Avro barədə maraqlı faktlar (1-ci hissə)

posted in: Xəbər | 0

 

Avro barədə maraqlı faktlar (1-ci hissə)

Avro

Avronun tətbiqi Avropanın ən uzunömürlü valyutası  – hələ Qədim Yunanıstan ilə əlaqəli olan yunan draxmının “məhvinə” səbəb olub.

Valyuta üçün ad 1995-ci ildə İspaniyada düşünülərək, tapılıb, avro dövriyyəyə isə 1999-cu ildə buraxılıb. Başlanğıcda yalnız nağdsız ödənişlər üçün, 2002-ci il yanvar ayının 1-də isə həm də nağd pullar ortaya çıxdı ki, bu da sözügedən pulları dünyanın ən gənc valyutası edir.

İtalyanlar yeni pul kisələri almalı oldular, belə ki, avro banknotlarının ölçüsü italyan lirəsindən daha böyük idi. Avro gözdən əlillər və zəif görən adamlar üçün də çox rahatdır: banknotlar müxtəlif ölçülərdə və nominalın müxtəlif relyefli təsvirinə malikdir.

Dollardan fərqli olaraq, avro müxtəlif rəngli əskinaslardan ibarətdir, lakin bir rəng də vardır ki, – mixəyi – ondan istifadə olunmur. Bunun rəsmi izahı isə yoxdur.

Avropolda hesablayıblar ki, standart atteşe-keysə (diplomat adlandırılan əl çantası) 7,4 milyon nağd pul yerləşir. Məlum olduğu kimi, sözügedən keysə cəmi bir milyon avro sığır.

Bəlkə də, avro dünyada yeganə valyutadır ki, onun rəsmi olaraq “0” nominalı da var. Belə banknotlar Avropa mərkəzi bankı (AMB) tərəfindən 2015-ci ildə tam leqal şəkildə bütün qaydalara uyğun olaraq buraxılır, baxmayaraq ki, sıfır avro – bütün hallarda 2,5 avro orta qiymətində suvenirdir. Ən böyük nominal – 500 avrodur, lakin, həmin banknotu bir sıra ölkələrdə korrupsiya ilə mübarizə ilə bağlı sizdən qəbul etməyə bilərlər. Hesab olunur ki, rüşvət məhz, bu cür əskinaslarla verilir. 2018-ci ilin sonlarından AMB 500 avroluq banknotun buraxılışını dayandırıb, amma, dövriyyədən çıxarmayıb. Bundan əlavə, avrozonanın özü də yekcins deyil, çünki avro hələ tam şəkildə bu zonaya daxil olan bütün ölkələr tərəfindən ödəniş vasitəsi kimi qəbul olunmayıb. Avropa ittifaqının doqquz ölkəsinin öz milli valyatası var. Məsələn, Polşada – döviyyədə zlotıdır. Əvəzində avro ilə Aİ-nə daxil olmayan bu ölkələrdə ödəniş etmək mümkündür: Monako, Andorra, Vatikan, San-Marino, Çernoqoriya və Kosovo.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Online kart sifariş edilməsinə imkan yaradılıb

posted in: Xəbər | 0

Zakir Nuriyev: “Online kart sifariş edilməsinə imkan yaradılıb”

online kartAzərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan “Bank-Market Platforması” istifadəçilərə gücləndirilmiş elektron imzadan istifadə edərək sistemə qoşulmuş müxtəlif banklarda fərqli bank hesablarının açılamasına və ödəniş kartlarının sifariş edilməsinə imkan verir.

Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiyasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və “Bank-Market Platforması”nın qarşılıqlı inteqrasiayası beynəlxalq təcrübədə rast gəlinən son trendlərdən biridir: “Belə ki, platformalaşma və müxtəlif platformalar arasında əlaqələrin dərinləşdirilməsi rəqəmsal transformasiyanın üstünlüklərini effektiv yararlanmağa və vahid pəncərə prinsipləri əsasında eyni platforma üzərindən elektron xidmətlərdən istifadə etməyə imkan verir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rəqəmsal tipli iqtisadiyyatın mahiyyəti (2-ci hissə)

posted in: Xəbər | 0

Rəqəmsal tipli iqtisadiyyatın mahiyyəti (2-ci hissə)iqtisadiyyat

İnformasiya cəmiyyətinin rəqəmsal iqtisadiyyatının inkişafı tendensiyaları və problemləri

1960-cı illərdə dünyanı bürümüş və bu günə qədər də davam edən rəqəmsal inqilab, rəqəmsal iqtisadiyyata keçidin və informasiya cəmiyyətinin formalaşmasının bünövrəsinə çevrilib.

