Nazirlər Kabineti aqrar sığorta qaydalarını açıqlayıb

posted in: Xəbər | 0

Nazirlər Kabineti aqrar sığorta qaydalarını açıqlayıb

Aqrar sığorta qaydalarıNazirlər Kabineti 431 nömrəli Qərarını izah edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

Qərarla təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən, kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar, akvakultura məhsulu kimi balıqlar, o cümlədən mayalanmış kürülər, sürfələr və körpə balıqlar aqrar sığorta predmeti hesab olunur.

Qaydaların tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə üzləşdikləri risklərin azaldılması, onlara dəymiş zərərin və itkilərinin aradan qaldırılması, aqrar sektorun investisiya cəlbediciliyinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində sabit biznes mühitinin yaradılması, aqrar sahədə sığortanın inkişaf etdirilməsi, o cümlədən bu sahə üzrə dövlət dəstəyi mexanizminin praktiki cəhətdən tənzimlənməsi təmin ediləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi VÖEN-i bağlamaq üçün nə etməlidir?

posted in: Vergi, Xəbər | 0

VÖENVergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Bəs vətəndaşın heç bir fəaliyyəti yoxdursa, VÖEN-i necə bağlaya bilər?

Vergilər Nazirliyindən bildirilib ki, vergi ödəyicisi kimi fəaliyyətin müvəqqəti dayandırılması və ya fəaliyyətə xitam verilməsi üçün yerinə yetirilməli olan hərəkətlər fərqlidir.

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması haqqında müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir.

Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisi uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş” göndərilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (III hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçotQədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Uçot məlumatları daşıcıyıları

Romalılar mühasibat uçotu sənədlərinin daşıyıcıları kimi müxtəlif materiallardan istifadə etdilər.

Qeydlər taxta parçaları, mum sürtülən lövhəciklər, mis lövhələr, dəri, kətan, perqament üzərində yerinə yetirilidi, lakin, daha çox papirus və perqamentdən istifadə olunurdu.

Üzərinə mum çəkilmiş taxta lövhəciklər üzərində bir tərəfi kəskin uclu xüsusi metal və ya sümük parçası vasitəsilə yazırdılar, əks tərəfindən isə qeydlərin silinməsində istifadə olunurdu. Lövhəcik üzərinə çəkilən mum qara rəngə boyadılırdı ki, üzərində qeydlər aparılanda qara fonda hərflər parlaq ağ rəng alsın. Lövhəciklər tək-tək də ola bilirdi. Asmaq mümkün olsun deyə, onlara yumru halqalar keçirilirdi. Həmin lövhəciklərə ani lazım olan qeydlər edilirdi, sonradan isə həmin qeydlər daha dəqiqliklə ev təsərrüfatına məxsus uçot kitabına köçürülürdü.

Mühasibat uçotu prosedurlarının mərhələlərinin xronoloji və sistematik qeydə çevirmək kimi bu fərq, qədim Roma mühasibat uçotunun ən vacib nailiyyətidir.

Qədim Roma mühasibat uçotu registrləri sistemində ilk kitab Adversaria idi, bu da iqtisadi həyat faktlarının gündəlik qeyd edilməsi üçün nəzərdə tutulmuşdu. Bu kitab sonradan yaddaş və Memorial adlandırılacaqdı. Sonra, iki kitabı (kodeks) qeyd etməlisiniz: Codex acceptiet expensi və Codex rationum domesticorum. Adversaria qaralama kitabı kimi xidmət edirdi. Bu nəticə Mark Tulli Siseronun “Rotsi – aktyor uğrunda” nitqindən bəllli olur. O deyirdi: “… öz gündəliklərinizi (Adversaria) bütün qaralama və cızıqlar ilə məhkəməyə təqdim etməyiniz ağılsızlıq deyilmi? …  Hakimlərin gözündə böyük çəki və əhəmiyyət daşımalı olan bir şeyə sahibləri niyə bu ədər dəyərsiz və əhəmiyyətsiz yanaşırlar? Birincilər (Adversaria) bir ay xidmət edir, sonuncular (Codex) – isə əbədi xidmət edir, birincilər dərhal cırılır, sonuncular isə ehtiyatlı şəkildə qorunaraq mühafizə edilir; birincilərə qısa müddətli qeydlər yazılır, sonuncu isə bütün həyatımız boyu etibarımıza söykənir;  birincisi fraqmentlidir, ikincisi ciddi qaydada aparılır. Kimsə buna görə onu məhkəməyə təqdim etmir”. Kodeks kitabları isə təmiz şəkildə, yəni, cızma-qarasız aparılırdı, ona görə məhz, kodekslərə hüquqi cəhətdən tamamlanmış sənədlər kimi baxılırdı. Bununla yanaşı, kodekslərdə sistematik yox, xronoloji yazının tətbiq olunduğunu ehtimal etmək daha doğru olardı. (Bu belə olmasaydı, Siseron prosesi uda bilməzdi)

