Vergi inzibatçılığı rəqəmsal vergi idarəetməsinə transformasiya ediləcək

posted in: Xəbər | 0

Kommersiya hüquqi şəxslərİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Rəqəmsal Transformasiya Şurası vergi idarəetməsində rəqəmsal yanaşmanı daha da genişləndirəcək. Şuranın yaradılması zərurəti də məhz vergi idarəetməsində tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi, bu məqsədlə mövcud olan resurslardan maksimum dərəcədə səmərəli istifadə edilməsi ehtiyacından irəli gəlir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, bu sözləri Vergi Xidməti rəisinin müşaviri Sərxan Həşimov deyib. Onun sözlərinə görə, hazırda qarşılarında duran əsas hədəf mövcud olan və kifayət qədər uğurla fəaliyyət göstərən elektron vergi inzibatçılığını rəqəmsal vergi idarəetməsinə transformasiya etməkdir.
S.Həşimov şuranın yaradılmasının məqsədi və onun əsas fəaliyyət prinsipləri barədə danışarkən əlavə edib ki, əsas məqsədlərdən biri vergi idarəetməsini sürətlə rəqəmsallaşdıraraq onun iştirakçıları, xüsusilə də vergi ödəyiciləri üçün vergi inzibatçılığı ilə qarşılıqlı münasibət zamanı rahatlıqlarının və yüksək effektivliyin təmin edilməsidir: “Bu məqsədlə Dövlət Vergi Xidmətinin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyasının, vahid standartların hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur”.
O əlavə edib ki, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sistemi yaradılacaq. Rəqəmsal layihələrin həyata keçirilməsi zamanı fəaliyyətimizdə effektivlik, standartlaşma, təhlükəsizlik və fasiləsizlik prinsipləri əsas götürüləcək.
Qeyd edilib ki, Rəqəmsal Transformasiya Şurasının qarşısında duran əsas hədəflərdən biri də AVIS markası ilə tanınan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin müasir və hətta gələcək tələblərə uyğun olaraq yenilənməsi üzrə işlərin koordinasiyasıdır. Bu işlərə artıq başlanılıb, hazırda isə şura tərəfindən prioritetlərin müəyyən edilməsi və müxtəlif maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron portalının yenilənməsi və mobil tətbiqinin yaradılması istiqamətində işlərə də start verilib. Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır.
S.Həşimov deyib ki, burada söhbət yalnız vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsindən getmir, halbuki bu da önəmli məqsədlərdən biridir: “Bu yanaşmanın həyata keçirilməsi, həm də vergiödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqdır”.
Qeyd edək ki, Rəqəmsal Transformasiya Şurasının yaradılmasına Dövlət Vergi Xidmətinin rəisinin əmri ilə 2021-ci ilin yanvarında qərar verilib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə lizinqi əməliyyatlarında faizlərdən verginin tutulması

posted in: Xəbər | 0

Maliyyə lizinqiMaliyyə lizinqindən vergilərin ödənilməsi zamanı vergi ödəyiciləri müəyyən suallarla qarşılaşırlar. Mövzuya sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 123.1-ci maddəsində göstərilir ki, rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

123.1-ci maddənin şərti, ilk baxışda sadə görünür. Diqqətlə yanaşdıqda isə maddədə maliyyə lizinqi ilə bağlı əməliyyatların iki hissəyə bölündüyünü görürük.

Maddənin birinci hissəsinə əsasən “…maliyyə lizinqini həyata keçirən rezident şəxslərə… maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə… ödənilən faizlər istisna olmaqla…”

Eyni maddənin ikinci hissəsində isə yazılmışdır: “…maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən…10 faiz dərəcə ilə vergi tutulur”.

Misal 1: Tutaq ki, “AA” MMC rezident hüquqi şəxsdir və maliyyə lizinqi ilə məşğul olur. Rezident, lizinq alan MMC-yə 10.000 manat faiz ödəyir. Bu halda, Vergi Məcəlləsinin 123-cü maddəsinin birinci və ikinci hissələrinə görə rezidentə ödənilən 10.000 manatdan 10 faiz vergi tutulmayacaq.

Misal 2: Azərbaycan Respublikasında “SS” LTD-nin daimi nümayəndəliyi fəaliyyət göstərir və maliyyə lizinqi ilə məşğul olur. Ona da rezindent lizinq əməliyyatı çərçivəsində 5000 manat faiz ödəyir. Bu halda da “SS” LTD-nin nümayəndəliyinə ödənilən 5000 manandan vergi tutulmayacaq.

Misal 3: “VV” LTD qeyri-rezidentdir və Azərbaycan Respublikasında daimi mümayəndəyi yoxdur. Lizinq əməliyyatı çərçivəsində rezident ona 3000 dollar faiz ödəyir. Bu halda, “VV” LTD-yə rezident tərəfindən ödənilən 3000 dollardan 10 faiz, yəni 300 dollar vergi tutulacaq və qalan 2700 dollar ona ödəniləcək.

Çünki Vergi Məcəlləsinin 123-cü maddənin ikinci hissəsinin müddəalarına görə, ümumilikdə maliyyə lizinqinə görə ödənilən faizlərdən 10 faiz vergi tutulmalıdır. Burada qeyri-rezidentə ödənilən faizlərə görə vergidən azad olunma nəzərdə tutulmayıb.

Odur ki, qeyri-rezidentə ödənilən maliyyə lizinqinə görə faizlərdən 10 faiz vergi tutulmalıdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli (6-cı hissə)

posted in: Xəbər | 0

StartapGəlirli startapı necə təsis etməli (6-cı hissə)

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Bazarın həcmi barədə təsəvvür əldə etmək istəyirsinizmi? Bu hərəkətləri yerinə yetirin:

  • Bazar haqqında KİV-lərin xülasəsini əldə edin. Gartner və ya IBIS kimi nüfuzlu bazar araşdırmaları agentliklərinin araşdırmalarının nəticələri olan məqalələri tapmağa çalışın.
  • Bazarın təxmi həcmini yazın, zəruri olduğu halda statistik məlumatları və rəqəmləri toplayın (Google-dən istifadə etmək olar).
  • Google Trends, Google Keyword Planner və Facebook Advertiser Tools daxil olmaqla müasir analitik vasitələrdən istifadə edərək, reytinqinizə dair əlavə dəlillər toplayın. Bu tətbiqlərdən istifadə edərək, təklif olunan həll üçün tələb səviyyəsini müəyyən edə bilərsiniz.

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz

Konkret olaraq öz bazarınızın ölçüsünü düzgün hesablamaq üçün statistikanı lazımsız şəkildə ümumiləşdirməməyinizdən əmin olun. Məsələn, əgər siz qadın geyimləri satışı ilə məşğul olan onlayn-mağazanı işə salırsınızsa və Rusiyada 80 milyon qadın yaşayırsa, anlamaq lazımdır ki, bazarın ölçüsü bu rəqəmə bərabər olmayacaq. İnternetdə nə qədər qadının (sizə lazım olan yaş kateqoriyasından olan) alış-veriş etdiyini, təklif etdiyiniz üslublarla maraqlandığını və s. müəyyən edin. Hədəf auditoriyanızın üstünlüklərini və vərdişlərini hərtərəfli başa düşün.

