Ani Ödənişlər Sisteminə daha 3 bank qoşulub

posted in: Xəbər | 0

Ani Ödənişlər SistemiPrezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Bank Respublika”, “Bank BTB” və “PAŞA Bank” ASC-lər AÖS-ı inteqrasiya olunub. Beləliklə, qeyd olunan bankların müştəriləri fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanını əldə edib.

Hazırda 19 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

posted in: Xəbər | 0

Maliyyə Nazirliyi“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə görə, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib: “Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Maliyyə Nazirliyi QHT-lərdən illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlayıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti icbari tibbi sığorta haqqına dair bukletlər hazırlayıb

posted in: Xəbər | 0

Dövlət Vergi XidmətiAzərbaycanda aprelin 1-dən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta haqlarının yığımına isə yanvarın 1-dən start verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 31 yanvar 2019-cu il tarixli fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Vergi ödəyicilərinin məlumatandırılması məqsəd ilə sığorta haqlarının yığımını həyata keçirən Dövlət Vergi Xidməti maarifləndirici bukletlər hazırlayıb.

“İcbari tibbi sığorta haqqı”, “Sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları hesablanması və ödənilməsi” və “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı” kimi mövzuları əhatə edən bukletlərdə icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi əyani izah edilir.

Bukletlərlə aşağıdakı ünvanda tanış olmaq olar:

https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hesablama Palatası ötən il maliyyə hesabatlarında 412 milyon manatlıq təhrif aşkar edib

posted in: Xəbər | 0

Hesablama Palatası Maliyyə hesabatlarıHesablama Palatasının 2020-ci ildə apardığı nəzarət tədbirlərinin nəticələri əsasında formalaşdırılmış məlumat bazasına əsaslanaraq maliyyə hesabatlılığı sahəsində müəyyən edilən nöqsanları iki qrup üzrə təsifləşdirmək olar.

Bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verilir.

Sənəddə deyilir ki, 1-ci qrupa maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi halları kimi əhəmiyyətli pozuntular aid edilib. Nəzarət tədbirlərinin nəticələri göstərir ki, maliyyə hesabatları ümumilikdə 412,4 milyon manat məbləğində təhrif olunmaqla tərtib olunub. Bu məbləğlər inventarizasiyanın düzgün qaydada aparılmaması, kreditor və debitor borcların az göstərilmiş və ya ümumiyyətlə göstərilməmiş məbləği nəticəsində formalaşan təhrifləri də özündə saxlayır.

Ümumi məbləğin 14,6 milyon manatı az göstərilmiş və yaxud göstərilməmiş debitor borc məbləğindən, 30,3 milyon manatı az göstərilmiş və yaxud göstərilməmiş kreditor borc məbləğindən formalaşıb. Həmçinin 3,2 milyon manat məbləğində amortizasiyanın səhv hesablandığı, 1,4 milyon manat məbləğində inventar və avadanlığın uçotda düzgün əks etdirilmədiyi müəyyən olunub. Maliyyə hesabatlarında düzgün əks etdirilməyən və ya təhrif olunmaqla əks etdirilən məbləğ isə 362,9 milyon manat təşkil edib.

Hesablama Palatası ikinci qrupa mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün maliyyə hesabatlarında əks olunmaması və ya bir hesabat daxilində düzgün əks olunmaması hallarını aid edib. Bu, ümumilikdə 335,4 milyon manat məbləğlə ifadə olunur.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 858 859 860 861 862 863 864 2. 398