.

Amma, belə bir sual yaranır: niyə hansısa kağız parçaları mütləq likvidliyə malikdir? Burada pulun təbiətinə aid olan bu amil rol oynayır.

Pul – bu, hamı tərəfindən qəbul edilmiş mübadilə vasitəsidir. “Hamılıqla qəbul edilmiş” sözünə diqqət yetirmək çox vacibdir. Bəs müasir kağız pulların dəyərini necə və ya nə müəyyən edir? Onlar dəyərə malikdilərmi?

İqtisadi nəzəriyyə bunu belə şərh edir: insanlar kağız pula dəyər verirlər. Bir şeyi pul kimi qəbul etmək lazım gəlirsə, həmin “bir şey” pul olacaqdır. İndiki dövrdə pul, pul təklifinə cavabdeh olan Mərkəzi Bank vasitəsi ilə dövlət tərəfindən dekretləşdirilir. Dəyər əsasən ölkə əhalisinin hökumətə və pul kütləsinə nəzarət edən Mərkəzi Banka olan güvən səviyyəsi ilə müəyyən edilir. Müasir pulun sabitliyi, ümumiyyətlə, ölkənin qızıl ehtiyatları ilə deyil, onların təklifi ilə müəyyən edilir. Təbiət qızılı öz dərinliklərində məhdudlaşdırdığı kimi, Mərkəzi Bank da pul təklifini və onların mövcudluğunu məhdudlaşdırır. Əgər kağız pullar nisbi nadirlik xüsusiyyətinə malik deyilsə, onların dəyəri tamamilə yox olacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib

posted in: Xəbər | 0

Mühasib vakansiyaNazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahını yeniləyib.

Bu barədə Auditor Palatasının auditorlara müraciətində bildirilir.

“Martın 12-nə qüvvədə olan siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/ ) yerləşdirilib”, – müraciətdə qeyd olunub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Vergi uçotu” üzrə onlayn təlimlərə müraciətlər qəbul olunur

posted in: Xəbər | 0

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Vergi uçotu” üzrə onlayn təlimlərə müraciətlər qəbul olunur.

İştirakçılar təlim müddətində verginin mahiyyəti, vergi uçotunun əsasları, verginin növləri, onların hesablanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi kimi biliklərə sahib olacaqlar.

Müraciətlər Azərbaycanın bütün şəhər və regionlarından qəbul olunur. Təlimlər onlayn formatda keçiriləcək. Seçim zamanı regionlardan olan şəxslərə üstünlük veriləcək.

İştirak üçün əsas meyarlar:

– Maliyyə, mühasibatlıq, audit, vergi uçotu və ya iqtisadiyyatın digər sahələri üzrə ən azı peşə təhsili və ondan yuxarı təhsil pilləsi;

– Mühasibatlıq üzrə nəzəri və praktiki biliklərə sahib olmaq;

– Windows əməliyyat sistemində işləmək bacarıqları;

– Mühasibat uçotu sahəsində müəyyən təcrübənin olması üstünlükdür.

Təlim müddəti: 32 saat (2 ay)

Seçilmiş namizədlər üçün təlimdə iştirak ödənişsizdir.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.

Müraciətləri 24 mart, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:

https://cutt.ly/9zlkwYe


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 860 861 862 863 864 865 866 2. 386