Sual: Müəssisə işçinin kirayə haqlarını birbaşa kirayə verənin bank hesabına nağdsız qaydada ödəyir. Bu məbləğə sosial sığorta haqqı hesablanmalıdırmı?
Cavab: Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə sosial sığorta haqları hesablanılr. İşəgötürən tərəfindən işçinin kirayə haqlarının üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunmuş gəlir məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlərə aid edilmir və sosial sığorta haqqına cəlb edilmir.
Əlavə olaraq nəzərə alınmalıdır ki, işçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda isə həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.
Yuxarıda qeyd olunanlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi ilə tənzimlənir.
Mənbə: taxes.gov.az
Bax:
-
Ödəmə onlayn olarsa malın çatdırılması zamanı NKA çeki də verilməlidir?
-
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
-
Qeyri-rezidentə göstərilən marketinq xidmətləri ƏDV-yə 0 (sıfır) faizlə cəlb edilməlidir?
-
İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?
-
İcarə müqaviləsi notarial qaydada təsdiqlənməsə obyekt kodu almaq mümkündür?