» » » Dünya qızıl bazarı (7-ci hissə)

Dünya qızıl bazarı (7-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünya qızıl bazarı (7-ci hissə)Qızıl bazarı

İqtisadiyyat və siyasətdə qlobal qeyri-sabitlik 2002-2003-cü illərin qışında qızıl bazarında qiymət artımını kulminasiya nöqtəsinə gətirib çıxardı: bir unsiya üçün qiymət 320 dollardan 385 dollara qədər sıçradı. Bu yüksəliş avronun ABŞ dollarına nisbətdə kəskin güclənməsindən sonra 2002-ci ilin dekabrında başladı. Həmçinin, 2003-cü ilin əvvəlində qızılın qiymətinin qısamüddətli korreksiyasının gözləntilərinin əksinə olaraq, onun daha da artması baş verdi. Qızıl bazarı, İraq və KXDR ətrafında baş verən hadisələrdən qaynaqlanan metal alışı üçün həyəcan və çılğın bir ruh halına büründü.

Qızılın yüksək qiyməti işlənmiş qızıl (lom) bazarında da  özünü göstərdi: onun həcmi 2002-ci il ərzində 14 faiz artdı və 778 tona çatdı. Buna ən böyük töhfəni Yaxın Şərq vermişdir. Əsas səbəb isə milli valyutaların aşağı dərəcəsi ilə əlaqədar idi. Belə ki, Misir 2001-ci ildə həyata keçirilən Misir funtunun devalvasiyası sayəsində qızıl lom satışını artırdı. Qızıllarını dollara satmaq və yerli valyutaya dəyişdirərək zəif milli valyutalarda böyük qazanc əldə etmək Yaxın Şərg bölgəsi üçün sərfəli olmuşdu. Rəsmi sektor tərəfindən təklif (mərkəzi banklar) son 4 ildə sabit qalmışdı: təxminən 480-550 ton qızıl. Daha yüksək satış səviyyəsi (549 ton) 2002-ci ildə qızılın artan qiyməti ilə ortaya çıxmışdı.

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz

Qızıl bazarında qiymət dinamikası xeyli dərəcədə ABŞ dollarının məzənnəsinin uzunmüddətli artımı ilə bağlı idi. Belə ki, ABŞ dolları1995-ci ilin ortalarından etibarən yüksəlməyə başladıqdan sonra, növbəti 4 ildə digər ölkələrin valyutalarına qarşı 20-40 və daha çox faiz artmışdı. Qızılın dünya qiyməti ABŞ dollarında qeydə alındığı üçün bu valyutanın məzənnəsinin yüksəlməsi, “dollar olmayan” iqtisadiyyata malik ölkələrin milli valyutasında metalın bahalaşmasına səbəb olurdu ki, bu da son nəticədə qızıla olan tələbatın azalmasına və onun satışının artmasına, tələbatın təklifi aşması isə bazar qiymətlərinin aşağı düşməsinə gətirib çıxarırdı. Müvafiq olaraq, ABŞ iqtisadiyyatının artım templərinin ləngiməsi, dolların məzənnəsinin zəifləməsi, NASDAQ fond bazarında azalma 2002-ci ildə qızılın qiymətinin artmasına səbəb oldu.

2001-ci ilin may ayından etibarən, qiymətlər çox vaxt  dalğalanmalar və geriləmələrlə qeyri-sabit xarakter alsa da, ümumiyyətlə, yuxarı trend müəyyən edilmişdi. Buna baxmayaraq, 2001-ci ilin orta qiyməti son 23 ildə ən aşağı qiymət olub – bir unsiya üçün 271 dollar.

Əvəzində analitiklərin “qızıl ili” adlandırdıqları bütün 2002-ci il kiçik tərəddüdlərlə artan dinamika ilə davam edib: London bazarında metalın orta aylıq qiyməti yanvar ayında 281,51 dollardan dekabr ayında 332,61 dollara (15,4%) qədər yüksəlmişdi. Orta illik qiymət 310 dollar təşkil edib ki, bu da 2001-ci il səviyyəsindən 14,4% yüksək idi.


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun