» » » Azərbaycanda son 25 ildə dövlət sifarişi ilə 1 000-dən çox audit aparılıb

Azərbaycanda son 25 ildə dövlət sifarişi ilə 1 000-dən çox audit aparılıb

posted in: Xəbər | 0
birbank biznes

auditAuditorlar Palatası mövcud qanunvericiliyə əsasən, hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri yoxlamaqla yanaşı, səlahiyyətli dövlət orqanlarının qərarı və yaxud sifarişi ilə yoxlamalar aparır.

Auditorlar Palatasına istinadən xəbər verilir.

Məlumata görə, 1996-2020-ci illərdə Prezident Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Baş Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Ali Məhkəmə, Dövlət Təhlükəsizlik Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) Daxili İşlər Nazirliyi və s. səlahiyyətli dövlət orqanlarının istyəyi ilə auditor təşkilatlar və sərbəst auditorlar 1 000-dən çox yoxlama aparıb.

Mənbə: report.az