Startap üçün konkret bazar hesablamalarının başqa bir nümunəsi
  • Tutaq ki, gələcək treyderlər üçün ticarət alqoritmlərini proqramlaşdırmağa imkan verən bir vasitə hazırlayırsınız.
  • Bazarda 10 milyon treyder işləyir, lakin, biz indicə yuxarıda gördüyümüz kimi, onların sayı bütün bazarı əks etdirmir. Tədqiqat apardıqdan sonra, sizə məlum olur ki,10 milyondan yalnız 2,5 milyonu aktiv treyderlərdir və qalan 7,5 milyonu ayda bir sövdələşmədən daha az əməliyyat həyata keçirir.
  • Beləliklə, sizin 2,5 milyon potensial müştəriniz var. Əlavə tədqiqatlar göstərir ki, onlardan yalnız 1 milyonu məhsulunuzdan istifadə etmək üçün kifayət qədər proqramlaşdırma bacarıqlarına malikdir. Aydındır ki, bu rəqəmi əldə etmək üçün, məsələn, Google sorğu formaları vasitəsilə treyderlərə müraciət etməlisiniz.
  • Bazarda oxşar məhsulları araşdıraraq, seqmentinizdə qiymət mexanizmini başa düşürsünüz. Məsələn, məhsul üçün illik lisenziya 500 dollar dəyərindədir. Hesablama aparaq: 500 x 1 mln istifadəşi = 500 milyon dollar. Əgər siz bazarı 100% əhatə edə bilsəniz, bu əldə edə biləcəyiniz maksimum gəlir olacaq.
  • Bazarı daha yaxşı bilmək üçün, bizim “Problem” bölməsində söz açdığımıza oxşar fokus qrupunda sorğu aparın. Siz yaratdığınız öz alətiniz və onun həllində maraqlı olduğunuz problemin varlığını neçə treyderin tanıyacağı barədə məlumat əldə edəcəksiniz.

Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Zərərin keçirilməsi haqqında

posted in: Xəbər | 0

Zərərin keçirilməsiBiznes vergi ödəyicilərinə qazanc gətirməklə yanaşı, düzgün idarə edilmədikdə itkilərdən də xali deyil. Azərbaycanın qanunvericiliyində vergi ödəyicilərinin itkilərinin tənzimlənməsini təmin edən müddəalar var. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin zərərin keçirilməsi haqqında 121-ci maddəsi vergi ödəyicisinə müəyyən bir il itkisini sonrakı hesabat dövrlərinə keçirməyə imkan verir.

Tutaq ki, “X” MMC 2019-cu ili 15.000 manat zərərlə bağlayıb. Bu, çox vaxt şirkətin yarandığı ildə baş verir – müxtəlif strukturlar yaradılır, işçi heyəti yığılır, müştərilər cəlb olunur, əlaqələr qurulur, satış kanalları araşdırılır. Növbəti ildə işlər düzəlməyə başlayır – şirkət 2020-ci ili 7500 manat mənfəətlə bağlayır. Sual: “X” MMC 2020-ci ilin mənfəətindən nə qədər vergi ödəyəcək?

Vergi Məcəlləsinin 121-ci maddəsi “X” MMC-yə icazə verir ki, 2019-cu ildəki zərəri növbəti beş ilin mənfəəti hesabına bağlayıb (zərər tam bağlanana kimi), həmin illər üzrə mənfəət vergisi ödəməsin. Bunun üçün mənfəət vergisi bəyannaməsində 2019-cu ilin itkisinin dəyəri bəyannamənin 240.5-ci sətrində doldurulmalıdır (zərərin olduğu ilə görə, 240.1-240.5 sətirlərindən hər hansı biri ola bilər) və bu zaman gəlir vergisinin hesablanmış məbləği dərhal 0-a çevrilir. Bir daha qeyd etmək istəyirəm ki, bu proses yalnız 2019-cu ildəki zərər tam bağlanana kimi davam edə bilər. 2021-ci ildə şirkət 10.000 manat mənfəət əldə edərsə, bu məbləğin 2.500 manatından mənfəət vergisi ödəməlidir, qalan 7500 manat isə 2019-cu ildə zərərin qalan hissəsini bağlamağa yönəldəcək.

Bu şərtlər fərdi sahibkarlar üçün də, demək olar ki, eyni qaydada işləyir, sadəcə, onlar itkini beş yox, üç illik dövr ərzində bağlamaq imkanına malikdirlər.

Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 121-ci maddəsinin müddəalarına görə, amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir, həmçinin vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərə də bu maddənin müddəaları şamil edilmir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 855 856 857 858 859 860 861 2. 398