» » » Dünya qızıl bazarı (8-ci hissə)

Dünya qızıl bazarı (8-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünya qızıl bazarı (8-ci hissə)

Qızılın bu qədər bahalaşmasının fundamental səbəbləri amerikan iqtisadiyyatının zəifləməsi və ABŞ-da 11 sentyabr 2001-ci il terror aktlarından sonra dünyada  yaşanan siyasi qeyri-sabitlikdir. Dünyanın maliyyə və fond bazarlarında baş verən qarışıqlıq qızılın riskləri sığortalayan bir vasitə kimi dəyərinin yenidən qiymətləndirilməsinə səbəb oldu. Bir sıra şirkətlərin maliyyə vəziyyətinin pisləşməsi (“Enron”, “WoldCom” və s.şirkətlərin müflisləşməsi), korporasiya Qiymətli kağızlar bazarlarında ləng konyuktura investorları öz qızıl ehtiyatlarını artırmağa məcbur edirdi.

2005-2006-cı illərdə dünya bazarlarında qızılın qiymətində daha böyük artım baş verdi. Belə ki, 2006-cı ilin 1-ci rübündə qızılın kotirovkaları 24% yüksəlib, maksimal qiymət isə 12 may 2006-cı ildə qeydə alınıb – bir unsiya üçün 725 dollar, yəni, 2006-cı ilin əvvəlindən artım təxminən 40%-ə çatmışdı.

Dünya qızıl bazarı (7-ci hissə)

2012-ci ildə qızıl qiymətləri ən yüksək həddə çatıb – il ərzində orta hesabla bir unsiya üçün 1,684 dollara, bu da ilk növbədə investorların metala olan yüksək tələbi ilə əlaqələndirilib. 2013-cü ildə qızıl qiymətləri bir qədər azaldı, amma, yenə də yüksək səviyyə olaraq qalmaqda idi – bir unsiya üçün təxminən 1500 dollar. 2015-ci ildə qızıln bir unsiya üçün orta qiyməti 1160 dollar təşkil etmişdi. 2016-cı ildə isə həmin qiymət 1300 dollara yüksəlmişdi. Sonrakı illərdə, xüsusilə də koronovirus pandemiyası fonunda başlanan ümumdünya iqtisadi böhranı qızılın qiymətini daha da yüksəltdi.

Göründüyü kimi, baxmayaraq ki, formal olaraq sarı metal otuz ildən artıqdır ki, pul ilə sinonim deyil, qızıl yenə də aparıcı maliyyə alətlərindən biri kimi öz mövqeyini əldən vermək niyyətində deyil: 1971-ci ildə qızıl standartının ləğvindən sonra heç bir valyuta qızıl qiyməti ilə bağlı deyil və dövlətlər arasında hesablaşmalar külçələrin bir anbardan digərinə fiziki köçürülməsindən daha müasir formada həyata keçirilir. Lakin, dövlətlərin qızıl ehtiyatı onun gücündə mühüm amil olaraq qalır. Bu, iqtisadi qeyri-sabitlik dövründə xüsusilə nəzərə çarpır: hətta qaçılmaz olan elə də dərin olmayan böhran belə, qızıl qiymətlərinin artmasına səbəb olur. Bundan başqa, nəzərə alsaq ki, qızıl istehsalının həcmi aşağı düşür, nəcib metala tələbat isə əksinə artmalıdır (təkcə maliyyə institutları tərəfindən deyil, aviasiya, kosmik, zərgərlik sənayesi, həmçinin tibb tərəfindən), qızıl hasilatın hələ də sərfəli və sosial əhəmiyyətli biznes olduğu qənaətinə gəlmək çox asandır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun