Azərbaycandakı ödəniş terminalları yeni əsginasları niyə tanımır?

posted in: Uncategorized | 0

Ölkədə yerləşən ödəniş terminallarında tədavülə yeni buraxılan 1, 5 və 50 manatlıq əsginasların qəbul edilməsi ilə bağlı problem yaşanır. Belə ki, terminal vasitəsilə ödəniş etmək istəyən şəxs bu pulları aparata daxil etdikdə aparat pulu qəbul etmir və geri qaytarır.

“Milliön” ödəniş sisteminin qaynar xəttindən alınan məlumatda bildirilib ki, artıq bir çox terminallar yeni 1, 5 və 50 manatlıq yeni əskinazları qəbul edir:

“Sadəcə bəzi ünvanlarda yerləşən terminallarımız var ki, hələ onlar yeni pulları qəbul etmir. Aparatlara yeni pulların tanıtdırılması prosesi mərhələli şəkildə aparılır. Ona görə də ola bilər ki, bəzi terminallar həmin pulları qəbul etməsin. Hər gün texniki məsələlərlə məşğul olan əməkdaşlarımız hissə-hissə bir neçə terminala yaxınlaşıb yeni pulları həmin aparatlara tanıtdırırlar. Bununla əlaqədar iş hazırda davam edir. Bir çox terminallarımızda isə artıq bu məsələ öz həllini tapıb. Bunlardan bir neçəsinə misal olaraq Səbail rayonu Xəqani küçəsində “Wine House”da quraşdırılan terminal, Nəsimi rayonu Nizami küçəsində “Belaruski” ticarət mərkəzinin qarşısında, Füzuli küçəsində Fövqaladə Hallar Nazirliyinin binasında yerləşən terminal, Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində “BakuMart”ın yanında olan terminalları göstərmək olar. 5 aprel tarixinə artıq 1 146 terminalımızda yeni pulların tanıtdırılması prosesi başa çatdırılıb”.

“E-manat” ödəniş sisteminin qaynar xəttindən bildirilib ki, sistemə aid terminalların heç biri hələlik yeni əskinazları qəbul etmir:

“Hələ ki, heç bir aparatımızda yeni pullar qəbul edilmir. Çünki yeni pulların qəbul edilməsi ilə bağlı proqram təminatı terminallara yazılmayıb. Hazırda müəyyən texniki işlər aparılır. Amma terminallarda yeni əsginasların nə vaxt qəbul ediləcəyi ilə bağlı dəqiq məlumat verə bilmərik. Yaxın zamanlarda proqram təminatı terminallara yazılacaq və məsələ öz həllini tapacaq”.

“Expresspay” ödəniş sistemi ilə bağlı “Express Bank”dan məlumat verilib ki, bütün terminallarda yeni əskinazların qəbul edilməsi mümkündür:

“Artıq sistemə yeni pul nişanlarının təsvirləri vurulub. Təqribən bir aya yaxındır ki, bütün terminallarımız yeni buraxılan pulları qəbul edə bilir”.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Yenilənmiş pul nişanları hazırda tədavüldə olan müvafiq nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz şəkildə istifadə edilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar

posted in: Xəbər | 0

Kommersiya hüquqi şəxslərİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə hüquq/konsantinq şirkətləri ilə “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda vebinar formatında görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin təhlili şöbəsinin rəisi Hüsniyyə Abdullayeva görüş iştirakçılarına kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron sistemin yeni imkanları barədə ətraflı məlumat verib. O, həmçinin, elektron imza olmadan mobil nömrə və FİN kodla yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin onlayn dövlət qeydiyyatı prosesi haqqında danışıb.

Daha sonra FİN kod və mobil nömrə ilə qeydiyyat prosesini təsvir edən “Uğurlu biznes asan qeydiyyat prosesindən başlayır” adlı video-çarx nümayiş etdirilib.

Tədbirin sonunda görüş iştirakçılarının kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində islahatlara dair sualları cavablandırılıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əsas vəsaitlərin sənədləşdirilmədən alınmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?

posted in: sual-cavab, Xəbər | 0

maliyyə sanksiyasıSual: Vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?

Cavab: Bildiririk ki, vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 58-ci maddəsi ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

May ayının qeyri-iş günləri açıqlanıb

posted in: Xəbər | 0

May ayının qeyri-iş günləri açıqlanıb

Qeyri-iş günləri qeyri-iş günlərinin sayı

Azərbaycanda may ayında qeyri-iş günlərinin sayı açıqlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.

9 may bazar günü olduğundan mayın 10-u, Respublika günü münasibəti ilə mayın 28-i rəsmi bayram günləri elan edilib.

Belə ki, may ayında 4 gün qeyri-iş günü elan edilib.

Mənbə: banker.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 856 857 858 859 860 861 862 2. 398