» » » Hesablama Palatası ötən il maliyyə hesabatlarında 412 milyon manatlıq təhrif aşkar edib

Hesablama Palatası ötən il maliyyə hesabatlarında 412 milyon manatlıq təhrif aşkar edib

posted in: Xəbər | 0
birbank biznes

Hesablama Palatası Maliyyə hesabatlarıHesablama Palatasının 2020-ci ildə apardığı nəzarət tədbirlərinin nəticələri əsasında formalaşdırılmış məlumat bazasına əsaslanaraq maliyyə hesabatlılığı sahəsində müəyyən edilən nöqsanları iki qrup üzrə təsifləşdirmək olar.

Bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verilir.

Sənəddə deyilir ki, 1-ci qrupa maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi halları kimi əhəmiyyətli pozuntular aid edilib. Nəzarət tədbirlərinin nəticələri göstərir ki, maliyyə hesabatları ümumilikdə 412,4 milyon manat məbləğində təhrif olunmaqla tərtib olunub. Bu məbləğlər inventarizasiyanın düzgün qaydada aparılmaması, kreditor və debitor borcların az göstərilmiş və ya ümumiyyətlə göstərilməmiş məbləği nəticəsində formalaşan təhrifləri də özündə saxlayır.

Ümumi məbləğin 14,6 milyon manatı az göstərilmiş və yaxud göstərilməmiş debitor borc məbləğindən, 30,3 milyon manatı az göstərilmiş və yaxud göstərilməmiş kreditor borc məbləğindən formalaşıb. Həmçinin 3,2 milyon manat məbləğində amortizasiyanın səhv hesablandığı, 1,4 milyon manat məbləğində inventar və avadanlığın uçotda düzgün əks etdirilmədiyi müəyyən olunub. Maliyyə hesabatlarında düzgün əks etdirilməyən və ya təhrif olunmaqla əks etdirilən məbləğ isə 362,9 milyon manat təşkil edib.

Hesablama Palatası ikinci qrupa mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün maliyyə hesabatlarında əks olunmaması və ya bir hesabat daxilində düzgün əks olunmaması hallarını aid edib. Bu, ümumilikdə 335,4 milyon manat məbləğlə ifadə olunur.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun