Vaxtında ödənilməyən ƏDV-yə görə maliyyə sanksiyası

posted in: Xəbər | 0

Maliyyə sanksiyasıVergi ödəyiciləri üçün ciddi problem yaradan hallardan biri əlavə dəyər vergisinin (ƏDV) vaxtında ödənilməməsidir. İqtisadçı ekspert Anar Bayramov ƏDV-nin vaxtında ödənilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunması şərtlərini izah edir.

Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 175.8-ci maddəsində göstərilir ki, Əlavə Dəyər Vergisi ödəyiciləri ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.

Misal 1: Vergi ödəyicisi 24 noyabr 2020-ci il tarixdə aldığı mallara görə 23.600 manat ödəməlidir. Malların dəyəri 20.000 manat olduğu üçün ödənilməli olan Əlavə Dəyər Vergisi məbləği 3.600 manat təşkil edir:

20.000 manat x 18% = 3.600 manat.

Əgər vergi ödəyicisi malların pulunu (20.000 manatı) noyabrın 25-də, Əlavə Dəyər Vergisi məbləğini (3.600 manat) isə noyabrın 26-da ödəyərsə, vergi ödəyicisinə ƏDV məbləğini gec ödədiyinə görə 1.800 manat maliyyə sanksiyası hesablanacaq:

3600 manat x 50% = 1.800 manat.

Misal 2: ƏDV ödəyicisi Əlavə Dəyər Vergisi daxil 1.180 manatlıq xidmət alır və həmin məbləği oktyabrın 25-də tam şəkildə vergi ödəyicisinin hesablaşma hesabına ödəyir. Bu halda, vergi ödəyicisi 180 manatlıq ƏDV məbləğini qarşı tərəfin depozit hesabına ödəməsə belə, ona Vergi Məcəlləsinin 58.6-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunmayacaq. Amma ƏDV məbləği ƏDV depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi bu məbləği əvəzləşdirmək hüququna malik olmayacaq.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq subyektləri tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş könüllü ödəmələr gəlirdən çıxılan xərclərə aid edilirmi?

posted in: sual-cavab, Xəbər | 0

gəlirdən çıxılan xərclərSahibkarlıq subyektləri tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş könüllü ödəmələr gəlirdən çıxılan xərclərə aid edilirmi?

Məlum olduğu kimi, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış və Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilmişdir.

Qaydaya əsasən fondun maliyyələşmə mənbələrindən biri də fiziki və hüquqi şəxslərin könüllü ödəmələridir. Bildiririk ki, Vergi Məcəlləsində vergi ödəyicisi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş könüllü ödəmələrin gəlirdən çıxılan xərclərə aid edilməsi və ya onların gəlirlərinin (mənfəətinin) Fonda köçürülən hissəsinin vergidən azad olması nəzərdə tutulmamışdır.

Yuxarıda olunanlar Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentə ödəmə zamanı ÖMV və ƏDV necə hesablanır?

posted in: sual-cavab, Xəbər | 0

Qeyri-rezidentə ödəmə Qeyri-rezident ÖMV ƏDVSual: Fərz edək ki, qeyri-rezidentə 10000 USD ödəniş etmişəm. Bu zaman 17000 AZN məbləğə görə ÖMV hesablamaq üçün gross məbləğ tapılır (17000/0.9=18888.88 AZN) və bu gross məbləğə 10% ÖMV hesablanır. Sualım belədir ki, ƏDV məqsədləri üçün hesablama apararkən net 17000 AZN məbləğə, yoxsa gross 18888.88 AZN məbləğə 18% ƏDV hesablanıb ödənilməlidir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.
Qeyd olunanlara əsasən rezident şəxs ilə qeyri-rezident hüquqi şəxslər arasında bağlanmış xidmətlərin göstərilməsi ilə bağlı müqavilədə müqavilə dəyərindən ödəmə mənbəyində vergilərin tutulması ilə bağlı müddəanın olmamasından asılı olmayaraq rezident şəxs tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən (sorğuda qeyd edilən misalda 17 000 manatdan) ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir.

Bunlardan əlavə qeyri-rezident tərəfindən ƏDV ödəyicisi olan müəssisəyə göstərilən xidmətlərə görə tərəflər arasında bağlanmış müqavilə dəyərinin tam məbləğindən (gross up) 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 150-ci və 169-cu maddələri.


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan auditorları ötən il 4 mindən çox yoxlama aparıb

posted in: Xəbər | 0

Azərbaycan auditorları ötən il 4 mindən çox yoxlama aparıb

Auditor

Hazırda Azərbaycanda 116 auditor təşkilatı və 55 sərbəst auditor bu peşə fəaliyyət ilə məşğul olur.

Bu barədə Auditorlar Palatasına istinadən xəbər verilir.

Məlumata görə, ötən il ölkədə auditor xidmətlərinin göstərilməsinə dair yerinə yetirilmiş müqavilələrin sayı əvvəlki ilə nisbətən 25 dəfə, xidmətin həcmi 40 dəfə artıb. İl ərzində 53,8 milyon manat məbləğində 4 103 müqavilə icra olunub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 859 860 861 862 863 864 865 2. 398