Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (3-cü hissə)

posted in: Xəbər | 0

inkişafMühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? Ruhlandırıcı 6 hekayə

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Bu yazıda, biz ən real praktikantların ən maraqlı və faydalı rəylərini toplamışıq. Qoy bu hekayələr yeni başlayan əməkdaşları ruhlandırsın, təcrübəli mütəxəssislərə isə inkişaf üçün yeni imkanlar təklif etsin.

4-cü əhvalat. Çox sürətli dəyişikliklər

“Mühasibin həyatı – bunlar mühasibat uçotu ilə bağlı qanunvericiliyin və proqramların davamlı dəyişiklikləridir. Ayaqda qala bilmək və peşədə tələb edilən olmaq üçün mühasibat uçotu sahəsində bilik kifayət deyil.

  • Yenilikləri çox sürətlə öyrənmək lazımdır: saytlar, elektron imzalar, elektron sənəd dövriyyəsi və bir çox başqa şeylər.
  • Qarışıq bilikləri öyrənmək, zəruri vərdiş və bacarıqları mənimsəmək çox zəruridir. Məsələn, əgər ştatda proqramçı yoxdursa, bunu mühasib etməli olur.
  • Mübahisəli vəziyyətlərdə mühasibləri  həmişə daha təcrübəli həmkarları öz məsləhət və məsələnin həlli yolları ilə  dəstəkləyə bilər, onlara bu işdə  arayış və məlumat sistemlərinin informasiya qaynaqları kömək edə bilər.
  • Başlıcası – dəyişikliklərdən qorxmamalı və onlarla  işləməyi öyrənmək lazımdır”.

Tatyana Lukina, baş mühasib

Daim dəyişilən qanunlar – bir çağırışdır. Öz işinə ən çox aludə olan əməkdaş belə, bütün yenilikləri izləmək gücündə deyil. Məhz, bu səbəbdən bizim bir çox abunəçilərimiz mühasiblər və kadrlar üzrə işçilərin peşəkar hazırlığı üçün vebinar, seminar və kursların mühüm əhəmiyyətini qeyd edirlər.

5-ci əhvalat. Mürəkkəb başlağıc barədə

“Mənim ilk ali təhsilim  – aqronomluqdur. Ofis-meneceri kimi işə düzəldikdən və həm də əvəzçilik üzrə mühasib köməkçisi təyin olunduqda, mən demək olar ki, heç nə anlamırdım. Köhnə sovet dövrünü yaşamış baş mühasibim olan qadın tez-tez mənə belə deyirdi: “Nə əcəb başa dşmürsən? Bu ki, çox sadə bir şeydir!” Onun sayəsində hər şeyi başa düşməkdən ötrü mən hazırlıq üçün peşəkar kurslara yazıldım. Və bununla da kifayətlənmədim. Hazırda “mühasibat uçotu” üzrə ikinci ixtisas kimi ali təhsil alıram. Dəqiq şəkildə deyə bilərəm ki, öz işimdən, eləcə də qanunvericilikdə olan gündəlik dəyişikliklərdən, maraqlı məsələlərin ortaya çıxmasından, bir növ zövq alıram, ona görə də daim oxumaq, öyrənmək lazımdır. Əgər siz də mənim kimi bütün günü öyrənməyi, yeni biliklər əldə etməyi sevirsinizsə, onda bu iş sizdən ötrüdür!”

Tatyana Krepkix, mühasib

Keçirilən sorğunun nəticələrinə görə, yeni iş yerinə düzələnlərin hər beş nəfərdən biri ilk aylarda işdən çıxmaq barədə düşünürlər. Buna səbəb isə kollektivdə ağır adaptasiya dövrü, əməkdaşın ixtisasına uyğun olmayan vəzifələr və nəticə etibarilə yol verilən qeyri-dəqiqliklər  və səhvlər ola bilər. Bütün bu amillər kimlərisə darıxdıran, kimlərisə inkişafa motivasiya edən amillərdir. Bu zaman çevik ağıl, illər üzrə qazanılan təcrübədən belə daha böyük önəm daşıyır.

Peşənin əsaslarını anlamaq, müstəqil fəaliyyət göstərməyi öyrənmək arzusu mənim uğurlu karyeraya doğru ilk addımım oldu. Və biz bu cür tarixçələrin heç də az olmamasına çox sevinirik.

6-cı əhvalat. Ailə barədə

“Mənim fikrim belədir ki, istənilən yaşda özünü inkişaf etdirmək daim yeni hədəflər və layihələr üzərində köklənmək lazımdır. İkişaf etməkdə və karyera qurmaqda mənə güclü, mehriban və uğurlu ailəm kömək edir. Biz çox işləyir və eyni zamanda həm də çox istirahət edirik. Biz meşə gəzintisini, balıq tutmağı çox sevirik. Öz biliklərimizi, bacarıqlarımızı, enerjimizi  başqasına vermək, bölüşmək sevirik. Biz həyatı çox sevirik!”

Yelena Kondratyeva, baş mühasib

İnanırıq ki, irəli hərəkət etməkdə və çətinliklərə sinə gərməkdə sizə də kömək edən, motivasiya verənlər var. Qarşınıza nəhəng vəzifələr qoyun. Bu işdə sizə müəyyən kurslar, seminar və vebinarlar kömək edə bilər.    


