Mühasibləri xoşbəxt edən nədir?

posted in: Xəbər | 0

Aktiv vergi ödəyiciləri“Etibarlı mühasib” kitabını yazdığım vaxtlarda, bəzən məndə ilham və əks əlaqə, yəni, rəylər çatışmırdı. İşi belə görəndə, sosial şəbəkələrdə bizim səhifələrdən olan mühasiblərdən onları xoşbəxt edən şeylər barədə fikirlərini bizimlə bölüşməyi xahiş etdik.

  1. Yekun hesabatda bütün məlumatlar qəşəng və düzgün əks olunduqda, hədsiz xoşbəxtlik hiss edirəm. Bu isə ilkin sənədlərin düzgün aparılmasından asılı olur… Bu, məhz mühasibatlığa aid olan bir şeydir. Dəqiqlik xoşuma gəlir. Bu, biliklərin və mühasibatlığın, proqramların və qanunvericiliyin və digər hər şeyin göstəricisidir…. Mühasibat uçotu həmçinin musiqi ilə də, məhz, “Mənim sevimli və zərif Heyvanım” filmindən Yevgeniy Doqun valsı ilə assosiasiya olunur. Artan gərginlik, azart və…. yekun akkordlar.
  2. İlkin sənədlər “bulmacanı” xatırladır. Üst-üstə düşməli olan bir çox xırdalıqları nəzərə almaq lazım gəlir! Sonda isə “bulmacanın” bütün sözləri düzgün gəlir)). Bu çox maraqlıdır.
  3. Mühasib – əla peşədir. Həmişə hər şeyi bilirsən, istənilən sövdələşməni hesablaya bilirslən. Bu, rəqəmlərin əsl simfoniyasıdır!
  4. Baş mühasib kimi çalışdığınız zaman işləri bölüşdürməyi öyrənməlisiniz və bunu edə bilsəniz, hər şey yaxşı olacaq.
  5. Baş mühasib – bu adamlarla iş üzrə menecerdir. O, sanki bir dirijor və ya məşqçidir.
  6. Həmişə düşünməli olursan, ən çox xoşuma bu gəlir. Təhlili çox sevirəm – o, beyin üçün özünəməxsus bir fitnesdir.
  7. Bu peşə məni çox təşkilatlandırıb, planlaşdırmanı ortaya çıxarıb, cəsarətləndirib və oxumağa-oxumağa-bir daha oxumağa sövq edib!
  8. Konfrans forumlarına (məsələn, Balans Klubu) getməyi sevirəm. Bunun sadəcə vurğunuyam)). Bu məni xoşbəxt edir). Bəli. Həmçinin orada xoş bir simbioz – mühasibatlıq-səyahət-əyləncə-həmkarlar ilə ünsiyyət və daha nələr… nələr. Bunlar isə insanı çox ruhlandırır.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İl ərzində əmək məzuniyyətinin mütləq istifadə olunması təklif edilir

posted in: Xəbər | 0

əmək məzuniyyətinin mütləq istifadə olunması əmək məzuniyyəti“İl ərzində əmək məzuniyyətinin mütləq istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb. Bu sahədə müəyyən tələblərin nəzərə alınmasını istəyirik”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işçi bəzən bilərəkdən məzuniyyətini istifadə etmir: “Bunda sonda müəyyən şəkildə kompensasiya almaq məqsədi güdülür. Lakin bu düzgün yanaşma deyil. İşəgötürənlərə tövsiyə edirik ki, qabaqcadan işçilərlə razılaşdırılmış şəkildə məzuniyyət qrafiki təsdiq etsin. Məcəllədə qrafikin tərtib olunması nəzərdə tutulub, lakin imperativ norma olmadığından tərtib olunmaya da bilər. Qrafik tərtib olunsa, işəgötürən işçinin qarşısında tələb qoya bilər ki, məzuniyyət hüququndan istifadə etsin. İllərlə məzuniyyətdən istifadə olunmaması gələcəkdə işəgötürənlər üçün arzuolunan deyil. Bu əməyin mühafizəsi qaydalarının pozulmasına gətirib çıxara bilər”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyaya hansı ölkələr daha çox borclu qalıblar?

posted in: Xəbər | 0

RusiyaÜmumdünya bankı ilk dəfə Ruiyaya borclu olan ölkələrlə bağlı məlumatları açıqlayıb. Rusiya inkişaf etməkdə olan ölkələrin ən böyük suveren kreditorları sırasında beşinci yerdədir. Birinci yerdə – Çindir, bu dövlətə digər ölkələr 149 milyard dollar borcludurlar. İkinci yerdə Yaponiyadır (107,1 milyard dollar), üçüncü yerdə 28,3 milyard dollarla Almaniya, dördüncü yerdə isə 27,3 milyon dollarla Fransa qərarlaşıb.

2019-cu ilin sonuna olan məlumata görə, RF-ə inkişaf etməkdə olan 30 ölkə ikitərəfli borclar üzrə 22,9 milyard dollar həcmində borcludurlar (bu, dövlətlərin borclarıdır və həmçinin hüquqi şəxslərin dövlətlər tərəfindən təmin edilmiş borclarıdır).

Rusiya qarşısında borc həcminə görə birinci yeri Belarus tutur –  8,1 milyard dollar. Bunlar 2019-cu il üçün olan məlumatlardır, burada Moskva və Minskin keçən payızda razılaşdıqları daha 1,5 milyard dollar nəzərə alınmayıb. Və bu yaxınlarda Rusiya Federasiyası ilə Belarusiya arasında 3 milyard dollarlıq yeni kredit üzrə danışıqlardan bəhs olunduğu barədə məlumatlar yayılmışdı.

Venesuela, Vyetnam, Hindistan, Banqldeş və Yəmən Rusiyaya 1 milyard dollardan çox borcludurlar.

Afrika ölkələrinin (Zambiya, Efiopiya, Mozambik, Madaqaskar, Sudan, Tanzaniya, Somali) Rusiya Federasiyası qarşısında ümumi borcunu Dünya bankı 973 milyon dollar qiymətləndirir. Kreditlərin böyük hissəsi hələ sovetlər dövründə ayrılıb. Bu zaman Misirin 495,5 milyon dollarlıq borcu ayrıca qeyd olunub.

Amerika təbii sərvətlərin idarə edilməsi İnstitutunun (NGRİ) iqtisadçısı Devid Mixalının RBK-yə verdiyi məlumata görə, borclar üzrə məlumat inkişaf etməkdə olan ölkələrin Maliyyə Nazirliyinin Dünya bankına verdiyi hesabatlardan irəli gələrək tərtib edilib. İqtisadçı qeyd edib ki, bütün borcların, təxminən, 5%-i kreditor ölkələr üzrə bölünməyib, Rusiya Federasiyasının borcluları siyahısında isə İraq və Kuba yoxdur, həmin dövlətlərin 2018-ci ilin sonuna olan borcları isə mətbuata görə, 4 milyard dollar təşkil edə bilər.

Rusiya Federasiyasının Maliyyə Nazirliyinin məlumatına görə, 1 oktyabr 2020 il tarixinə, dövlət və hüquqi şəxslər Rusiyaya 39,6 milyard dollar (avroistiqrazların  noyabr prospektinin məlumatları) borcludurlar. Belə çıxır ki, Dünya bankının inkişaf etməkdə olan ölkələrin Rusiya qarşısında borcları barədə məlumatları bu borcun yarısından bir qədər çoxunu əhatə edir.

Federal xəzinədarlığın məlumatlarına görə, ötən il Rusiya digər dövlətlərə 211 milyard rubl (2 milyrd 790 milyon ABŞ dolları) kredit verib. Bu il üçün 355 milyard rubl (4 milyard 690 milyon dollar) dəyərində maliyyə və ixrac hökumət kreditləri verilməsi planlaşdırılır.

Dünyanın ən varlı adamının şirkəti qalmaqal mərkəzinə düşüb

posted in: Xəbər | 0

Ceff Bezos Dünyanın ən varlı adamıDünyanın ən varlı adamı Ceff Bezosun Amazon şirkəti qalmaqal mərkəzinə düşüb, belə ki, rəhbərliyi tənqid etdiklərinə və iqlimlə bağlı gündəmdə olan məsələləri qabartdıqlarına görə,  şirkət iki əməkdaşını qanunsuz olaraq işdən çıxarıb, bu haqda New York Times qəzeti məlumat verib.

Əməkdaşlardan Emili Kanniqem və Maren Kosta şirkəti iqlimə mənfi təsirlərini aşağı salmağa çağırıblar, həmçinin şirkətdəki pis əmək şəraitindən də söz açıblar. “Biz həmin əməkdaşları pis əmək şəraitindən və təhlükəsizlikdən açıq şəkildə söz açdıqlarına görə deyil, dəfələrlə şirkətin daxili siyasətini pozduqlarına görə işdən çıxarmışıq”, – Amazon şirkətinin nümayəndəsi belə bəyan edib.

Amazon şirkətində bir saatlıq işə görə verilən 15 dollarlıq ödəniş dərəcəsi federal minimumdan iki dəfə çox olsa da, iş şərtləri daim hamının yüksək diqqət mərkəzindədir. Məsələn, həmkarlar ittifaqları işçilərin hədsiz təzyiq altında olduğunu bəyan ediblər. İndi əmək münasibətləri üzrə Milli şura, Amazon şirkətinin ədalətsiz əmək praktikasından şübhələnir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 853 854 855 856 857 858 859 2. 398