» » » Avro barədə maraqlı faktlar (2-ci hissə)

Avro barədə maraqlı faktlar (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Avro barədə maraqlı faktlar (2-ci hissə)avro

Avro sikkələri (xırda pullar)

2 avro nominalında metal pul bir qədər baha qiymətədir. Çünki məhdud sayda buraxılır və vaxtaşırı kolleksiyaçılar tərəfindən dəyərləndirilir.

Amma, allergiyaya meyilli adamların avro sikkələrinə yaxın durmaması məsləhətdir – çünki isveçli və britaniyalı alimlərin müəyyən etdiyinə görə, mübadilə üçün nəzərdə tutulan səkkiz sikkədən üçündə nikelin faizi o qədər yüksəkdir ki, onlarla beş dəqiqəlik kontakt belə, nikel allergiyasına meylli olan şəxslərdə dərinin yanmasına gətirib çıxara bilər. Sözügedən allergiyadan inkişaf etmiş ölkələrdə qadınların 15%, kişilərin isə 2% əziyyət çəkir. Yeri gəlmişkən, İsveç və Böyük Britaniya ölkələrinin sakinləri isə bundan narahat olmaya bilərlər, çünki bu ölkələr avrozonaya daxil deyillər.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Avronun tətbiqi 350 min ton xırda pulların məhvini bir zərurət kimi ortaya çıxarmışdı. Artıq məsrəfdən yayınmaq (bu sikkələrin təkcə daşınmasından ötrü 5800 ədəd dəmiryolu vaqonu lazım gələrdi) və həmin xırda pulların kriminalların əlinə keçməməsi üçün, onları elə yerində məhv etmək barədə qərar qəbul edilmişdi. Bundan ötrü bir saat ərzində beş ton xırda pulu emal edə bilən  “Dekoyner” markalı on iki xüsusi maşından istifadə olunmuşdu. Əldə edilən lomdan isə avrosentlərin hazırlanmasında istifadə edilmişdi. Avrosentlər və avro sikkələri müxtəlif Avropa ölkələrində zərb edilir ki, onlar əks tərəfindəki təsvirlərlə fərqlənir, lakin istehsalçı ölkədən asılı olmayaraq bütün avrozonada qanuni ödəniş vasitəsidir. Hazırda dövriyyədə 50 milyard ədədə yaxın avrosikkə vardır ki, onların hazırlanmasına düz beş il vaxt sərf olunmuşdur.

Əgər bü sikkələrin hamısı bir-birinin üzərinə qoyulsaydı, onun hündürlüyü Londonun ən yüksək binası olan Keneri-Uorfun hündürlüyündən yarım milyon dəfə uca olardı, təkcə Fransada buraxılan sikkələrin çəkisi isə Eyfel qülləsinin çəkisindən üç dəfə çoxdur. Avropa ittifaqı ölkələrində avrosentlərə olan tələbat da fərqlidir. Belə ki, Finlandiyada beş sentlik, Avstriyada isə bir sentlik xırda pullardan daha çox istifadə olunur.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun