Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

posted in: Xəbər | 0

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

pul nişanları pullar

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi 7 faiz həddində saxlanılıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (II hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçotQədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Kredit münasibətləri

Mühasibat uçotunun inkişafının ikinci mənbəyi kredit münasibətlərinin sürətlə artması idi. Qədim Roma sahibkarları bir-birlərinə həm pul, həm də mallarla ssuda verirdilər və kredit dövriyyələrini yadda saxlamaq üçün mürəkkəb bir həcmə çatmağa başladıqda, onların uçotunu aparmaq məcburiyyətində qaldılar. Hər bir düzgün təsərrüfat sahibi təkcə vergiyə cəlb olunan əmlakını nəzərə almır, həm də faizlə kredit üzrə verilənlərin uçotunu aparırdı. Adətən, faizlər ayın ilk günündə ödənilirdi, buna görə faizlərlə verilmiş kreditlərin qeydləri təqvim adlanırdı. Təqvimdə yalnız verilmiş məbləğlər deyil, həm də borcalandan alınan faizlər də göstərilirdi. Beləliklə, Qədim Romada elə bir hesablama prinsipi yaranmışdı ki, bu prinsipə əsasən, uçotda yalnız faktiki olaraq verilmiş və əldə edilmiş vəsaitlərin məbləği deyil, həm də pul almaq hüququ və onların ödənilməsi öhdəlikləri qeydə alınırdı.

Qədim Roma iqtisadiyyatında kreditin mühüm əhəmiyyətini, məşhur XII cədvəllər qanunlarında borcun tələb edilməsi proseduruna ayrılmış bir yer olduğunu göstərir*.

* XII cədvəllər qanunları – e.ə. 451-450-ci illərə aid qədim Roma hüququnun əsas mənbəyidir. Həmin qanunların orijinal mətni qalmayıb. Bizə məlum olan mətn ötən əsrdə sistemləşdirilmiş və qədim Roma və yunan müəlliflərinin əsərlərində yer alan parçalardan ibarət idi.

Qanunun göstərişlərinə əsasən, öhdəliklərini vaxtında ödəməyən borcluya, borcunu ödəyə biləcəyi 30 güzəşt günü verilirdi. Bu müddət keçdikdən sonra borcunu dövlətə  ödəyə bilməyən debitoru əmlakı ilə birlikdə xaricə kölə kimi satırdılar.

Əgər kimsə istənilən bir fərdi şəxs qarşısında öz öhdəliklərini yerinə yetirməmişsə və şahidləri onlara borcun ödənilməsinin sübutunu təqdim etməmişsə və heç kəs onun zaminlik hüququna daxil olmaq istəmirsə, kreditor məhkəmənin qərarı ilə borclunu özü ilə apara və qul kimi saxlaya bilərdi. Eyni zamanda, Qanunun III cədvəlinin 3-cü maddəsi borclunun üzərinə “ağırlığı 15 funtdan az olmayan kilidlər və ya qandallar, arzu etdikləri təqdirdə (kreditor – Y.S., M.P), isə bundan daha ağır olanları bağlamağa icazə verirdi. Həbs müddətində borclu öz hesabına qidalanmalı idi. Əks təqdirdə, qanun kreditorun ona gündə bir funt un verməsinə icazə verirdi. Həbsə alındığı 60 gün ərzində borclu üç dəfə bazara çıxarılırdı və yüksək səslə kiminsə bu şəxsə yazığı gəlib-gəlmədiyi soruşulurdu. Əgər bütün bunlar uğursuz nəticələnirdisə, onda kredit verənlər borclunu öldürmək və meyitini öz aralarında bölmək hüquq əldə edirdilər. Bu, borclunun öhdəlikləri bacardığı qədər ödədiyini simvollaşdırırdı. “Üçüncü bazar günü ilə bağlı III cədvəlin 6-cı maddəsi belə elan edirdi – qoy borclunu hissələrə bölsünlər və əgər kimsə özünə həmin hissədən az və ya çox pay götürərsə, qoy bu onların günahına səbəb olmasın”.

