» » » Dünya qızıl bazarı (6-cı hissə)

Dünya qızıl bazarı (6-cı hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünya qızıl bazarı (6-cı hissə)qızıl bazarı

Normal şəraitdə əmtəənin qiymətinin aşağı düşməsi tələbatın (qızıl üçün – ilk növbədə zərgərlik sənayesində) artmasına səbəb olur ki, bu da qiymətlərin müvafiq artımına malik təklifin çatışmazlığından irəli gəlir. Lakin, Cənub-Şərqi Asiyada 1997-ci ilin maliyyə böhranı olduqca gözlənilməz oldu və qızıl bazarına əhəmiyyətli dərəcədə təsir göstərdi, qiymətləri aşağı səviyyədə saxladı. Bu vəziyyətdə qiymətlərin dəyişməsinə təsir edən əsas amillər-mərkəzi bankların səhmlərinin netto-satışı və investisiya qoyuluşu ikinci plana keçmişdi.

Son 10 il ərzində bir sıra Qərb ölkələrinin mərkəzi bankları nəhəng xalis qızıl satıcılarına çevriliblər. Dövlət ehtiyatlarından qismən qızıl satışları Niderland, Belçika, Avstriya, Kanada, Avstraliya, Böyük Britaniya, İsveçrə tərəfindən həyata keçirilmişdir. İsveçrə, sonra isə Avstraliya və Argentinanın ehtiyat metal satan ölkələrin sıralarına qoşulmaq barədə bəyanatları 1997-ci ildə onun qiymətinin düşməsini sürətləndirdi. İngilis xəzinədarlığının hərraclarda 415 ton qızıl satmaq planlarının dərc edilməsi 1999-cu ilin yayında London kotirovkalarının iflasa uğramasına səbəb oldu. Bu tendensiyanı dəyişməyə çalışan Avropanın 15 Mərkəzi Bankı (Böyük Britaniya, İsveçrə, İsveç, Avropa Mərkəzi Bankı (AMB) və Avrozonanın 11 ölkəsi) 26 sentyabr 1999-cu il tarixində razılığa gəldilər ki, sazişin iştirakçısı olan tərəflər növbəti beş il ərzində 400 tondan artıq olmayan razılaşdırılmış satışlardan başqa, satıcı kimi bazara qızıl çıxarmayacaqlar, həmin vaxtdan sonra isə razılaşmaya yenidən baxılacaq. Nəticədə artıq sentyabr ayının sonlarında bir troya unsiyası üçün qızılın qiymətində 300 dollar yüksəliş baş verdi.

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz

Lakin, qiymətlərin qalxması qısamüddətli oldu və 2000-ci ildə yenə də onların tədricən azalması müşahidə olunmağa başlandı. Burada bir neçə amilin təsiri üst-üstə düşdü. Birincisi, qeyd olunan satış rəqəmi – 400 ton – müqaviləyə qoşulmayan ölkələr tərəfindən qızıl satışı hesabına artırıla bilərdi. İkincisi, zərgərlik məmulatlarına, xüsusilə də Cənub-Şərqi Asiya ölkələrində tələbat əvvəlki templərlə artmamışdı. Elektron və elektrotexnika sənayesində qızıl istehlakı isə kifayət qədər sabit idi, qızılın qiymətinin dəyişməsi onun həcmlərinə təsir göstərmirdi.

Hazırda bazarda qızılın qiymətində baş verən artım, 11 sentyabr 2001-ci il tarixində yaşanan terror aktları nəticəsində Amerika fond bazarının iflasından sonra başlayıb. Həmin faciəvi hadislərdən bir gün əvvəl qızıln bir unsiyasının qiyməti 271 dollar idi, bir həftə sonra isə qiymət 293 dollara yüksəlmişdi. Həmin vaxtdan qızılın kotirovkası ümumilikdə durmadan artmaqdadır.

Tələbatın artmasının səbəbi həm də Yaxın və Orta Şərqdəki geopolitik vəziyyətin pisləşməsində və ABŞ-ın İraq böhranını mövcud metodlarla həll etmə qabiliyyətinə dair dünya biznesində artan şübhələrin olması ilə bağlıdır. Maliyyə bazarlarında ciddi beynəlxalq böhranlar dövründə kapital üçün ən etibarlı sığınacaq sayılan qızılın alınması tendensiyası xeyli güclənib. Qızılın bahalaşmasına Amerika valyutasının zəif mövqeləri də kömək edir. Qızıl hasilatçıları belə vəziyyətdən faydalanırlar, lakin zərgərlər bu metaldan hazırlanan zərgərlik məhsullarına tələbatın azalacağını gözləyirlər.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun