» » » Qədim Romada uçot (VI hissə)

Qədim Romada uçot (VI hissə)

posted in: Xəbər | 0
birbank biznes

RomaQədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

6-cı hissə

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz

Ordu

Böyük imperiya, çoxsaylı hərbi səfərlər, nəhəng ordunun saxlanılmasını tələb edirdi. Hərbi təsərrüfat yaxşı qaydaya salınmış uçot və hesabat tələb edirdi. Legionlarda səriştəli əsgərlərə ehtiyac duyulan çox sayda bölgü olduğuna diqqət çəkən dövrün hərbi yazarı Flaviy ​​Vegetsiy Renat yazırdı: “Yeni əsgərlərin cəlbi edilməsi üçün keçirilən səfərbərlik zamanı əlbəttə, əsgərlərin boyu, həm fiziki, həm də ruhən möhkəmliyi nəzərə alınmalıdır, lakin, onlardan bəzilərini həm də savadına, hesablama aparmaq qabiliyyətinə görə də seçmək lazımdır. Bütün legion üzrə xərclər, komandirlər və hərbi mükəlləfiyyətlilərin sayı və ya gündəlik pul xərclənmələri belə demək olarsa, bazarda mlların qiyməti və ya şəhərlərdə dövlətin pul əməliyyatlarından daha dəqiqliklə gündəlik olaraq cədvəllərə qeyd olunurdu”.

Beləcə fiziki cəhətdən hərbi xidmətə uyğyn gəlməyən gənclərdən bu yüksək ödənişli vəzifələrdə istifadə etmək olurdu və onlar hesabdar işləməklə həm də öz hərbi xidmətlərini də yerinə yetirmiş olardılar.

Bütün növbətçilik, naryadlar və məzuniyyətlər üzrə xüsusi təfərrüatlı siyahılar aparılırdı. Hərbiçilərə verilən rasionlar xüsusi kitablara qeyd edilirdi.

Pul hədiyyələrinin yarısı legionun xüsusi müfafizə edilən əmanət kassasnda toplanılırdı. Bu hərbiçilərin öz yoldaşları arasında boş yerə xərcləmələrin qarşısının alınmasına yönələn bir tədbir idi.

Flaviy Veksiy Renat belə yığım kassalarını ağıllı bir ixtira kimi xarakterizə edib: “Öz pullarının legionun kassasında olduğunu bilən hərbiçi fərarilik barədə ümumiyyətə, düşünmürdü, əksinə öz döyüş bayrağının qayğısına qalır və onun uğrunda qəhrəmanlıqla döyüşürdü”.

Bundan əlavə, ümumiqoşun kassaları xüsusi xərcsiz və bəzən hətta mənfəətlə əsgərləri maddi cəhətdən təşviq etməyə imkan verirdi.

Mühasib peşəsi

Romanın inkişafı ilə dövlət uçotu sistemi də inkişaf edirdi və bu sistem üçün inkişaf etmiş bürokratizm səciyyəvi idi.

Artıq Klavdinin dövründə keçmiş respublika magistratlarını bürokratik dəftərxanalarla əvəz olunurdu. Respublika idarələri və magistratlıqlarının bürokratik orqanlara çevrilməsi imperator Adrianın dövrünə qədər (117-138-ci illər) davam etdi. Həmin dövrdə artıq başda imperator şurası və müxtəlif təsərrüfat sahələri üzrə ona tabe olan departament şəbəkələrindən ibarət güclü mərkəzləşdirilmiş dövlət aparatı bərqərar olmuşdu.  Dövlət idarəçiliyi sistemində ilk yerlərdən biri maliyyə departamentinə məxsus idi ki, bu idarədə çoxlu sayda hesabdarlar, mirzələr və kassirlər işləyirdi.

İdarəetmənin məmurların əlinə keçməsi ilə görkəmli hüquqşünas Salviy Yulianın rəhbərlik etdiyi xüsusi komissiya tərəfindən yaradılmış qanunvericilik normalarının toplanmasına ehtiyac yarandı. Qanunlardan bacarıqlı istifadə və ofis işlərinin aparılması üçün ixtisaslı və savadlı məmurlar tələb olundu, onların hazırlanması üçün Adrian Romada Ateney ali məktəbini qurdu. Dövlət qulluğunda xidmət edən mühasiblər 100 min sestersidən 600 min sestersiyə qədər əməkhaqqı alırdılar və onlara tutduqları vəzifədən asılı olaraq müxtəlif rütbələr verilirdi. Belə ki, maliyyə idarəsinin rəhbəri – müasir Rusiya federasiyası yanında mühasibat uçotu Departamentinin analoqu – ikinci sinifdən olan məmur hesab olunurdu və “mükəmməl” adını daşıyırdı.  Mühasib peşəsinin nüfuzu çox sürətlə yüksəlirdi.


Məqalənin 7-ci hissəsini byradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun