139 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib

posted in: Xəbər | 0

qayda tələblərİqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

23-24 oktyabr tarixlərindıə keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda “Super market”də, Gülbəniz Bədəlovaya, Malik Qəribova məxsus mağazalarda, Nərimanov rayonunda “Spar” mağazasında, Rəsul Rzayevə, İlhamə Səmədovaya məxsus pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Butter fly ətir mağazası”nda, Hacımurad Dərmanquliyevə məxsus “Gül dükanı”nda, Xətai rayonunda “Du aksesuar” pərakəndə ticarət obyektində, Mahir Şirinova məxsus “Boya mağazası”nda, Mübariz Əliyevə məxsus marketdə, Nizami rayonunda “Total elektrik avadanlıqları mağazası”nda, “Ağ çiçəyim” pərakəndə ticarət obyektində, Sabunçu rayonunda Vaqif İsrafilova, Rahim Muxtarova məxsus mağazalarda, Suraxanı rayonunda “Al market”də, “Hədiyyələr mağazası”nda, Arif Allahverdiyevə məxsus pərakəndə ticarət obyektində, Qaradağ rayonunda “Oba market”də, Böyükağa Əliyevə məxsus geyim mağazasında, Xəzər rayonunda “Fidan market”də, Cavid Şahmarova, “Sahil trading” MMC-yə məxsus ticarət obyektlərində, Nəsimi rayonunda “Oil supply” MMC-yə məxsus mağazada, “GP klinik S” MMC-yə məxsus “Diş kabineti”ndə, Səbail rayonunda “Aptek 386”da, Sumqayıt şəhərində “Selam dini geyim mağazası”nda, Şəki rayonunda “Eleqant pərdə mağazası”nda, Məmməd İsayevə, Dəyanət İsmayılovaya, Sahib Kərimova, Tural Beybutova, Arif İsmayılova məxsus mağazalarda, Tural Cəfərova məxsus baytarlıq aptekində, Sabirabad rayonunda Sultan Rüstəmova məxsus “Ehtiyat hissələri mağazası”nda, Həsən Nəsirova məxsus marketdə, Cəlilabad rayonunda Elçin Kərimova, Ramid Mehtiyevə məxsus pərakəndə ticarət obyektlərində, Lənkəran rayonunda Ceyhun Həsənzadəyə, Mahrux Cabbarovaya məxsus mağazalarda, Abşeron rayonunda Hüseynağa Əliyevə, Dünyadur Əhmədova məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Təbriz Dadaşova, Firuz Səfərova məxsus ticarət obyektlərində, ümumilikdə, 139 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən bahalı valyutası (1-ci hissə)

posted in: Xəbər | 0

dünyanın ən bahalı valyutası2020-ci il üçün dünyanın ən bahalı valyutalarının top onluğu

Birinci hissə

Necə düşünürsünüz, indiki gün üçün dünyanın ən bahalı valyutası hansıdır?

Böyük əksəriyyət Britaniya funtunun ən bahalı valyuta olduğunu güman edir, lakin, bu heç də belə deyilmiş.

Xüsusi olaraq oxucular üçün hazırlanmış dünyanın ən güclü valyutalarının siyahısını (2020-ci ilin sentyabr ayı üçün) təqdim edirik.

Beləliklə, dünyanın ən bahalı valyutası…

1- Küveyt Dinarı (Kuwait Dinar) ($3,24)

Valyuta kodu – KWD.

Küveyt dinarının kursu:

1 KWD = 3.24 USD (küveyt dinarının dollara nisbəti)

Kveyt dinarının bahalığının səbəbi nədir?

Küveyt – böyük sərvətlərə malik kiçik ölkədir. Sözügedən ölkə valyutasının dəyərinin bu cür yüksək olması, bu dövlətin dünya bazarına əhəmiyyətli həcmdə neft məhsulları ixrac etməsi ilə bağlıdır.

Sabit iqtisadiyyat, yüksək inkişaf etmiş neft istehsalı və ixrac sənayesi sayəsində Küveyt dünyanın ən zəngin ölkələrindən biri hesab olunur. Ölkənin gəlirlərinin 80% – dən çoxu məhz neft sənayesindən gəlir, çünki burada qara qızıl hasilatı digər ölkələrlə müqayisədə ən yüngül və müvafiq olaraq ən ucuz istehsal hesab olunur.

2003-cü ilə qədər Küveyt dinarı dollara bağlı idi, amma, 2007-ci ildən hökumət dinarı multivalyuta zənbilinə bağlmaq barədə qərar verdi.

Olduqca stabil iqtisadiyyatdan başqa, Küveyt – demək olar ki, heç bir verginin olmadığı və işsizliyin çox aşağı səviyyədə olduğu bir ölkədir.

2 – Bəhreyn dinarı (Bahrain Dinar) (($2.66)

Valyuta kodu – BHD.

Bəhreyn dinarının kursu:

1 BHD = 2.66 USD (bəhreyn dinarının dollara nisbəti).

Bəhreyn dinarı – dünyanın ikinci ən bahalı valyutasıdır.

Bəhreyn – əhalisi 1 milyondan bir qədər çox olan və Fars körfəzində yerləşən ada dövlətdir. Birinci halda olduğu kimi, bu ölkənin də gəlirlərinin əsas hissəsi qara qızıl ixracından ibarətdir.

Maraqlıdır ki, Bəhreyn dinarının kursu dollara bağlıdır və artıq 14 il ərzində onun dollara nisbətində dəyəri dəyişilməz olaraq qalmaqdadır.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ukraynada yeni vergi tətbiqi vəd olunub

posted in: Xəbər | 0

Ukraynada yeni vergi tətbiqi vəd olunub

yeni vergiUkrayna prezidenti Vladimir Zelenskiy, Ali Radaya müraciətində çıxarılan kapitala vergi tətbiq olunması və vergi amnistiyası qanununun qəbulu üçün təşəbbüslə çıxış edəcəyini vəd edib. Onun sözlərinə görə, bu, koronavirus ilə bağlı böhrandan sonra iqtisadiyyatı bərpa etməyə imkan verəcək, Reuters agentliyi belə xəbər verib.

Zelenskinin sözlərinə görə, yeni vergi tətbiqi ilə bağlı Ukrayna cəmiyyətində lazımi qədər “sonsuz müzakirələr” olub. “Bu məsələdə artıq nöqtə qoymaq vaxtı gəlib çatıb və mən bunu etməyə hazıram”, – deyə, o, qeyd edib.

Çıxarılan kapitala tətbiq edilən vergi fiziki şəxslərin, qeyri-rezidentlərin gəlir vergisinin mövcud olmaması deməkdir. Biznes yalnız o halda vergini ödəyir ki, sahibkar dividendlərin ödənilməsi yolu ilə pul götürsün. Belə bir təklif ilk dəfə hələ Pyotr Poroşenkonun prezidentliyi dövründə formalaşdırılmışdı. Lakin ölkənin əvvəlki rəhbərliyi bu tədbirlərə getməmişdi.

Vergi amnistiyası dedikdə, vergilər ödənilmədən əldə edilmiş aktivlərin, gəlirlərin və əmlakın könüllü bəyan edilməsi nəzərdə tutulur. Təklifdən istifadə edənlər cinayət təqibinə düşməyəcəklər. Maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Daniel Getmansevin qeyd etdiyi kimi, baza dərəcəsi 5 faiz təşkil edəcək, xaricdəki aktivlər üçün faiz dərəcəsi 9 faiz, nağd pullar üçün isə 18 faiz səviyyəsində müəyyən ediləcək.

Zelenskiy çıxışı zamanı yeni fəlsəfənin tətbiqinə çağırış edib o, ölkənin buna hazır olduğunu bəyan edib. Onun fikrincə, bu, ölkənin qurulmasına yanaşmanı kökündən dəyişdirəcək.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal gələcəkdə pensiyanın ləğv olunması ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi. Onun fikrincə, 15 ildən sonra büdcədə bunun üçün vəsaitlər olmayacaq. Bu problemi həll etməkdən ötrü vergiləri iki dəfə artırmaq lazım gələcək ki, buna da şirkətlər getmək istəmirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaxın vaxtlarda KOB-lar üçün onlayn satış platforması istifadəyə veriləcək

posted in: Xəbər | 0

Yaxın vaxtlarda KOB-lar üçün onlayn satış platforması istifadəyə veriləcək

onlayn satış platformasıÖzünüməşğulluq proqramının uğuru iştirakçıların mikro və kiçik sahibkarlıq subyektlərinə çevrilməsindədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer verilir. Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, özünüməşğulluq proqramı həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarını yaratması və inkişaf etdirməsi üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərtilə) dəstək göstərilir. Özünüməşğulluq proqramı alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Proqram ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, yeni iş yerlərinin yaradılması, yoxsulluq və işsizlik səviyyəsinin azaldılması, iqtisadiyyatda inklüzivliyin gücləndirilməsi kimi müsbət tərəfləri özündə ehtiva edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan 3200-dən çoxuna biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb. Ümumiyyətlə, cari il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulur. Özünüməşğulluq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunub və öz təsərrüfatını qurmuş şəxslərə növbəti mərhələdə də dövlət dəstəyi davam etdirilir. Özünüməşğulluq proqramı əsasən sosial müdafiə tədbiri kimi qiymətləndirilsə də, proqram mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün də əlverişli imkanlar yaradır.

Təsadüfi deyil ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də özünüməşğulluq proqramına dəstək göstərən qurumlar sırasındadır. KOBİA vətəndaşların özünüməşğulluq proqramına qoşulmasına, eləcə də proqram iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilərək öz təsərrüfatını qurmuş şəxslərin biznesinin inkişafına dəstək olur. Bu dəstək özünüməşğulluq proqramı, eləcə də agentliyin iştirakçısı olduğu digər layihələr çərçivəsində həyata keçirilir. KOBİA özünüməşğulluq proqramına qoşulmuş iştirakçıları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqramın müxtəlif mərhələlərində iştirakçılara dəstək göstərir. Ümumiyyətlə, agentlik özünüməşğulluq proqramının uğurunu iştirakçıların mikro və kiçik sahibkarlıq subyektlərinə çevrilməsində görür. Bu məqsədlə KOBİA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir.

KOBİA proqram çərçivəsində müvafiq aktivlər əldə edərək öz təsərrüfatını – mikro biznesini qurmuş iştirakçılara sonrakı mərhələdə bizneslərinin inkişafı üçün biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına, satışa və bazarlara çıxış kimi istiqamətlərində ödənişsiz dəstək və xidmətlər təqdim edir. Biznesin planlaşdırılması mərhələsi üzrə proqram iştirakçılarına KOBİA-nın Bakı, Sumqayıt və Xaçmaz şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin peşəkar təlimçi-ekspertləri tərəfindən biznes planın hazırlanmasında, biznesin inkişafı üçün lazım olan resurslar, xüsusilə də dövlət dəstəyi mexanizmləri və onlara çıxış barədə informasiya və məsləhət xidmətləri göstərilir. Bu mərhələdə, həmçinin daxili bazar araşdırması mexanizmi, dövlətin güzəştli kreditlərinə və qrantlara çıxışla bağlı məlumatlar biznesini inkişaf etdirmək istəyən proqram iştirakçılarının diqqətinə çatdırılır və bu istiqamətdə onlara müvafiq dəstək təmin edilir. Satışa dəstək və bazarlara çıxışla bağlı isə KOBİA proqram iştirakçılarının ödənişsiz olaraq sərgi və yarmarkalarda iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək olur. Yaxın vaxtlarda bu istiqamətdə başqa bir dəstək aləti – KOB-lar üçün onlayn satış platforması da istifadəyə veriləcək. Bu platformada digər KOB subyektləri kimi, özünüməşğulluq proqramının iştirakçısı olmuş və öz mikro biznesini qurmuş şəxslərə dəstək məqsədilə məhsul və xidmətlərini tanıtmaq və onlayn satışını həyata keçirmək imkanı yaradılacaq.

“İndiyədək özünüməşğulluq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunmuş 30-a yaxın proqram iştirakçısı biznesin genişləndirilməsi üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlanıb. Agentlik özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş proqram iştirakçılarına növbəti mərhələdə bizneslərinin inkişafına dəstək üçün KOBİA-ya və ya yaşadıqları ərazilər üzrə “KOB Dostu” ofislərinə müraciət etməyi tövsiyə edir”, – deyə agentlikdən bildirilib.

Yeri gəlmişkən, KOBİA vətəndaşların özünüməşğulluq proqramına qoşulmasına da dəstək göstərir. Proqrama qoşulmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq mərkəzləri və onlayn resurslarla yanaşı, KOBİA-nın ölkənin müxtəlif rayon və şəhərlərində fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsinə müraciət edə bilərlər. Bu prosesdə KOBİA-nın iştirakı proqrama qoşulmaq istəyən vətəndaşların müraciət imkanlarını genişləndirməklə, layihədən daha çox aztəminatlı vətəndaşların yararlanmasında əhəmiyyətlidir. KOBİA özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara onların məlumatlandırılması, məşğulluq mərkəzləri ilə əlaqələndirilməsi, elektron qeydiyyatı, təlim prosesində iştirak, biznes planların hazırlanması kimi istiqamətlərdə dəstək olur. Bugünədək 350-dək vətəndaş proqrama qoşulmaq üçün KOBİA-nın dəstəyindən faydalanıb.

Pandemiya ilə əlaqədar 2020-ci ildə özünüməşğulluq proqramının iştirakçıları təlimlərə cəlb edilmədən, biznes planlar əsasında müvafiq avadanlıqlarla təmin olunurlar. Artıq KOBİA-nın Xaçmaz KOB İnkişaf Mərkəzinin mütəxəssisləri və Quba-Xaçmaz iqtisadi rayonu üzrə KOB dostları tərəfindən Xaçmaz, Quba və Qusar rayonlarından olan 70-dən çox vətəndaşa biznes planların hazırlanması üçün məsləhət xidməti göstərilib. KOBİA özünüməşğulluğa dəstək layihələrindən olan “Sosial bağlar” layihəsinə də dəstək göstərir. İndiyədək 60-dək vətəndaşın “Sosial bağlar” layihəsi barədə məlumatlandırılmasına və layihəyə qoşulmasına dəstək təmin edilib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 971 972 973 974 975 976 977 2. 388