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən bahalı valyutası (3-cü hissə)

posted in: Xəbər | 0

dünyanın ən bahalı valyutası2020-ci il üçün dünyanın ən bahalı valyutalarının top onluğu

Üçüncü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Necə düşünürsünüz, indiki gün üçün dünyanın ən bahalı valyutası hansıdır?

Böyük əksəriyyət Britaniya funtunun ən bahalı valyuta olduğunu güman edir, lakin, bu heç də belə deyilmiş.

Xüsusi olaraq oxucular üçün hazırlanmış dünyanın ən güclü valyutalarının siyahısını (2020-ci ilin sentyabr ayı üçün) təqdim edirik.

Beləliklə, dünyanın ən bahalı valyutası…

6 – Kayman adaları dolları (Cayman Islands Dollar) ($1.22)

Valyutanın kodu – KYD.

1 KYD = 1.22 USD (Kayman adaları dollarının ABŞ dollarına nisbəti )

Kayman adaları dünyanın ən yaxşı vergi sığınacaqlarından biri hesab olunur. Bu adalar yüzlərlə banka, hedcinqfondlarına və sığorta şirkətlərinə sığınacaq verib.

Vergi sığınacaqları arasında ən yaxşılardan biri olması sayəsində Kayman adaları dolları 1,22 ABŞ dollarına bərabərdir.

7 – Avropa avrosu  (European Euro) ($1.10)

Valyuta kodu – EUR.

Avronun kursu:

1 EUR = 1.10 USD (avronun dollara nisbəti).

Hətta son illərdə Avropa valyutası öz dəyərini 20 faizə qədər itirməsinə baxmayaraq, avro yenə də dünyanın ən güclü valyutalarından biri hesab olunur.

Onun qüvvəsi qismən həm də onunla izah olunur ki, o, Avropanın 17 ölkəsinin rəsmi valyutasıdır, həmin ölkələr arasında iqtisadi cəhətdən bir neçə “ağır çəkililər” də var.

Bundan əlavə, avro – bütün dünya yığmlarının 22 faizini təşkil edən dünyanın ikinci ehtiyat valyutasıdır (dollar isə bu yığımların 62,3 faizini təşkil edir).


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşğaldan azad edilən ərazilərdə geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq

posted in: Xəbər | 0

sosial müdafiə və aktiv məşğulluq proqramları“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm tarixi Qələbələri davam etdikcə, işğaldan azad edilən doğma yurd yerlərimizin də sırası genişlənir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.

O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib: “Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər.  Ümumən, işğaldan azad edilən ərazilərdə  kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramı öz töhfəsini verəcək”.

Nazir həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.

S. Babayev ölkəmizdə hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində əhaliyə xidmətlərin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirildiyini bildirib. O, xüsusilə pensiya, müavinət və təqaüdlərin, sosial yardımların ödənişlərinin vaxtlı-vaxtında icra edildiyini və bundan sonra da bu sahənin diqqətdə saxlanmalı olduğunu qeyd edib. İş yerlərinin qorunması sahəsində də işlərin davam etdiyini, elektron sistem üzərindən daimi nəzarət həyata keçirildiyini deyib. Əmək müqavilələrinə əsassız yerə, həmçinin ciddi səbəb olmadan xitam verilməsi halları baş verdikdə işəgötürənlərlə sosial dialoq müstəvisində belə halların qarşısının alındığını diqqətə çatdırıb.

S. Babayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının davam etdiyini, bu il artıq 710 mənzil və fərdi evin verildiyini, ilin sonunadək bu rəqəmin 1500-ə çatacağını deyib. Bildirib ki, pandemiya dövrü bir sıra məhdudiyyətlər yaratsa da, cari il üçün nəzərdə tutulmuş bütün sosial proqramların, eləcə də mənzillə və avtomobillə təminat, özünüməşğulluq proqramlarının uğurla başa çatdırılması, elektronlaşdırma proqramının davam etdirilməsi, ilin sonunadək yeni e-xidmətlərin işə salınması, yeni reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.

İclasda hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub və Kollegiya tərəfindən həmin standartların təsdiq edilməsi qərara alınıb.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Apple şirkətinin səhmləri çökdü

posted in: Xəbər | 0

Apple,Apple səhmlərinin qiymətləri Çində iPhone smartfonlarının satışının düşməsi ilə bağlı xəbərlər fonunda çöküb, NASDAQ birjasında ticarət məlumatları bunu təsdiq edir.

Əsas ticarət sessiyasının başa çatmasından sonra səhmlər 4,2 faiz ucuzlaşıb ki, bu da bazar kapitallaşmasının (bütün səhmlərin ümumi dəyərinin) 83 milyard dollar azalmasına gətirib çıxarıb.

Eyni zamanda, əsas ticarət sessiyası zamanı səhmlər 3,7 faiz – hər bir səhm üçün 115,3 dollara yüksəlib.

Analitiklərin fikrincə, Apple-ın səhmlərinin satışına şirkətin dərc etdiyi hesabat səbəb olub. Burada, xüsusilə, əsas bölgələrdən birində  –  Çində satışların azalmasından danışılır. Üçüncü rübdə ölkədə iPhone-nun satışından əldə edilən gəlir 29 faizə – 7,9 milyard dollara düşüb.

Apple-ın üçüncü rübün yekunları üzrə ümumi satışları bir faiz artaraq 64,7 milyard dollara çatıb ki, bu da analitiklərin gözləntilərindən yüksək olub.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 967 968 969 970 971 972 973 2. 388