Öhdəliklərin ödənilməsi ilə bağlı bizim fikrimizcə, bu cür barbarlıq dərin nəzəri əsaslara malik idi. Məsələ ondadır ki, qədim Roma mülki hüququ borclunu öhdəliyin passiv subyekti kimi və onun əmlakını tələb hüququnun obyekti kimi fərqləndirmirdi. Bu anlayışlar nəzəriyyə ilə praktikada qarışıq idi. Vəzifə obyekti və subyekti qədim Roma hüquqşünaslarının təqdimatında bir bütövlük təşkil edirdi. Buna görə, ödəniş edilmədiyi təqdirdə, borclunun həm özü, həm də onun əmlakı bölünməyə məruz qalırdı. Zərər gətirən borclunu sevinclə hissələrə bölüşdürməyə əsas kimi isə təqvimdəki mühasibatlıq qeydləri xidmət edirdi.  Qayın (e.ə. II əsr Roma hüquqşünası) Roma hüququ ilə bağlı “Öhdəliklər barədə”   məşhur dərsliyində deyilir ki, öhdəlik, məsələn, mühasibat kitabına daxil edilərsə, yazılı sənəd əsasında qurulur … Beləliklə, mühasibat uçotu qeydiyyatı – mühasibat uçotu kitabı – eyni zamanda iqtisadi həyat faktları haqqında məlumatların əsas daşıyıcısı kimi xidmət etmişdir. Bu zaman mühasibat uçotu üzrə qeydlər müvafiq faktlara hüquqi qüvvə verirdi.

Qanlı simvolizmin tərəfdarı olmayan daha praqmatik kreditorlar borcunu ödəyə bilməyən şəxsi ailələri və əmlakları ilə birlikdə köləliyə satmaq hüququna sahib idilər, lakin onları yalnız xaricə sata bilərdilər, çünki azad Roma vətəndaşı borcunu ödəmədiyinə görə qanunla parçalana bilərdi, ancaq, öz torpağında qul edilə bilməzdi.

Beləliklə, qədim Roma qanunvericiliyi ödəməmə problemini həll etdi və mühasibat məlumatlarına hörməti artırdı.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib

posted in: Xəbər | 0

Sosial Sahibkarların Beynəlxalq ForumuOktyabrın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Education HUB”ın təşkilatçılığı ilə onlayn formatda Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib.

KOBİA-dan Azərbaycanda ikinci dəfədir təşkil olunan forumun məqsədi sosial sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolunu, dövlətin bir sıra məqsədlərinə nail olmaq üçün innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir. Onlayn tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları və sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, özünüməşğulluğun artırılması, həssas qrupların, o cümlədən aztəminatlı ailələrin, regionlarda yaşayan əhalinin, xüsusən də qadınların sosial biznesə cəlb olunması müsbət əhəmiyyət daşıyır və bu istiqamətlərdə Azərbaycanda da davamlı olaraq dövlət dəstəyi tədbirləri həyata keçirilir. KOBİA ölkəmizdə sosial sahibkarlığın inkişafını dəstəkləyir və sosial baxımdan həssas qruplarla bağlı ötən dövr ərzində başladığı layihələri uğurla davam etdirir. Agentlik sosial sahibkarlıq sahəsində əlavə dəstək və təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial sahibkarlığın dəstəklənməsi və təşviqi, sosial sahibkarlarla birlikdə onların layihələrinin icrasında iştirak istiqamətlərində dəstəyini və iştirakını bundan sonra da davam etdirəcək.

O. Məmmədov Ermənistanın sentyabrın 27-dən etibarən Azərbaycana qarşı hərbi təxribatı nəticəsində yaşayış məntəqələrinə ziyanın dəyməsi, mülki obyektlərin dağıdılması, mülki şəxslərin öldürülməsi və yüzlərlə vətəndaşımızın yaralanması barədə də məlumat verib. Bildirilib ki, Ermənistanın vandalizm aktları nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib. Hazırda sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür və sahibkarlara lazımi dəstək göstəriləcək.

