» » » Online kart sifariş edilməsinə imkan yaradılıb

Online kart sifariş edilməsinə imkan yaradılıb

posted in: Xəbər | 0
birbank biznes

Zakir Nuriyev: “Online kart sifariş edilməsinə imkan yaradılıb”

online kartAzərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan “Bank-Market Platforması” istifadəçilərə gücləndirilmiş elektron imzadan istifadə edərək sistemə qoşulmuş müxtəlif banklarda fərqli bank hesablarının açılamasına və ödəniş kartlarının sifariş edilməsinə imkan verir.

Bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiyasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və “Bank-Market Platforması”nın qarşılıqlı inteqrasiayası beynəlxalq təcrübədə rast gəlinən son trendlərdən biridir: “Belə ki, platformalaşma və müxtəlif platformalar arasında əlaqələrin dərinləşdirilməsi rəqəmsal transformasiyanın üstünlüklərini effektiv yararlanmağa və vahid pəncərə prinsipləri əsasında eyni platforma üzərindən elektron xidmətlərdən istifadə etməyə imkan verir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun