Vahid büdcə təsnifatı ilə bağlı qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid büdcə təsnifatı ilə bağlı qərarda kiçik dəyişiklik edilib

Ailə kəndli təsərrüfatının uçotu Ailə kəndli təsərrüfatı

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə
1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 dekabr tarixli 485 nömrəli və 14 dekabr tarixli 494 nömrəli, 2021-ci il 16 fevral tarixli 38 nömrəli və 5 mart tarixli 59 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın 272560-cı maddəsinə “1990-cı
ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

2.1. “272500. “Təqaüdlər” paraqrafına “1990-cı ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin;

2.2. “272560. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə hər iki halda “1990-cı ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 mart 2021-ci il
№ 81

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin əməkhaqqının ödənilməsi ilə bağlı əməliyyatlar

posted in: Xəbər | 0

İşçilərin əməkhaqqının ödənilməsi ilə bağlı əməliyyatlar

əməkhaqqının ödənilməsi

Təcrübədə işçilərin əməkhaqqının ödənilməsi əməliyyatları ilə bağlı bir sıra sualların aydınlaşdırılmasına ehtiyac yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Misal: Kiçik sahibkarlıq subyekti olan “AA” MMC işçilərinin bir hissəsinə əməkhaqqı kartları sifariş verib və ödəməli olduğu 5.000 manat əməkhaqqını həmin kartlara köçürüb. İşçilərin qalan hissəsinə kartlar sifariş verilməyib və 3.000 manat əməkhaqqı həmin işçilərin banklardakı şəxsi hesablarına köçürülüb. Son vaxtlar işə qəbul edilən işçilərə isə hələ kartlar sifariş verilməyib və onların 1.500 manat əməkhaqqı nağd formada verilib.

Bundan əlavə, “AA” MMC-nin regionlarda da obyektləri var. Oradakı işçilərə də əməkhaqqı ödənilməlidir.

Burada suallar yaranır:

– “AA” MMC tərəfindən əməkhaqqının yuxarıda göstərilən qaydada ödənilməsi qanun pozuntusu hesab olunurmu?

– Regionlardakı işçilərin əməkhaqqı harada və necə ödənilməlidir?

Bu suallara cavab tapmaq üçün Əmək Məcəlləsinin 174-cü maddəsinə baxmalıyıq.

Maddə 174. Əməkhaqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əməkhaqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əməkhaqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

Burada aydın göstərilib ki, əməkhaqqı işin işçi tərəfindən icra edildiyi yerdə ödənilməlidir. Yəni “AA” MMC regionda olan işçilərin əməkhaqqını iş yerində, regionda ödəməlidir. Əməkhaqqı işçinin öz istəyi ilə onun bank hesabına köçürülə, yaxud işçinin ərizəsində, məktubunda göstərdiyi ünvana göndərilə bilər.

Əməkhaqqı nağd formada verilməli olduqda regiondakı iş yerində verilməli, nağdsız formada verilməli olduqda isə əməliyyat nağdsız aparıldığından bank hesabına köçürülməlidir.

“AA” MMC 5.000 manatı tam qaydalara uyğun ödəyib: əməkhaqqını nağdsız qaydada, işçilərin kart hesabına köçürüb.

3.000 manatın işçilərin bank hesabına ödənildiyinə gələdikdə isə, Əmək Məcəlləsinin 174-cü maddəsində işçinin əməkhaqqının öz istəyi ilə nağdsız formada bank hesabına ödənilməsi qaydası göstərilib. Həmin qaydalara əsasən, 3.000 manat da qaydalara uyğun ödənilib.

Bəs 1.500 manatın nağd ödənilməsi düzgündürmü?

Misalımızda bildirilib ki, “AA” MMC kiçik sahibkarlıq subyektidir. Burada kiçik sahibkarlıq subyektləri üçün müəyyənləşdirilmiş meyarlar nəzərə alınmalıdır. Bundan əlavə, elə hallar ola bilər ki, müəssisə dövriyyəsinə görə deyil, işçilərin sayına görə kiçik sahibkarlıq subyekti hesab edilsin.

Ona görə də yuxarıda göstərilən halda “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.4.-cü maddəsinə istinad olunmalıdır. Həmin maddəyə əsasən, müəssisə bir sıra hallarda işçilərin əməkhaqqını nağd formada verə bilər.

Odur ki, 1.500 manat məbləğində əməkhaqqının nağd ödənilməsi halı ilə bağlı vergi ödəyiciləri “Nağdsız hesablaşmalar haqqında” Qanunun göstərilən maddəsinə uyğun olaraq özləri konkretləşdirməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərsu” auditor seçib

posted in: Xəbər | 0

“Azərsu” auditor seçib

Auditor

“Azərsu” ASC 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “RSM Azerbaijan” MMC-dir.

Qalib şirkətə 154,6 min manat ödəniləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İsveçrə bankı əməkdaşlarına 20 min dollar pul paylayacaq

posted in: Xəbər | 0

İsveçrə bankıİsveçrənin Credit Suisse bankı öz təhlilçilərinə və məsləhətçilərinə 20 min dollar pul paylayacaq. Beləliklə, təşkilat işçilərini əməliyyatların görünməmiş yüksək həcmi ilə işləmək üçün təşviq etmək istəyir, CNBC belə yazıb.

Bankdan bu bonusları “birdəfəlik pul müavinətləri” adlandırıblar. Digər əməkdaşlar da maaşlarının artırılacağını gözləyə bilərlər, nəşrin mənbələri belə söyləyiblər. İlin əvvəlindən Credit Suisse bankı sövdələşmələr üzrə ümumi məbləği 112,5 milyard dollar təşkil edən məsləhətlər verib. İndi bank təşkilatın bazar payını artırmaqda kömək edən əməkdaşların səylərini mükafatlandırmaq istəyir.

Bundan öncə isə pandemiyanın lap əvvəlində ABŞ-ın Goldman Sachs bankına işə düzələn analitiklər, “qeyri-insani” iş şəraitindən şikayətlənirdilər. Onlar həftədə orta hesabla 95 saat, yəni, hər gün istirahət etmədən təxminən 14 saat işləməli olurlar. Analitiklər gün ərzində beş saat yatırlar, gecə saat üçdən tez yatağa uzanmırlar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 851 852 853 854 855 856 857 2. 386