Onlayn tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatı Müşviq Cəfərov və digərləri çıxış edərək sosial sahibkarlığın əhəmiyyəti, ölkəmizdə bu sahənin təşviqi ilə bağlı fikirlərini bildirib, xarici spikerlər sosial sahibkarlıq sahəsində təcrübələrini bölüşüb və müxtəlif ölkələrin sosial sahibkarlıq sahəsində qanunvericiliyi barədə məlumat verib, sosial biznesin yaradılması, sosial inkişaf üçün innovativ həllər və davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq müzakirə olunub, panel iclaslar keçirilib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən bahalı valyutası (2-ci hissə)

posted in: Xəbər | 0

dünyanın ən bahalı valyutası2020-ci il üçün dünyanın ən bahalı valyutalarının top onluğu

İkinci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Necə düşünürsünüz, indiki gün üçün dünyanın ən bahalı valyutası hansıdır?

Böyük əksəriyyət Britaniya funtunun ən bahalı valyuta olduğunu güman edir, lakin, bu heç də belə deyilmiş.

Xüsusi olaraq oxucular üçün hazırlanmış dünyanın ən güclü valyutalarının siyahısını (2020-ci ilin sentyabr ayı üçün) təqdim edirik.

Beləliklə, dünyanın ən bahalı valyutası…

3 – Oman Rialı (Oman Rial) ($2.60)

Valyuta kodu – OMR.

Oman rialının kursu:

1 OMR = 2.60 USD (oman rialının dollara nisbəti)

Oman – Ərəbistan yarımadasında yerləşən bir ölkədir. Ölkənin strateji mövqeyi sayəsində onun inkişaf etmiş iqtisadiyyatı və yüksək yaşayış səviyyəsi var.

Oman rialı da Bəhreyn dinarı kimi ABŞ dollarına bağlıdır.

Maraqlıdır ki, bu valyutanın alıcılıq qiyməti o qədər yüksəkdir ki, hökumət 1/2  və 1/4 rial nominalında kağız əskinaslar buraxmaq məcburiyyətində qalır.

4 – İordaniya dinarı (Jordan Dinar) ($1.41)

Valyuta kodu – JOD.

İordaniya dinarının kursu:

1 JOD = 1.41 USD (iordaniya dinarının dollara nisbəti).

İordaniya dinarının yüksək dəyərini izah etmək çox çətindir, çünki ölkə iqtisadi cəhətdən elə də xüsusi inkişaf etməyib və neft kimi əhəmiyyətli resurslara da malik deyil. Buna baxmayaraq, 1 iordaniya dinarı təxminən 1,41 ABŞ dollarına bərabərdir ki, bu da həmin pul vahidini dünyanın ən bahalı on valyutasından biri edə bilib.

5 – Britaniya funtu (British Pound) ($1.23)

Valyuta kodu – GBR.

Britaniya funtunun kursu:

1 GBP = 1.23 USD (britaniya funtunun dollara nisbəti).

Bir çoxları məhz, Britaniya funt-sterlinqini dünyanın ən bahalı valyutası hesab edir, lakin, göründüyü kimi bu belə deyil, o, yalnız 5-ci yerdədir.

Yeri gəlmişkən, Britaniya koloniyaları vizual olaraq İngiltərə Bankının buraxdığı əskinaslardan fərqlənən öz əskinaslarını buraxırlar, amma, onlar 1-in 1-ə olan kotirovkasındadır.

Belə ki, bundan əlavə daha bir neçə funt da mövcuddur: Şotlandiya, Şimali İrlandiya, Men, Cersiysk, Hibraltar, həmçinin eləcə də Müqəddəs Yelena adası və Folklend adalarının funtları.

Qəribədir ki, köklü britanlyalılar “digər” funtları ödəniş vasitəsi kimi heç də həmişə qəbul etmək istəmirlər.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 968 969 970 971 972 973 974 2. 388