Hansı ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb edilmir?

posted in: sual-cavab, Xəbər | 0

işsizlikdən sığorta haqqıSual: Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı (xəstəlik vərəqəsinə əsasən) sığortaedənin vəsaiti hesabına ödənilən müavinətdən 0,5 % işsizlikdən sığorta haqqı tutulurmu? Suala “bəli” və ya “xeyr” olaraq dəqiq cavab verməyinizi xahiş edirəm. Əgər tutulursa hansı maddəyə və ya tutulmursa hansı maddəyə və qanunvericiliyə əsaslanmalıyıq?

Cavab: Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Qeyd edilənlərə əsasən, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

posted in: Xəbər | 0

Sığortaolunanların fərdi uçotu Sığortaolunanların fərdi uçotunun aparılmasıAzərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu Qərar 2020-ci il 2 noyabr saat 06:00-dan qüvvəyə minir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (I hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçot, Qədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

1-ci hissə

Qədim Roma sakinləri ilk növbədə çox praqmatiq olublar və boş yerə heç nə etməyiblər.

Mühasibat uçotunun aparılmasının zəruriliyi onlar tərəfindən vergi tutulması sisteminin yaranması ilə başa düşülmüşdü ki, onun da məbləği uçot məlumatlarına əsasən hesablanan bazanın həcmindən asılı idi.

İş ondadır ki, başlanğıcda, Romanın inkişafının erkən (çarlıq) dövründə daimi vergitutma sistemi mövcud deyildi, eləcə də müntəzəm dövlət xərcləri yox idi. Hərbi xidmətə görə və ya yerinə yetirilən hansısa işlərə görə dövlət öz rəiyyətinə ödəniş etmirdi. Vətəndaşlardan vergi dövlət tərəfindən yalnız son dərəcə zəruri hallarda tutulurdu. Əslində, bu məcburi bir kredit alma idi, çünki xoşbəxt vaxtlar gəldikdə, alınan məbləğlər ödəyicilərə qaytarılırdı. Bundan başqa, liman rüsumları, ictimai çəmənlikdə mal-qaranın otlamasına görə rüsum və sahələrdən istifadə edənlərdən məhsulun bir hissəsi toplanılırdı. Bütün bu rüsumlar ictimai xəzinəyə toplanılırdı ki, oranın da açarı çarın əlində idi. Ancaq, dövlət maliyyəsini idarə etməsinə baxmayaraq, dövlət əmlakı çarın şəxsi mülkləri ilə qarışdırılmırdı.

İctimai mülkiyyətin mühasibat uçotunun tarixi öz başlanğıcını Romanın əsasının qoyulmasından götürüb. Onun ilkin simvolu kimi “müqəddəs çuxur” (mundus) adlandırılırdı və ilk sakinlərin hər biri ev təsərrüfatının aparılması üçün lazım olan bütün ehtiyatları ora qoyurdu. Bu isə qarşılıqlı yardım icma fondunu təşkil edirdi. Beləliklə, Romanın mövcud olduğu ilk günlərdən indiyədək mövcud olan vergi sistemi ideyası meydana çıxır – şəxsi əmlakın bir hissəsinin ictimai tələbatın ödənilməsi sistemi. Xatırladaq ki, bundan əvvəlki dövrdə vergi yığımı yalnız bir məqsəd güdürdü – çarın xoşbəxt həyatını təmin etmək.

Vergilərin yığılmasının təsərrüfat uçotu ilə heç bir bağlantısı olmayana qədər, uçot yalnız “idarəetmə” kimi mövcud idi və həmin səbəblərə görə romalılar tərəfindən çox pis aparılırdı. Təsadüfi deyil ki, qədim Roma icmasının mühasibat uçotuna dair heç bir əlyazma abidəsi bizə gəlib çatmayıb. Və Siseronun özü də qeyd etmişdi ki, Roma icması qeydlərə və sənədlərə çox az diqqət yetirirdi.

Serviy Tullinin islahatları

Roma vətəndaşlarının mühasibat uçotuna münasibətinin dəyişməsinə səbəb altıncı Roma çarı Servinin (e.ə. VI əsr) islahatı olub. Romanın yeni sosial quruluşu yalnız vətəndaşlar arasındakı əmlak fərqlərinə əsaslanırdı. Beləliklə, Roma cəmiyyətinin strukturlaşdırılması yalnız iqtisadi əsaslar üzərində qurulmuşdur: əgər sən böyük bir sərvət cəmləyə bilmisənsə, əgər sənin böyük torpaq sahələrin varsa, əgər sənin çoxlu qulların varsa, başqa sözlə desək, əgər sən varlı olmaq yollarının incəliklərini mənimsəmisənsə – onda ictimai pilləkənin ən yüksək pillələrindən birində dayanmağa layiqsən.

Bu islahata görə, Roma əhalisinin hamısı beş sinif və ya kateqoriyaya bölünürdü.

Birinci sinfə mülkiyyət qabiliyyəti 100 min mis ass və ya (torpaq senzinə çevirdikdə) tam torpaq sahəsi olan vətəndaşlar daxil idi;

İkinci sinfə – 70 min ass və ya torpaq sahəsinin dörddə üçünə sahib olanlar;

Üçüncü sinfə – 50 min ass və ya torpaq sahəsinin yarısına sahib olanlar;

Dördüncü sinfə – 25 min ass və ya torpaq sahəsinin səkkizdə bir hissəsinə sahib olanlar daxil idi.

Yerdə qalan vətəndaşlar isə sinif bölgüsündən kənar qalmışdılar. Əmlak vəziyyətinin sonrakı dəyişikliyindən asılı olaraq, vətəndaşlar daha yüksək və ya daha aşağı əmlak dərəcələri siyahılarına daxil ola bilərdilər. Bu vəziyyət müvafiq olaraq həmin vətəndaşların siyasi xüsusi çəkisində və onlar üçün dövlət vəzifələrinin tutulması imkanında öz əksini tapmışdır.

Qədim Romada hesab edirdilər ki, dövlət işləri ilə yalnız öz şəxsi işlərinin öhdəsindən gələ bilənlər məşğul ola bilərlər. Əgər bir şəxs öz şəxsi təsərrüfatında uğura imza ata bilməyibsə, yəni, insan kasıbdırsa, o dövlət üçün nə edə bilər ki?

Vətəndaşın əmlak vəziyyətini müəyyənləşdirməyə imkan verən uçot işlərinin aparılması bununla həm dövlətin maraqlarına (əmlak kateqoriyasından asılı olaraq tutulan vergilərin miqdarı), həm də müəyyən mövqeləri tutmağa imkan verən statuslarını açıqlamaq üçün əllərindən gələni edən vətəndaşların xidmətinə başladı. Beləliklə, hələ Qədim Yunanıstanda elan edilmiş mühasibat hesabatlarının ictimailik prinsipi, Qədim Romada praktiki əsaslara və tammiqyaslı ictimai etirafa malikdir.

Vətəndaşların əmlak vəziyyətinin müəyyən edilməsi üzrə işlər xüsusi dövlət məmurlarının-senzorların üzərinə düşürdü. Onlara “Roma ailəsinin ataları” (pater familias)” “ev kitabı” adlandırılan hesabları görüntüləmək üçün təqdim etdilər və pater familias onların məzmununun həqiqiliyini təsdiq etməyə söz verdi. Ev kitabları sonradan dövlət arxivinə saxlanılmaq üçün verilmiş kadastr siyahılarının tərtib edilməsi üçün senzora əsas kimi xidmət edirdi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daşınmaz əmlaka görə ikili sığorta kompensasiyası almaq mümkündürmü?

posted in: Xəbər | 0

təsisçilərSon zamanlar daşınmaz əmlakın icbari sığortası ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankı sualları cavablandırıb:

– Daşınmaz əmlakın icbari sığortası mövzusu aktual olduğu üçün vətəndaşları və sahibkarları ən çox maraqlandıran suallardan biridə qeyri-yaşayış və kommersiya tipli daşınmaz əmlaklar da icbari sığortaya cəlb ediləcəi ilə bağlıdır?

– Qanunvericilikdə daşınmaz əmlakın kommersiya və ya qeyri-kommersiya tipli hər hansı təsnifatı nəzərdə tutulmayıb. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Göründüyü kimi, hüquqi şəxslərin kommersiya və ya qeyri-kommersiya tipli fəaliyyətindən asılı olmayaraq onlara məxsus və sığortalanması Qanunla qadağan olunmayan bütün növ daşınmaz əmlak icbari sığortaya cəlb edilir.

Qanuna əsasən aşağıda qeyd olunan daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur:

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak;
  • tikintisi başa çatmayan daşınmaz əmlak;
  • qəzalı vəziyyətdə olan daşınmaz əmlak;
  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak.

Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə maliyyə bazarlarına nəzarət orqanı (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2011-ci ilin dekabrın 6-da Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası”na əsasən yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tarifləri aşağıdakı düstürla hesablanır:

ST = HƏ × (1 – GƏ)
burada:

ST – faiz dərəcəsi ilə ifadə olunan sığorta tarifi;
GƏ – güzəşt əmsalı;
HƏ –hesablama əmsalı.

Sığorta tarifinin müəyyənləşdirilməsi məqsədilə azadolma məbləğindən və sığorta məbləğindən asılı olaraq güzəşt əmsalı (GƏ) Qaydanın 1.2 bəndində verilmiş cədvəl əsasında müəyyən olunur. Şəxsin daşınmaz əmlakla bağlı həyata keçirdiyi iqtisadi fəaliyyətin növündən asılı olaraq müvafiq risk qrupları müəyyən edilr.
Risk qruplarına görə hesablama əmsalı (HƏ) Qaydanın 1.4-cü bəndində qeyd edilmiş cədvəl əsasında müəyyən olunur.
“Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası”nı və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası kalkulyatoru ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

https://www.fimsa.az/menu/dasinmaz-emlakin-icbari-sigortasi-uzre-sigorta-tariflerinin-mueyyenlesdirilmesi-qaydasi/280
http://www.e-qanun.az/framework/23596
https://isb.az/dasinmaz-emlakin-icbari-sigortasi/
https://isb.az/dasinmaz-emlakin-istismari-ile-bagli-mulki-mesuliyyetin-icbari-sigortasi/

– Sığorta hadisəsi baş verən zaman ödənilən kompensasiya Bakı şəhəri üzrə 25 min manat məbləğində nəzərdə tutulub. Mənzilin dəyəri bu məbləğdən artıq olarsa dəymiş ziyan necə ödəniləcək?

– Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələri baş verən zaman vətəndaşlara ödəniləcək kompensasiyaların son həddi daşınmaz əmlakın yerləşdiyi regiondan asılı olaraq “İcbari sığortalar haqqında” Qanuna əsasən aşağıdakı kimi müəyyən edilir.
– Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25 000 manat;
– Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20 000 manat;
– digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15 000 manat.

Sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən (faktiki bazar dəyərindən) artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.

Qanuna əsasən sığorta hadisəsi zamanı daşınmaz əmlaka dəymiş zərərə görə icbari sığorta üzrə son hədd olaraq (məs: Bakı şəhəri üzrə 25000 manat) yuxarıda qeyd olunan sığorta məbləğləri həddində təzminat verilməsi nəzərdə tutulub. Vətəndaş daşınmaz əmlakın bazar dəyərinə uyğun olaraq əlavə təminat almaq üçün isə əmlakını könüllü qaydada sığorta etdirə bilər. Bu halda vətəndaşlar baş vermiş sığorta hadisəsi zamanı dəymiş zərərə uyğun olaraq (məs: Bakı şəhəri üzrə) maksimum 25000 manatadək olan hissədə icbari qaydada, 25000 manatı aşan hissədə isə könüllü sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği həddində, lakin əmlakın faktiki bazar dəyərindən artıq olmamaq şərti ilə sığorta ödənişi ala biləcəklər.

– İpoteka krediti ilə götürülən mənzillərə də icbari sığorta şamil ediləcəkmi? Bu zaman vətəndaş ipoteka krediti götürən zaman ödədiyi sığorta haqqını da eyni qayda ilə ödəyəcəkmi? Vətəndaşın ikili sığorta kompensasiyası almasının qanunvericikliklə qadağan olunmasını nəzərə alsaq, Sığorta hadisəsi baş verən zaman vətəndaşa hansı sığortanın kompensasiyası ödəniləcək?

– Mənzillərin ipoteka krediti ilə yüklü olub-olmamasından asılı olmayaraq bütün mənzillərə də icbari sığorta şamil edilir. Bu zaman Qanunun 11.1-ci maddəsinə əsasən icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 8.4-cü maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələri baş verən zaman vətəndaşlara ödəniləcək kompensasiyaların son həddi daşınmaz əmlakın yerləşdiyi regiondan asılı olaraq “İcbari sığortalar haqqında” Qanuna əsasən müəyyən edilir.

Həmçinin, Qanunun 77.1-ci maddəsinə əsasən həmin Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar.

Eyni zamanda bildiririk ki, sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən (faktiki bazar dəyərindən) artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.

Göründüyü kimi sığorta hadisəsi baş verdiyi zaman bağlanmış hər bir sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada eyni anda bir neçə sığorta şirkəti tərəfindən daşınmaz əmlakın həqiqi dəyərini aşmayan həcmdə ikili sığorta kompensasiyasının alınması qanunvericilikdə qadağan olunmayıb.

Mənzillərin ipoteka krediti ilə yüklü olub-olmamasından asılı olmayaraq bütün mənzillərə də icbari sığorta şamil edilir.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Mülki Məcəllənin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir.

Beləliklə, ipoteka predmeti olan əmlaka dəymiş zərər üzrə əvvəlcə qanunun tələb etdiyi sığorta məbləği həddində (məs: Bakı üzrə 25000 manat) icbari qaydada, zərər məbləği 25000 manatdan çox olan hissəsi isə könüllü sığorta müqaviləsi ilə ödənilməsi nəzərdə tutulur.

– Aztəminatlı ailələr, şəhid ailələri, hərbiçilər, pensiyaçılar və digər xüsusi kateqoriyalardan olan əhali daşınmaz əmlakını icbari sığorta etdirməlidirmi? Onlara hər hansısa güzəşt limiti tətbiq ediləcəkmi?

– Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 43 nömrəli qərarı ilə təsdiq edilib və bu kateqoriyaya aid şəxlərin yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Digər şəxslər isə daşınmaz əmlakını öz vəsaiti hesabına sığorta etdirməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 969 970 971 972 973 974 975 2. 388