Beləliklə, sistematik qeydlər iki kodeks üzrə paylanmışdır: Codex acceptiet expensi və Codex rationum domesticorum. Birində yalnız pul vəsaitləri və hesablaşma hesabları, digərində isə bütün maddi – material hesabları (taxıl, şərab, yağ, otlaqlar, mal-qara, yemlər və s.) göstərilirdi. İki kodeks hesabları üzrə saldo çıxarılırdı (bu anlayış artıq o dövrün mühasibatlığında mövcud idi). Sistematik qeyd iki kodeks arasında bölüşdürüldüyündən, Adversaria yalnız pul hərəkəti və hesablamaları ilə bağlı əməliyyatların bir hissəsində həyata keçirildiyini güman etmək tamamilə məqbuldur. Kodeksdə yazmağın Adversariada yazmaqdan daha cəlbedici olduğunu sübut edərək, prosesin Siseronun qazandığını qeyd etmək maraqlıdır. Hər halda, məhkəmədə yoxlamalar da aparılıb. Kreditorun apardığı codex acceptiet expensi-də borclunun qeyd etdikləri müqayisəli şəkildə yoxlanılırdı. Kodeksdə əvvəllər edilən qeydlərdə heç bir düzəlişlər olmamalı idi.

Dövlət xəzinəsi

E. ə. VI əsrin sonlarında Romada yaranmış aristokratik respublika onunla fərqlənirdi ki, ömürlük hakim olan bir hökmdarın əvəzinə bir il müddətinə patrisiyalardan iki konsul seçilməyə başladı. Tamamilə müstəqil olaraq seçilən konsullar yalnız dövlətin cari işləri ilə məşğul olurdu. Nəticələri konsulların vəzifə ilindən daha uzaq gedib çıxan bütün mühüm dövlət aktları senatla mütləq razılaşdırılmalı idi. Hökmdardan fərqli olaraq konsulların dövlət vəsaitinin olması qadağan edildi. Həmin vəsaitlərin mühafizəsi üçün Saturn məbədi yanında xüsusi xəzinədarlıq – erariy qurulmuşdu, harada ki, Roma tarixinin sonrakı əsrlərində gənc patrisiylərdən seçilmiş xəzinədarların – kvestorların müşahidəsi altında yerləşdirilib. İlk kvestorlar olaraq Publiy Veturiy və Mark Minutsiy seçilmişdilər.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Cərimə ödəmək auditdən azad edirmi? – Mütəxəssis rəyi

posted in: Xəbər | 0

Cərimə ödəmək auditdən azad edirmi?

auditdən azad cərimə

Maliyyə hesabatı auditinin cari vəziyyətini göstərmək üçün qeyd etmək istərdim ki, bu ilin iyun ayında Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən aparılan araşdırmalar göstərir ki, 2019-cu ilin nəticəsinə görə, ölkə üzrə 46 min 282 məcburi audit subyektlərindən 3745 təsərrüfat subyekti məcburi auditdən keçib ki, bu da 8,09 faiz təşkil edir.

2019-cu il üzrə səhmdar cəmiyyətlərin məcburi auditdən keçmə səviyyəsi 47,8 faiz, məhdud məsuliyyətlərin isə daha az, yəni 3,9 faiz təşkil edib.

Ölkəmizdə audit prosesinin ləng getməsinə səbəb olan maneələri göstərmək üçün öncə bir neçə xüsusi məqamı qeyd etmək istərdim.

21 dekabr 2018-ci ildə AR Nazirlər Kabinetinin 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Bölgü haqqında aşağıdakı şəkildə tanış ola bilərsiniz.

 

2019 – cu ildən orta və iri sahibkarlıq subyektləri hər il maliyyə hesabatlarının məcburi auditindən keçmə öhdəliyi daşıyırlar.

Çox təəssüf ki, Mülki Məcəllədə, “Auditor xidməti haqqında” və “Mühasibat uçotu haqqında” AR Qanunlarında və digər hüquqi-normativ xarakterli sənədlərdə məcburi auditin anlayışı və onun məcburiliyi göstərilsə də, əksər təsərrüfat subyektləri bu prosedurun keçirilməsində məsuliyyətsizlik edirlər.

Məcburi auditdən yayınmaya görə sanksiyalar hələ 2011-ci ildə müəyyən olunsa da, həmin dövrlərdə inzibati xəta haqqında protokolu tərtib edən orqan müəyyən edilmədiyindən nəticə olmamışdır.

2017-ci ilin mayında isə qanunu pozanlara qarşı inzibati cərimələrin tətbiqi qaydasının müəyyənləşdirilməsi tamamlandıqdan sonra banklar, sığorta şirkətləri, səhmdar cəmiyyətlərinə münasibətdə protokolları Maliyyə Bazarlarına Nəzarət Palatası, digər kommersiya və qeyri-kommersiya təşkilatlarına münasibətdə isə protokolları Auditorlar Palatası tərtib edir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, maliyyə hesabatlarını məcburi auditdən keçirməyən hüquqi şəxslərə qarşı tərtib olunan protokollar məhkəmədə təsdiqini taparsa, onlar 1500 manatdan 2500 manatadək cərimələnəcək. Şirkətlərin vəzifəli şəxsləri də cərimədən yaxa qurtara bilməyəcək. Onları 300 manatdan 600 manatadək cərimə gözləyir.

Xidmətin inkişaf etdirilməsində maneə və ya ləng inkişafında səbəb sadəcə birdir – məcburi auditdən keçməli olan sahibkarların qanuni tələblər haqqında məlumatsızlığıdır. Biz auditorlar demək olar hər cür vasitə ilə bu işin ciddiliyini sahibkarlara çatdırsaq da, real cərimələnmə olmadığına görə, bir çoxlarında sanki bir rahatlıq var.

Xüsusi ilə qeyd etmək istərdim ki, cərimələr təkcə auditdən yayınmaya görə deyil, həm də vaxtında auditdən keçməməyə görə də tətbiq edilə bilər.

Bildiyimiz kimi illik maliyyə hesabatlarının verilməsi qaydası və forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.05.2010 cu il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydaları” ilə müəyyən edilir və qaydalarda göstərilən müddətlərdə öz maliyyə hesabatlarını auditor rəyi ilə təsdiqlətməyən sahibkarlar da istənilən vaxt cərimələnə bilər.

Vaxtında auditdən keçilmədikdə cərimə məbləği ən aşağı hədd ilə qeyd edilir. Məsələn hüquqi şəxs 1500 azn, vəzifəli şəxs 300 azn.

Sahibkarların səthi yanaşdığı mövzulardan biri də auditdən keçmədikdə, cərimə ödəməklə işin bitməsini düşünmələridir. Belə ki, bəzi sahibkarlar elə düşünür ki, cərimə ödəmək onları icbari auditdən azad edir.

Həqiqətdə isə belə bir şey yoxdur. Çünki məcburi auditdən yayınmaya görə cərimələnən təsərrüfat subyektləri cərimədən sonra cərimələndiyi il üzrə maliyyə hesabatlarının auditini keçirmək məcburiyyətindədir. Bu isə iki qat xərcdir və heç bir sahibkar üçün arzuolunan hal deyil.

Audit prosesini davamlı olaraq gündəmdə saxladığınız üçün minnətdaram.

A-Audit and Consulting şirkətinin direktoru Rüfət Əliyev


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 965 966 967 968 969 970 971 2. 388