Birinci mərhələdə, rəqəmsal inqilabın ortaya çıxmasının başlanğıcında, texnologiyaların və iş proseslərinin avtomatlaşdırılmasına keçid baş verdi. Sonra isə demək olar ki, sonsuz imkanlar açan İnternet yaradıldı. Mobil rabitə peyda oldu. İnternetin bütün dünya üzrə yayılması sosial şəbəkələrin və messencerlərin inkişafına kömək etdi.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Nəticədə rəqəmsal texnologiyaların yayılması təkcə iqtisadi prosesləri deyil, cəmiyyətin həyat tərzini də dəyişdirə bildi. Bu gün, o, daha çox məlumat xüsusiyyətləri əldə edib.

İnformasiya cəmiyyətinin inkişafı rəqəmsal tipli iqtisadiyyatın qurulması və ümumi robotlaşma ilə sıx bağlıdır. Onun əsasını İKT-dən istifadə təşkil edir. Cəmiyyət üçün irəli sürülən və onu xarakterizə edən əsas tələblər aşağıdakılardır:

  • əməyin xarakterinin dəyişilməsi (intellektual, yaradıcı əməyin rolunun artırılması);
  • məşğulluğun xarakterinin dəyişilməsi (müasir İKT-lər vasitəsilə məsafədən çalışma;)
  • təhsil səviyyəsinə və peşə ixtisasına olan ümumi tələblərin artırılması.

Bu gün bilik və məlumatlar, onları təqdim etmək bacarığı, vaxtında emal etmək və onlardan istifadə etmək qabiliyyəti daha çox dəyərləndirilir. Əməyin öz xarakteri və əmək münasibətləri dəyişir. Biznes-proseslər daha çox onlayna keçirilir, özü də bu cəmiyyət həyatının bütün sahələrinə aiddir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərid Osmanov: “Qeyri-rezidentlər ölkəyə gəlmədən bank hesabları aça bilər”

posted in: Xəbər | 0

Vergi uçotu Vakansiya“Maliyyə xidmətləri üzrə rəqəmsallaşmanın genişləndirilməsi daha bir önəmli nüansın, məhz qeyri-rezidentlər üçün bank xidmətlərinin elektron şəkildə əldə olunması və nəticə etibarı ilə ölkədə əlverişli ekosistemin formalaşdırılması, investisiya qoyuluşlarının sürətinin artımı üçün müvafiq imkanlar yaradılmalıdır”.

Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib.

F.Osmanovun sözlərinə görə, qeyri-rezidentlər Azərbaycan banklarından da hesab aça bilər:

“Bu təcrübə ilk dəfə 2014-cü ildə mobil və elektron rezident layihəsi çərçivəsində Estoniyadan başlayıb. Bu tarixdən etibarən məhz 73 mindən çox qeyri-rezident Estoniyanın virtual rezidentinə çevrilib. Bu virtual rezidentlərin 20 %-i bu gün elektron bank xidmərlərinə çıxış əldə edib.

Təbii ki, Mərkəzi Bank olaraq bu istiqamətdə də davamlı olaraq işlər həyata keçirilir. Məhz cənab Prezidentimizin bəlli sərəncamı ilə 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə dövlət proqramı aktiv icra edilib. Həmin dövrdə tərəfimizdən infrastruktur layihələri realizə olunub və sözügedən platformaların yaradılması və təkmilləşdirilməsi işləri həyata keçirilib.

Həmçinin qeyri-rezidentlərin ölkəyə gəlmədən bank hesablarının açılması imkanları yaradılıb”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 850 851 852 853 854 855 856 2. 398