» » » Qədim Romada uçot (III hissə)

Qədim Romada uçot (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Romada uçotQədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Uçot məlumatları daşıcıyıları

Romalılar mühasibat uçotu sənədlərinin daşıyıcıları kimi müxtəlif materiallardan istifadə etdilər.

Qeydlər taxta parçaları, mum sürtülən lövhəciklər, mis lövhələr, dəri, kətan, perqament üzərində yerinə yetirilidi, lakin, daha çox papirus və perqamentdən istifadə olunurdu.

Üzərinə mum çəkilmiş taxta lövhəciklər üzərində bir tərəfi kəskin uclu xüsusi metal və ya sümük parçası vasitəsilə yazırdılar, əks tərəfindən isə qeydlərin silinməsində istifadə olunurdu. Lövhəcik üzərinə çəkilən mum qara rəngə boyadılırdı ki, üzərində qeydlər aparılanda qara fonda hərflər parlaq ağ rəng alsın. Lövhəciklər tək-tək də ola bilirdi. Asmaq mümkün olsun deyə, onlara yumru halqalar keçirilirdi. Həmin lövhəciklərə ani lazım olan qeydlər edilirdi, sonradan isə həmin qeydlər daha dəqiqliklə ev təsərrüfatına məxsus uçot kitabına köçürülürdü.

Mühasibat uçotu prosedurlarının mərhələlərinin xronoloji və sistematik qeydə çevirmək kimi bu fərq, qədim Roma mühasibat uçotunun ən vacib nailiyyətidir.

Qədim Roma mühasibat uçotu registrləri sistemində ilk kitab Adversaria idi, bu da iqtisadi həyat faktlarının gündəlik qeyd edilməsi üçün nəzərdə tutulmuşdu. Bu kitab sonradan yaddaş və Memorial adlandırılacaqdı. Sonra, iki kitabı (kodeks) qeyd etməlisiniz: Codex acceptiet expensi və Codex rationum domesticorum. Adversaria qaralama kitabı kimi xidmət edirdi. Bu nəticə Mark Tulli Siseronun “Rotsi – aktyor uğrunda” nitqindən bəllli olur. O deyirdi: “… öz gündəliklərinizi (Adversaria) bütün qaralama və cızıqlar ilə məhkəməyə təqdim etməyiniz ağılsızlıq deyilmi? …  Hakimlərin gözündə böyük çəki və əhəmiyyət daşımalı olan bir şeyə sahibləri niyə bu ədər dəyərsiz və əhəmiyyətsiz yanaşırlar? Birincilər (Adversaria) bir ay xidmət edir, sonuncular (Codex) – isə əbədi xidmət edir, birincilər dərhal cırılır, sonuncular isə ehtiyatlı şəkildə qorunaraq mühafizə edilir; birincilərə qısa müddətli qeydlər yazılır, sonuncu isə bütün həyatımız boyu etibarımıza söykənir;  birincisi fraqmentlidir, ikincisi ciddi qaydada aparılır. Kimsə buna görə onu məhkəməyə təqdim etmir”. Kodeks kitabları isə təmiz şəkildə, yəni, cızma-qarasız aparılırdı, ona görə məhz, kodekslərə hüquqi cəhətdən tamamlanmış sənədlər kimi baxılırdı. Bununla yanaşı, kodekslərdə sistematik yox, xronoloji yazının tətbiq olunduğunu ehtimal etmək daha doğru olardı. (Bu belə olmasaydı, Siseron prosesi uda bilməzdi)

Beləliklə, sistematik qeydlər iki kodeks üzrə paylanmışdır: Codex acceptiet expensi və Codex rationum domesticorum. Birində yalnız pul vəsaitləri və hesablaşma hesabları, digərində isə bütün maddi – material hesabları (taxıl, şərab, yağ, otlaqlar, mal-qara, yemlər və s.) göstərilirdi. İki kodeks hesabları üzrə saldo çıxarılırdı (bu anlayış artıq o dövrün mühasibatlığında mövcud idi). Sistematik qeyd iki kodeks arasında bölüşdürüldüyündən, Adversaria yalnız pul hərəkəti və hesablamaları ilə bağlı əməliyyatların bir hissəsində həyata keçirildiyini güman etmək tamamilə məqbuldur. Kodeksdə yazmağın Adversariada yazmaqdan daha cəlbedici olduğunu sübut edərək, prosesin Siseronun qazandığını qeyd etmək maraqlıdır. Hər halda, məhkəmədə yoxlamalar da aparılıb. Kreditorun apardığı codex acceptiet expensi-də borclunun qeyd etdikləri müqayisəli şəkildə yoxlanılırdı. Kodeksdə əvvəllər edilən qeydlərdə heç bir düzəlişlər olmamalı idi.

Dövlət xəzinəsi

E. ə. VI əsrin sonlarında Romada yaranmış aristokratik respublika onunla fərqlənirdi ki, ömürlük hakim olan bir hökmdarın əvəzinə bir il müddətinə patrisiyalardan iki konsul seçilməyə başladı. Tamamilə müstəqil olaraq seçilən konsullar yalnız dövlətin cari işləri ilə məşğul olurdu. Nəticələri konsulların vəzifə ilindən daha uzaq gedib çıxan bütün mühüm dövlət aktları senatla mütləq razılaşdırılmalı idi. Hökmdardan fərqli olaraq konsulların dövlət vəsaitinin olması qadağan edildi. Həmin vəsaitlərin mühafizəsi üçün Saturn məbədi yanında xüsusi xəzinədarlıq – erariy qurulmuşdu, harada ki, Roma tarixinin sonrakı əsrlərində gənc patrisiylərdən seçilmiş xəzinədarların – kvestorların müşahidəsi altında yerləşdirilib. İlk kvestorlar olaraq Publiy Veturiy və Mark Minutsiy seçilmişdilər.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun