74 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib

posted in: Xəbər | 0

qayda tələblərOktyabrın 21-də İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Rəvan market”də, “Gilan alçipan satışı” ticarət obyektində, Yasamal rayonunda Qoşqar Əliyevə məxsus telefon aksessuarları satışı mağazasında, Gülnara İsrafilovaya məxsus gözəllik salonunda, Sabunçu rayonunda “Bakıxanov mall” ticarət obyektində, Rəmiş İsrafilova məxsus mağazada, Nəsimi rayonunda “Neptun market”də, “Araz market”də, Nərimanov rayonunda “Unilift mağaza”da, Tural Muradova məxsus “İstilik sistemləri mağazası”nda, Xətai rayonunda “Al market”də, “Oba market”də, “Bərəkət mağaza”da, Xəzər rayonunda “Nə alırsan 1 manat” pərakəndə ticarət obyektində, Mayıl Mustafayevə məxsus ərzaq mağazasında, Qaradağ rayonunda “King smart super market”də, Suraxanı rayonunda “Gülay market”də, “Nyu sfera MMC-yə məxsus ticarət obyektində, Səbail rayonunda “Glamshop qadın geyimləri” mağazasında, Raya Cəfərovaya məxsus pərakəndə ticarət obyektində, Nizami rayonunda “Rahat market”də, Sumqayıt şəhərində Ramazan Hudulova, Əli Qafarova, Fikrət Quliyevə, Hidayət Əliyevə məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Aygül Ağayevaya, Namiq Hüseynova məxsus mağazalarda, Sabirabad rayonunda Əliağa Mustafayevə, Nofəl Abdullayevə məxsus mağazalarda, Cəlilabad rayonunda Səməd Tarverdiyevə, Sakit Hüseynova məxsus pərakəndə ticartət obyektlərində, Lənkəran rayonunda “Üfüq mağazası”nda, Şəmkir rayonunda Xəyyam Aslanova məxsus bitki dərmanları və gübrə satışı mağazasında, Sevda İsgəndərovaya məxsus gözəllik salonunda, Şəki rayonunda Rövşən Axundova məxsus ərzaq mağazasında, Rauf Hacıyevə məxsus mebel sexində, ümumilikdə, 74 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq fəaliyyətinə görə sosial sığorta haqqının hesablanması

posted in: Xəbər | 0

Sahibkarlıq fəaliyyətinə görə sosial sığorta haqqının hesablanması

Əmək məzuniyyətindən geri çağırılma Əmək məzuniyyətiSosial Sığorta Haqqında Qanuna pandemiya dövrü ilə əlaqədar edilmiş dəyişiklikləri nəzərə almaqla fərdi sahibkarın sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydalarını iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Sosial Sığorta Haqqında Qanunun 14.5.1-ci maddəsinə əsasən, fərdi sahibkarlar 1 aprel 2020-ci il tarixinədək sahibkarlıq fəaliyyəti üzrə minimum əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilər. 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 25 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 15 faizi:

  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
  • digər şəhərlərdə 80 faizi;
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
  • kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

Misal 1. Fərdi sahibkar Əli Məmmədov Sumqayıt şəhərində tikinti sahəsinə aid fəaliyyətlə məşğuldur. Bu zaman, fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 25 faizinin 90 faizi miqdarında, yəni 56,25 manat (( 250 x 25% = 62.5 ) x 90% = 56.25 manat ) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəşad Əliyev Kəngərli rayonunun inzibati mərkəzində əhaliyə məişət xidməti göstərir. Bu zaman, fərdi sahibkar öz fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 15 faizinin 60 faizi miqdarında, yəni 22,5 manat (( 250 x 15% = 37.5 ) x 60% = 22.5 manat ) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 3. Naxçıvan şəhərində ərzaq məsullarının satışı ilə məşğul olan fərdi sahibkarın əmək müqaviləsi ilə 5 nəfər işçisi var və o, hər işçiyə 600 manat əməkhaqqı ödəyir. Fərdi sahibkar sahibkarlıq fəaliyyəti üzrə həm özü üçün, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu sosial sığorta haqqının məbləğini hesablayaq.

Fərdi sahibkar öz fəaliyyəti üçün sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 25 faizi məbləğinin 80 faizi miqdarında, yəni 50 manat (( 250 x 25% = 62,5 ) x 80% = 50 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Eyni zamanda, həmin şəxs işçiləri üçün əməyin ödənişi fondu üzrə öz vəsaiti hesabına ödəməklə 520 manat (44 manat + 200 manatdan çox olan məbləğin 15%-i, yəni (200 x 22%) + (400 x 15%) = 104 x 5 işçi = 520 manat) və işçidən ödəmə mənbəyində tutulmaqla hesablanmış əməkhaqqından 230 manat (6 manat + 200 manatdan çox olan məbləğin 10%-i, yəni (200 x 3%) + (400 x 10%) = 46 x 5 işçi = 230 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsinə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində olan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında; çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan fiziki şəxslər, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi qaydada bərbər fəaliyyəti və dərzi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 3 faizi miqdarında; Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri isə minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

Onu da qeyd edək ki, yuxarıda qeyd etdiyimiz fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) fəaliyyət göstərdikdə – 2 əmsal, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərdikdə isə – 1,5 əmsal tətbiq edilməklə aylıq sosial sığorta haqqının məbləği hesablanır.

Misal 1. Məmməd Həsənov Gəncə şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğuldur. Sabit vergi ödəyicisi olan Məmməd Həsənov bərbər fəaliyyəti üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 3 faizinə Gəncə şəhərində fəaliyyət göstərdiyi üçün 1.5 əmsal tətbiq etməklə 11,25 manat ((250 x 3% = 7.5) x 1.5 = 11.25 manat ) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2. Akif Əhmədov Naxçıvan şəhərində taksi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Sabit vergi ödəyicisi olan Akif taksi fəaliyyəti üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) hər ay üçün 6 faizi miqdarında, yəni 15 manat ( 250 x 6% = 15 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

Sığorta haqqının ümumi məbləğinin hesablanması Sığorta haqqı“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə AzərbaycanRespublikasının Nazirlər Kabineti qərara alır:

“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 21 oktyabr 2020-ci il
№ 405

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 21 oktyabr
tarixli 405 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Sığorta haqqının ümumi məbləğinin hesablanması
QAYDASI
1. Ümumi müddəa
1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-11.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Qanunun 15-10.1.1-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqqının (bundan sonra – sığorta haqqı) ümumi məbləğinin hesablanması qaydasını müəyyən edir.
2. Sığorta haqqının ümumi məbləğinin hesablanması

2.1. Sığorta haqqının ümumi məbləği Qanunun 15-2.1-ci maddəsinə uyğun olaraq sığortaolunan hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında qaçqın statusu almış, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı, habelə Qanunun 15-2.3-cü maddəsinə əsasən Qanunun şamil edilmədiyi müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına uyğun hesablanır.

2.2. Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin sayına dair statistik məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) müvafiq informasiya sisteminə ötürülür, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dair məlumatlar isə Agentlik tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyindən əldə edilir.

2.3. Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərdən Qanunun 15-2.3-cü maddəsinə əsasən Qanunun şamil edilmədiyi müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına dair statistik məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Agentliyin müvafiq informasiya sisteminə ötürülür.

2.4. Bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq əldə edilən statistik məlumatlar hər rübün sonunda 5 (beş) iş günü müddətindən gec olmayaraq, Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.5. Sığorta haqqının ümumi məbləği bu Qaydanın 2.2-ci bəndində göstərilən şəxslərin sayından bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərin sayı çıxıldıqdan sonra, Qanunun 15-10.1.1-ci maddəsində qeyd olunmuş məbləğə vurulmaqla hesablanır.

2.6. Qanunun 15-10.2-ci maddəsinə əsasən Qanunun 15-10.1.1-ci maddəsində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-iş günü baş verən sığorta hadisələri üzrə xidmətlər ilk iş günü necə tənzimlənməlidir?

posted in: Xəbər | 0

sığorta hadisələri

Hansı öhdəliklər sığortaçılar tərəfindən qeyri-iş günləri bitən kimi icra olunmalıdır?
  • Sığortaçıya hadisə barədə şifahi məlumat verildikdən sonra 3 iş günü müddətində zərərçəkmişə hadisə barədə yazılı sığorta tələbinin forması göndərilməlidir. Qeyd edək ki, hadisə günü sığorta şirkəti ilə əlaqə saxlansa da, məlumat vermək mümkün olmazsa, səlahiyyətli dövlət orqanına məlumat vermək mütləqdir. Hadisə qeydə alındıqdan sonra bir daha sığorta şirkəti ilə əlaqə saxlanması məqsədəuyğundur.
  • Hadisə barədə məlumat aldıqdan sonra 7 iş günü müddətində əmlaka dəymiş zərəri qiymətləndirməlidir. Qiymətləndirmə şəkil, video, sxem və digər üsullarla aparıla bilər.
  • Hadisə barədə təsdiqedici sənədlərin alınması üçün səlahiyyətli dövlət orqanlarına 3 iş günü müddətində sorğu göndərməlidir.
  • Qanunvericiliklə müəyyən edilmiş bütün sənədlər təqdim edilibsə, 7 iş günü müddətində sığorta ödənişini verməlidir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
1 973 974 975 976 977 978 979 2. 388